Qərbin Ukraynaya yardımı Asiyada Çini çəkindirir?

 Qərbin Ukraynaya yardımı Asiyada Çini çəkindirir?
431     10:10     23 08 2022    
Rusiya istəmədən müttəfiqi Çinə mane olub. Kəşfiyyat məlumatlarına görə, Rusiyanın Ukraynada məqsədlərinə sürətlə çatmasının ardından Çin Tayvanı ələ keçirmək üçün hərəkətə keçəcəkdi. Lakin Ukraynanın müqaviməti və Qərbin dəstəyi nəinki Rusiyanı zəiflətdi, həm də Çini Tayvana hücumdan çəkindirdi.

Qış Olimpiya Oyunları zamanı Rusiya Prezidenti Çinə səfər edərək burada ölkə lideri Si Cinpinlə görüşüb və güman ki, burada planları müzakirə ediblər. Hər iki dövlər Qərbin zəif reaksiya verəcəyini ehtimal edirdi. Lakin Qərbin Ukraynaya ciddi yardımı Çini xeyli narahat etdi. Habelə, ABŞ-ın Ukrayna ilə müdafiə müqaviləsinin olmadığını da nəzərə almaq lazımdır. Çin ABŞ-ın Tayvanla rəsmi müdafiə müqaviləsi olduğunu yaxşı bilir.

Çinn üzrə ekspertlər Si Cinpin və onun komandasının nə planlaşdırdıqları barədə danışırlar. İddialara görə, Çinin qarşısı alınıb və onun elitaları pərişandır. Şəxsi söhbət otaqlarında çinli generallar Qərblə informasiya müharibəsində qalib gələ bilməmələri ilə yanaşı, qüvvələrinin döyüş sahəsində təcrübəsinin olmamasından da şikayətlənirlər. Çin Rusiyanın Ukraynaya qarşı müharibəsinə verdiyi hərtərəfli ictimai dəstəyi geri çəkib, çünki merkantilist ixracın üstünlük təşkil etdiyi iqtisadiyyatla Qərb bazarlarından uzaqlaşa bilməz.

Çin anlayır ki, Rusiyaya verdiyi dəstəyə görə, xüsusən də diplomatik baxımdan əziyyət çəkib. Bu yaxınlarda Litvadan başlayaraq bir neçə əsas ölkə Pekinə açıq şəkildə qarşı çıxıb, həmçinin Gürcüstan, Slovakiya, Polşa, Rumıniya, Finlandiya və xüsusən də Çexiyadan sərt ritorikaya məruz qalıb. ABŞ Şərqi və Cənub-şərqi Asiyada güclənib. Bundan başqa, Çin Aİ ilə sammit keçirsə də, tədbir bütövlükdə uğursuzluqla yadda qalıb.

Çin, demokratik Avropanın böyük bir hissəsi ilə proto-ittifaq kimi təsəvvür etdiyi “16+1” çərçivəsini yaşatmaq ümidi ilə Mərkəzi Avropada birbaşa zərərə nəzarət rejiminə keçdi. Lakin Çexiyanın xarici işlər naziri Rusiyaya verdiyi dəstəyə görə bütün Çini ələ saldı və “16+1”in ölümünü elan etdi. Bu, Çini Tayvana hücumdan daha da çəkindirdi, çünki o, Beynəlxalq Əmək Təşkilatının məcburi əmək haqqında iki konvensiyasını kifayət qədər istehzalı şəkildə ratifikasiya edərək, 2020-ci il üçün ləğv edilmiş Aİ-Çin investisiya sazişini canlandırmaq cəhdi edirdi. Çin kiçik Solomon adaları ilə müdafiə paktı imzalamaq istəyirdi, lakin alınmadı. Çinin Şimali Koreya kimi bir neçə həqiqi müttəfiqi var.

Çin öz ərazisi hesab etdiyi Tayvana hücum etmək üçün bu ilin sonuna qədər gözləməyi planlaşdırırdı. Si Cinpin partiya daxilində daha da yüksəlməyi nəzərdə tutmuşdu və Honq-Konqda demokratiyanın boğulmasından sonra yazın sonunda Tayvana daxil olmağı planlaşdırırdı. Amma bu plan uğursuz oldu.

Çin onun qlobal məhvinə töhfə verən bir sıra əlavə büdrəmələr etdi və onu Tayvana hücumdan daha da çəkindirdi. Bu yaxınlarda Çin Rusiyanın dominant olduğu Serbiyanı ballistik raketlərlə təmin etdi, Qərb demokratiyalarını təhrif etdi, Şimali Koreyanı cilovlaya bilmədi və bütün dünyaya ölümcül pandemiya yaydı.

Çin etibarlı şəkildə iddia edə bilər ki, onun reputasiyası Rusiyadakı qədər pis deyil, amma ondan heç də geri qalmır. Hətta Solomon adaları da Qərbə Çinin hərbi obyektlərinə ev sahibliyi etməyəcəyini söylədi. ABŞ, Avstraliya, Yaponiya və Hindistandan ibarət Dördlü qruplaşma, hələ də Tayvan boğazından (Böyük Britaniya, Fransa və Almaniyadan) üzən Qərb dəniz armadalarının ardıcıllığı ilə birlikdə Çini əhatə edir.

Çinin cavabdehlik daşıması lazım olan çox şey var, lakin Tayvanı ələ keçirmək planı bu siyahıya düşmür. Qərb və onun müttəfiqləri Çinin aqressiv strategiyası ilə bağlı ayıq-sayıq olmalıdırlar.
Strategyvision.org

Teq: Qərb   Çin   Ukrayna   Müharibə  


Oxşar məqalələr
Son əlavə olunanlar