Polşa nano peykləri olan peyk sistemi quracaq

Polşa nano peykləri olan peyk sistemi quracaq
880     10:30     22 10 2021    
PİAST adlanan layihə çərçivəsində Polşa kosmik şirkətlərindən ibarət konsorsium Polşa Silahlı Qüvvələrinin idarə edəcəyi 3 nano peyk hazırlayacaq

“SpaceNews” nəşrinin məlumatına görə, ilk dəfə Polşa Silahlı Qüvvələri tərəfindən idarə olunacaq peyklərin 2024-cü ildə orbitə çıxarılması planlaşdırılır.

Konsorsiumun bir hissəsi olan “Creotech Instruments” şirkətinə layihənin lideri olan ölkənin Hərbi Texnologiya Universiteti (WAT) ilə birlikdə üç nano peyk hazırlamaq həvalə edilib. PİAST sayəsində Polşa Silahlı Qüvvələri yüksək keyfiyyətli görüntülər əldə edərək Yer kürəsini müşahidə edən peyk sisteminə sahib olacaq.

“Creotech Instruments” şirkətinin idarə heyətinin sədri QrzeQorz Bronanın “SpaceNews”a verdiyi məlumata görə, çəkisi 10 ilə 120 kiloqram arasında olacaq 3 nano peyk əvvəlcə mikro peyk bazarı üçün hazırlanmış şirkətin flaqmanı olan “HyperSat” standartına əsaslanacaq. Layihənin büdcəsi 18 milyon dollardır.

PIAST (Polşa Görüntüləmə Peykləri Layihəsi) layihəsi üçün vəsait Avropa İttifaqı və Polşa büdcəsindən istifadə etməklə ölkədə geniş tədqiqat və inkişaf işlərini maliyyələşdirən Milli Araşdırma və İnkişaf Mərkəzi tərəfindən təmin edilir.

PİAST layihəsində “Creotech Instruments” və WAT-dan başqa, Polşanın aparıcı dövlət müdafiə şirkətlərindən olan Polşa Müdafiə Qrupu, Polşa Elmlər Akademiyasının Kosmik Tədqiqatlar Mərkəzi, “Scanway” və Polşanın ŁUKASIEWICZ Araşdırma Qrupu iştirak edir.
Strategyvision.org

Teq: Polşa   Peyk  


Oxşar məqalələr
Son əlavə olunanlar