CHIPS qanunu yeniliklər gətirir| ABŞ-ın qabaqcıl çip istehsalı mərkəzi yaratmaq hədəfi

CHIPS qanunu yeniliklər gətirir| ABŞ-ın qabaqcıl çip istehsalı mərkəzi yaratmaq hədəfi
543     10:20     01 04 2023    
ABŞ-ın ticarət naziri Gina Raimondo Corctaun Universitetində ölkədə çip istehsalını və elmi araşdırmaları artırmaq üçün nəzərdə tutulan CHIPS qanunu ilə bağlı çıxış edib.

Raimondo “CHIPS Qanunu və Amerikanın Texnoloji Liderliyi üçün Uzunmüddətli Baxış” adlı məruzəsində ABŞ-ın texnologiya və innovasiya sahəsində liderliyini möhkəmləndirmək üçün uzunmüddətli hədəfləri qeyd edib.

CHIPS qanununun ölkənin gələcəyi üçün əhəmiyyətli sərmayələr etmək imkanı verdiyini qeyd edən Raimondo bildirib: “Bu qanunun təşviq etdiyi tədqiqat, innovasiya və istehsal gələcək illər üçün iqtisadi və milli təhlükəsizliyimizi təmin edə və texnoloji super güc olmağımıza imkan verə bilər”.

“BAĞLILIQ ABŞ İQTİSADİYYATINA ZƏRƏR VURUR”

Sözügedən qanun çərçivəsində ilk maliyyə müraciətlərinin gələn həftə qəbul edilməyə başlanacağını qeyd edən Raimondo bu maliyyələşdirmənin şirkətlərinin ABŞ-da yarımkeçiricilər istehsal etməyi təşviq edəcəyini vurğulayıb. Raimondo önümüzdəki aylarda tədarük zənciri şirkətləri və “Ar-Ge” investisiyaları üçün əlavə maliyyə imkanları təklif edəcəklərini qeyd edib.

1990-cı ildə qlobal çip istehsal gücünün 37 faizinin ABŞ-ın payına düşdüyünü xatırladan Raimondo bu nisbətin bu gün 12 faizə düşdüyünü ifadə edib. Raimondo xarici yarımkeçirici tədarük zəncirlərindən asılılığının ölkə iqtisadiyyatına zərər verdiyinə diqqət çəkib.

2030-cu ilə qədər nail olmaq istədikləri hədəflərə toxunan Raimondo bu tarixə qədər ABŞ-da qabaqcıl yarımkeçirici istehsalı üçün ən azı iki böyük istehsal mərkəzinə sahib olmağı və bu klasterlərin hər birində minlərlə işçini yaxşı maaşlı işlərdə işə götürməyi hədəflədiklərini söyləyib.

Raimondo bildirib ki, ABŞ bir çox yüksək həcmli qabaqcıl qablaşdırma müəssisələri yaratmaq və qablaşdırma texnologiyalarında dünya lideri olmaq niyyətindədir.

Raimondo güclü yarımkeçirici “Ar-Ge” ekosistemi qurmaq üçün 11 milyard dollar sərmayə qoyacaqlarını da qeyd edib.
Strategyvision.org

Teq:


Oxşar məqalələr
Son əlavə olunanlar