Türkiyədə robot itlər satışa çıxarılır – Onlar üzgüçülük tapşırıqlarını da yerinə yetirir?

Türkiyədə robot itlər satışa çıxarılır – Onlar üzgüçülük tapşırıqlarını da yerinə yetirir?
958     12:59     22 05 2023    
Çinin texnologiya şirkəti “Deep Robotics” tərəfindən hazırlanan robot it X20 Ankara Teknoparkında keçirilən təqdimatla təqdim edilib. Robotun Türkiyədə paylanması və inteqrasiyası xidmətlərini “DPM Tech Advanced Technologies” şirkəti həyata keçirəcək.

“DPM Tech”in həmtəsisçiləri Kadir Nişasta və Mustafa Bekar jurnalistlərə verdikləri açıqlamalarında X20 modelinin işi və Türkiyədəki missiyası haqqında danışıblar.


Məhsulun satışa hazır olduğunu ifadə edən Nişasta qeyd edib:

“DPM Tech Advanced Technologies” şirkəti xüsusilə Türkiyə Silahlı Qüvvələrini Gücləndirmə Vəqfi (TSKGV) şirkətlərinin ehtiyaclarını qarşılamaq üçün təxminən il yarım əvvəl Teknopark Ankarada quruldu. Dörd ayaqlı robotlar dünyanın qabaqcıl texnologiyaları arasında çox maraqlı bir texnologiyadır.

Çin Xalq Respublikasından “Deep Robotics” şirkətinin Türkiyə təmsilçisi vəzifəsində çalışdıq. Məhsulları arasında ən qabaqcıl olan X20 modelini Türkiyəyə gətirdik. Bugünkü təqdimatımızda müştərilərimizə bu modelin imkanlarını izah edəcəyik. Bu robotlar ilkin və təcili yardım qruplarına kömək etmək üçün istehsal olunur.


Müxtəlif çətin mühitlərdə dırmaşma, üzgüçülük, pilləkənlərə qalxma və enmə kimi tapşırıqları yerinə yetirə biləcək. Axtarış və xilasetmə, logistika, enerji, sənaye tətbiqləri kimi fəaliyyətləri yerinə yetirə bilər. Bir sözlə, robot müxtəlif inteqrasiya proseslərindən sonra insanın görməsini istədiyiniz hər hansı bir işi görə bilər”.

Mustafa Bekar “DPM Tech” olaraq məhsulu Türkiyədə yayacaqlarını və inteqrasiya fəaliyyətlərini həyata keçirəcəklərini açıqlayıb.


İnteqrasiya fəaliyyətləri ilə bağlı bir neçə şirkətlə danışıqlar apardıqlarını bildirən Bekar bunları deyib:

“X20 robotu dəmir yolu sistemləri, avtomobil, nəqliyyat, logistika, xüsusilə də müdafiə sənayesi kimi sektorlarda fəal iştirak edir. Müştərinin tələblərinə uyğun olaraq Türkiyədə X20-nin müxtəlif inteqrasiya xidmətlərini həyata keçirəcəyik. Bu məsələ ilə bağlı bir neçə tərəfdaş şirkətlə danışıqlar aparırıq. Əgər heç bir tərəfdaş şirkətlə razılaşa bilməsək, bu inteqrasiya proseslərini “DPM Tech” olaraq öz strukturumuzda həyata keçirməyi hədəfləyirik”.

85 kq-a qədər yük daşıya bilir

Robot itin çəkisi 50 kiloqramdır və 85 kiloqrama qədər yük daşıya bilir. 4 saat yarım fasiləsiz doldurma müddəti olan X20 modeli 30 dərəcədən çox yamaclara qalxa, 15-20 sm pillələrlə yuxarı-aşağı enə, 50 sm boşluqlardan tullana və üzə bilər.


Robot it ilkin təqdimatda müxtəlif tapşırıqları yerinə yetirdi

Teknopark Ankarada keçirilən təqdimat “Deep Robotics” şirkəti nümayəndəsinin təqdimatı ilə başlayıb. Daha sonra X20 model robot it müxtəlif tapşırıqları yerinə yetirərək bacarıqlarını nümayiş etdirib.

X20 6 fərqli idarəetmə nöqtəsini avtonom olaraq müəyyən edərək, vaxtaşırı yeriyərək və qaçaraq əvvəlcədən öyrədilmiş kurs üzrə hərəkət edib.

Robot özünü yerimə rejimindən pilləkən rejimə dəyişib, pilləkənləri qalxıb və eyni şəkildə enməyi bacarıb. Son olaraq dərəli-təpəli ərazidə sınaqlarını həyata keçirən robot it satışa hazır hala gəlib. Almaq istəyənlər şirkətin internet saytına daxil olmalıdırlar.
Strategyvision.org

Teq: Türkiyə   Çin   Robot-it  


Oxşar məqalələr
Son əlavə olunanlar