Müharibədə nanotexnologiya
Bu sahədəki inkişaflar bu cür nano silahların müxtəlif təsnifatlarla kateqoriyalı inkişafına səbəb oldu; kiçik robotik maşınlar, hiper reaktiv partlayıcı maddələr və elektromaqnit super materiallar. Bu texnoloji böyümə ilə əlaqəli risklərin və əks-təsirlərin və bu təsirlərlə mübarizə tənzimləməsinin təsirləri ortaya çıxdı. Bu təsirlər qlobal təhlükəsizlik, cəmiyyətin təhlükəsizliyi və ətraf mühitlə əlaqəli məsələlərə səbəb olur. Nanoelmin istifadəsinin potensial faydaları və ya təhlükələri səbəbindən dinamik böyüməyə və inkişafa davam etmək üçün qanunvericiliyin daim izlənməsinə ehtiyac ola bilər. Bu cür təsirləri tənzimləmə yolu ilə qabaqcadan hiss etmək müharibədə müdafiə ilə əlaqəli nanotexnologiyanı tətbiq etmək üçün “bərpa olunmayacaq zərərlər”in qarşısını alır.
Mənşəyi
Müharibə və müdafiə sahəsində nanotexnologiyaların tarixi istifadəsi sürətli və geniş olub. Son iyirmi ildə çox sayda ölkə bu texnologiyanın hərbi tətbiqetmələrini maliyyələşdirib: Çin , Britaniya, Rusiya və ən başlıcası Amerika Birləşmiş Ştatları. ABŞ hökuməti bu sahədəki araşdırma və inkişafın milli lideri sayılırdı, lakin indi nanotexnologiyaların nüfuzuna qiymət artdıqca beynəlxalq rəqabət də artır. Bu sahənin böyüməsi gücdən istifadə və ya sui-istifadə edən hərbi maraqlardan öndə olan dominant platformaya malikdir.
ABŞ-ın Milli Nanotexnologiya Təşəbbüsü
2001-ci ildən 2014-cü maliyyə ilinə qədər ABŞ hökuməti nanoelmə 19,4 milyard dollar civarında töhfə verdi, bu əsasən hərbi müdafiə üçün nano silahların hazırlanması və istehsalı üçün idi. XXI Əsrin Nanotexnologiya Tədqiqat və İnkişaf Qanunu (2003) Birləşmiş Ştatların nanotexnologiya sahəsində liderliyini milli əməkdaşlıq, məhsuldarlıq və rəqabət qabiliyyəti ilə davam etdirməyi və bu üstünlüyü qoruyub saxlamağı nəzərdə tutur.
İnkişaflar
Nanotexnologiyanın müdafiə məhsullarına uğurlu tətbiqi:
• Material örtüklərinin ömrü saatlardan illərə yüksəldi, daha da inkişaf etdirildi.
• Nano quruluşlu silikat manipulyasiyası izolyasiya ağırlığını 27.7 kq azaldır.
• Azaldılmış çəki, forma və enerji istehlakı olan yüksək güclü mikrodalğalı cihazlar.
Amerika Birləşmiş Ştatları hökuməti büdcə və siyasətində Klinton və Buş administrasiyaları boyunca hərbi məqsədli nanotexnologiyanın inkişafına başlayıb və Müdafiə Nazirliyinin XXI əsr boyunca bu prioritetlə davam etməsini planlaşdırıb. Amerikanın müdafiə məqsədi daşıyan nanotexnologiyanı dövlət tərəfindən iddialı şəkildə maliyyələşdirməsinə cavab olaraq çox sayda qlobal aktor bənzər proqramlar hazırladı.
Çin
Nano materialların alt kateqoriyasında Çin yayımladığı tədqiqat nəşrlərinə görə ABŞ-dan sonra ikinci yeri tutur. Hökumət büdcəsinin 1/5-i tədqiqatlara sərf olunması (337 milyon ABŞ dolları) ABŞ-a rəqib olmaq üçün Çinin sürətli inkişafının məqsədini göstərir. 2018-ci ildə Pekinin Tsinqua Universiteti 800 tondan artıq ağırlığa davam gətirmək üçün gücləndirilmiş karbon nanoboruları yaratdıqlarını açıqladılar və bunun üçün yalnız 1 kub santimetr (1m3) material lazım idi. Elmi nanotexnologiya qrupu müdafiə ilə əlaqəli nano silahlar üçün aerokosmik və zireh artırıcı tətbiqetmələr istehsal ediləcəyinə işarə edib. Çin Elmlər Akademiyasının vitse-prezidenti Çunli Bai bu ölkənin nanotexnologiyalardakı qlobal rəqabət qabiliyyətini inkişaf etdirməsi üçün “təməl tədqiqatlar və tətbiqetmə” arasındakı boşluğu aradan qaldırmağa diqqət yetirməli olduğunu bildirdi.
2001-2004-cü illər arasında təxminən 60 ölkə qlobal səviyyədə milli nanotexnologiya proqramları həyata keçirib. Beynəlxalq texnologiya üzrə ekspert R.D Sheltonun sözlərinə görə, bu sahədəki araşdırma və inkişaf “indi sosial-iqtisadi hədəfə çevrilib və sıx beynəlxalq əməkdaşlıq və rəqabət sahəsidir”. 2017-ci ilədək olan məlumatlara görə, ABŞ yalnız USPTO-da (ABŞ-ın Patent və Marka Bürosu) dərc edilmiş 4725 patentə sahib olub. Vaşinqton 20 ildən çoxdur nanotexnologiya sahəsində lider mövqeyini qoruyur.
Mövcud tədqiqatlar
Hərbi nanotexnoloji silahlarla bağlı son tədqiqatlar yüngül, çevik və davamlı materialların dizaynlarını artırmaq məqsədi ilə müdafiə hərbi cihazlarının istehsalını əhatə edir. Bu innovativ dizaynlar sensor cihazları və elektromexaniki xüsusiyyətlərin manipulyasiyası ilə hücum strategiyasını da inkişaf etdirəcək xüsusiyyətlərlə təchiz edilib.
Əsgər döyüş paltarı
Əsgər Nanotexnologiyaları İnstitutu (ISN) Amerika Birləşmiş Ştatları Ordusu ilə Massaçusets Texnologiya İnstitutu arasındakı əməkdaşlıq nəticəsində yaradılıb və maliyyə və tədqiqat fəaliyyətlərini əsgərin sağ qalmasını təmin etmək üçün zireh inkişaf etdirməyə yönəldib. Yeddi komandanın hər biri gələcəkdə bir ABŞ əsgərinin kostyumunun fərqli cəhətləri üçün yenilikçi aksesuarlar istehsal edir. Bu əlavə xüsusiyyətlər partlayışlardan və ya sursat zərbələrindən qoruyan enerji udan materiallarda, kimyəvi maddələr və toksinləri aşkar etmək üçün hazırlanmış sensorlarda, həmçinin qan tökülmələri və qırıqlar kimi fərdi tibbi problemləri müəyyən etmək üçün nano cihazlarda quraşdırılıb. Bu kostyum gücləndirilmiş struktur qabiliyyətlərinə və elastikliyinə imkan verən liflərə toxunmuş karbon nanoborular kimi inkişaf etmiş nanomateriallar ilə mümkün olacaq, lakin hazırlıq avtomatlaşdırılmış istehsalın istifadə oluna bilməməsi səbəbindən problemə çevrilir.
Gücləndirilmiş materiallar
“Zol-gel” keramika örtüklərinin yaradılması metalları çox sayda forma və ölçüdə tənzimlənməyə imkan verən aşınma, qırıq və nəmlikdən qorudu, həmçinin “yüksək temperatura davam gətirə bilməyən materiallara” kömək etdi. Mövcud tədqiqatlar örtük və material arasındakı stres çatlaqlarının istifadəsi və uzunömürlülüyə məhdudiyyətlər qoyduğu dayanıqlıq problemlərinin həllinə yönəlib. Bu tədqiqatın aparıcı qüvvəsi ABŞ Hərbi Hava və Dəniz Qüvvələri bölmələri üçün nanotexnologiyaların tətbiqində daha səmərəli və qənaətli istifadəni tapmaqdır. Fiber gücləndirilmiş nano-materialların raket örtükləri kimi struktur xüsusiyyətlərinə inteqrasiyası, həddindən artıq istiləşməni məhdudlaşdıra bilər. Bu cür nanotexnologiyalar üçün istifadə olunan materiallar etibarlılığı, möhkəmliyi və elastikliyi artırır.
Rabitə cihazları
Qabaqcıl rabitə üçün hazırlanmış nanotexnologiyanın hərbi qulluqçu və nəqliyyat vasitələrini mikro anten şüaları, uzaqdan identifikasiya üçün etiketlər, akustik massivlər, mikro GPS qəbulediciləri və simsiz rabitə ilə təchiz etməsi gözlənilir. Nanotexnologiya daha az enerji istehlakı, yüngül, güc səmərəliliyi və daha kiçik və daha ucuz istehsal sayəsində müdafiə ilə əlaqəli rabitəni asanlaşdırır. Bu texnologiyanın spesifik hərbi məqsədlərinə aerokosmik tətbiqetmələr, enerjinin üç qatını təmin edən qatı oksid yanacaq çənləri, mikroçiplərdəki müşahidə kameraları, performans monitorları və 18 qrama qədər yüngül olan kameralar daxildir.
Mini nüvə silahları
Amerika Birləşmiş Ştatları, Rusiya və Almaniya kimi ölkələrlə birlikdə kiçik nanotexnologiyaların rahatlığından istifadə edir, bu ölkələr “mini nüvə silahları” kimi partlayıcı qurğulara sahibdirlər. Bu silah 100 ton TNT qüvvəsi ilə 2.2 kiloqram ağırlığında olmaqla insanlığı məhv etmək və təhdid etmək imkanı verə bilər. Struktur nüvə bombaları ilə eynidir, lakin kiçik miqyas almasına imkan vermək üçün nano materiallarla istehsal olunur.
Mühəndislər və elm adamları eyni zamanda, təklif olunan bu inkişaflardan bəzilərinin yaxın iyirmi ildə mümkün olmayacağını dərk edirlər, çünki daha çox tədqiqat aparılması və daha sürətli və daha səmərəli modellər hazırlanması lazımdır. Xüsusilə molekulyar nanotexnologiya, manipulyasiya və reaksiyanı hərbi arenaya uyğunlaşdırmaq üçün bunun daha çox başa düşülməsini tələb edir.
Təsiri
Nanotexnologiya və müharibədə istifadəsi iqtisadi böyümə vəd edir, lakin beynəlxalq təhlükəsizlik və sülhməramlılıq üçün artan təhlükə ilə birlikdə gəlir. Yeni nanotexnologiyaların sürətlə ortaya çıxması bu cür inkişafların geosiyasət, etika və ətraf mühitə təsirləri ətrafında müzakirələrə səbəb olub.
Geosiyasi
Nano silahların təsnifatındakı çətinliklər və məqsədləri (müdafiə və ya hücum) qlobal mühitdə sabitlik və inam tarazlığını pozur. İnkişaf etməkdə olan bir texnologiya ilə bağlı şəffaflığın olmaması cəmiyyətin qavrayışına mənfi təsir etməklə yanaşı mövcud təhlükəsizlik mühitindəki qüvvələr nisbətinə də mənfi təsir göstərir. Araşdırmalarda qeyri-müəyyənlik və şəffaflığın olmaması bu sahədə tənzimləmə çətinliyini artırır. Eynilə, elmi baxımdan irəli sürülən mübahisələr, nano hissəciklərin özlərinin reaksiya ilə əlaqəli bu qədər güclü texnologiyanın yaradılmasının təsirləri barədə bilinən məhdud məlumatları vurğulayır. Böyük elmi və texnoloji irəliləyiş əldə olunsa da, maddənin nano ölçülü davranışına dair bir çox sual qalmaqdadır və hələ xeyli elmi məlumat əldə edilməyib.
Tənzimləmə
Nanotexnologiya və hərbi tətbiqi məsələləri ilə bağlı bu cür narahatlıqlar üçün beynəlxalq tənzimləmə mövcud deyil. İstehsalın məhdudlaşdırılması və ya müdafiə məqsədi ilə nanotexnologiyaların araşdırılması və inkişafının izlənməsi üçün beynəlxalq əməkdaşlığı tətbiq etmək və ya dəstəkləmək üçün hazırda heç bir çərçivə yoxdur. Transmilli tənzimləmə bazası qurulsa belə, tədqiqat, inkişaf və ya istehsalın bütün sahəsini təyin edə bilmədiyi təqdirdə bir xalqın milli maraqlarına uyğun olmadığını müəyyən etmək mümkün deyil.
Elmi sahələrdə məhsulların və yeni materialların sürətli inkişafını izləmək üçün qanunvericilik hazırlamaq işçi və müvafiq tənzimləmələrin yaradılmasına əngəl törədə bilər. Məhsuldar tənzimləmə xalqın sağlamlığını və təhlükəsizliyini təmin etməli, ətraf mühit və beynəlxalq narahatlıqları nəzərə almalı, eyni zamanda nanotexnologiya üçün ortaya çıxan fikir və tətbiqetmələrin yeniliyini məhdudlaşdırmamalıdır.
Təklif olunan tənzimləmə
Qanunvericiliyin inkişafına yanaşmalar, ehtimal ki, nanotexnologiyaların hərbi istifadəsinə dair gizli yayımlanmayan məlumatlara doğru irəliləməni əhatə edir. “Harvard Law and Technology” adlı jurnalda dərc olunan məqalədə xüsusi ixrac nəzarəti ətrafında dönən və nano materiallarda mülki və ya özəl araşdırmaların qarşısını alan qanunlardan bəhs olunur. Bu təklif 1954-cü il tarixli ABŞ Atom Enerjisi Qanununun təqlid etməsini, yaradılış zamanı nanotexnologiyanın xüsusiyyətləri ilə əlaqəli məlumatların yayılmasını məhdudlaşdırmağı nəzərdə tutur.
Nanomaterial Reyestri
Amerika Birləşmiş Ştatlarının Nanotexnologiya Milli Reyestri nanomaterialların fiziki-kimyəvi xüsusiyyətləri və qarşılıqlı təsiri barədə məlumatların təqdim olunduğu ictimai sahəni təmin etdi. Daha da inkişaf etdirilməsini və daha tez-tez könüllü olaraq əlavə edilməsini tələb edən reyestr müharibələrdə nanotexnologiyalarla bağlı qlobal tənzimləməni və əməkdaşlığı başlada bilər.
Reyestr məlumatların standartlaşdırılmasına, formatlanmasına və paylaşılmasına kömək etmək üçün hazırlanıb. Daha çox uyğunluq və iş birliyi ilə bu məlumat mübadiləsi modeli “ətraf mühit və bioloji qarşılıqlı təsir araşdırmalarından alınan nanomaterial məlumatlarının qiymətləndirilməsində cəmiyyətin səy səviyyəsini sadələşdirə bilər”. Lakin əvvəllər “caNanoLab” və “InterNano” da daxil olmaqla, həm cəlbedici, həm də ictimaiyyət üçün əlçatan olan, mütəxəssislər tərəfindən məlumatlandırıcı şəkildə hazırlanan və nano istehsalın detal alətləri olan bir neçə məlumat bazası inkişaf etdirildiyi üçün xüsusi qeyri-maddi reyestrin bu fikri orijinal deyil. Milli Nanomaterial Reyestri məlumatların bu mənbələrdən və bir çox əlavə məlumat mənbələrindən toplandığı daha yenilənmiş bir versiyadır.
strategvision.org
Oxşar məqalələr
-
Nanotexnologiya anlayışı bu gün hansı mənanı ifadə edir?
-
ABŞ ən böyük səhvini düzəldə biləcək?| Dünya ölkələri çip investisiyalarını artırır – ARAŞDIRMA
-
CHIPS qanunu yeniliklər gətirir| ABŞ-ın qabaqcıl çip istehsalı mərkəzi yaratmaq hədəfi
-
Nanotexnologiya bazarının həcmi durmadan artır - 2026-cı ilə qədər 35%-dən çox artım?
-
Polşa nano peykləri olan peyk sistemi quracaq
Son əlavə olunanlar
-
İran Rusiyanın Fars körfəzində hibrid müharibə strategiyasından necə istifadə edəcək
-
İsrail və BƏƏ müdafiə şirkətləri SZ sahəsində əməkdaşlıq edir
-
Süni Zəkanın hərbi sahəyə inteqrasiyası üçün ən böyük risk etikadır
-
Asimmetrik müharibə: Dövlət və qeyri-dövlət aktorları arasında münaqişə "/>Asimmetrik müharibə: Dövlət və qeyri-dövlət aktorları arasında münaqişə
-
ANALİZ "/>Kiber dövrün strateji çətinlikləri – ANALİZ
-
Kiber müharibə ssenarisində çəkindirmə və əlaqələndirmə
-
Kibertəhlükəsizlik hərəkatı: Ölkələr niyə yeni növ müharibəyə hazırlaşır? "/>Kibertəhlükəsizlik hərəkatı: Ölkələr niyə yeni növ müharibəyə hazırlaşır?
-
Kibertəhlükəsizliyin əsasları, texnologiya və vacib olan nüanslar
-
ANALİZ "/>Kiber Məkan Əməliyyatları, Komandanlığı və təsirləri - ANALİZ
-
Yaxın Şərq yaxınlaşan iqlim fəlakətindən qaça bilərmi?
-
Siçanlar üzərində təcrübələr?| Avtonomluğa Aparan Yolda Məkan İdrakı – ANALİZ "/>Siçanlar üzərində təcrübələr?| Avtonomluğa Aparan Yolda Məkan İdrakı – ANALİZ
-
ABŞ HDQ 1000 insanlı və insansız gəmidən ibarət hibrid donanma qura bilərmi?
-
Dəniz platformalarında avtonom sistemlər
-
Hibrid müharibə: Köhnə konsepsiya, yeni texnikalar "/>Hibrid müharibə: Köhnə konsepsiya, yeni texnikalar
-
Müharibədə nanotexnologiya
-
Nüvə müharibəsində kimsə qalib gələ bilərmi?
-
Qərb ictimaiyyətinin gözündə PUA zərbəsini “qanuni” edən nədir?
-
Kiber müharibə: Atrubusiyadan çəkindirməyə "/>Kiber müharibə: Atrubusiyadan çəkindirməyə