Ukrayna müharibəsi ilə bağlı həqiqəti real vaxtda göstərən texnologiyalar - PUA-lar, telefonlar və peyklər
Tarix boyu müharibələr yeni texnologiyaları öz xeyrinə çevirən qüvvələr tərəfindən qazanılıb. 1415-ci ildə Azenkur döyüşündə ingilis kralı V Henrixin fransızlar üzərində qələbəsi onun oxatanlarının və yenicə inkişaf etdirilən uzun yayların sayəsində qazanılıb.
Ukraynadakı müharibə başqa bir tarixi ilkə şahidlik edə bilər, texnologiya müharibənin dumanını təmizləyir, təcavüzkarların yalanlarını ifşa edir və onların məğlubiyyətinə nail olmaq üçün səyləri sürətləndirir.
Öldürülən mülki vətəndaşların, həftələr sonra qeydə alınmış, yol kənarındakı cəsədlərin videoları ilə üst-üstə düşən peyk şəkilləri Rusiyanın hərbi cinayətlərinə inandırıcı sübutlar təqdim edir, Qərb liderlərini Rusiyaya qarşı sanksiyaları gücləndirməyə və Ukraynaya silah tədarükünü sürətləndirməyə inandırır.
Bunun müharibənin yekun nəticəsinə necə təsir edəcəyi bəlli deyil. Lakin Ukraynanın təcili olaraq hər hansı əlavə təsir rıçaqları axtardığı, Rusiya qüvvələrinin yeni hücum üçün toplaşdığı bir vaxtda Rusiyanın Buçadakı hərəkətləri Ukraynanın əlini gücləndirib.
Döyüş sahəsinin peyk görüntüləri onilliklər ərzində hökumətlərin ixtiyarına verilsə də və 1990-cı illərdə Bosniya vətəndaş müharibəsi zamanı müharibə cinayətlərinin müəyyən edilməsində - xüsusilə 1995-ci ildə Srebrenitsa şəhərində qətlə yetirilən 7000 bosniyalı müsəlmanın bir çoxunun kütləvi məzarının yerinin tapılmasında mühüm rol oynayıb.
Görünür, Putin və onun döyüş meydanındakı komandirləri, əmrlər və fəaliyyətlərinin indi onların nəzarətindən kənarda silinməz bir iz buraxması faktı ilə maraqlanmırlar və ya başa düşmək istəmirlər.
Onlar biləcəklər ki, bir çox keçmiş münaqişələrdə Bəşər Əsəd kimi liderlər çoxlu ittiham sənədlərinə baxmayaraq, mühakimə olunmaqdan qaça bilib.
Lakin bu, Putinin diqqət etməli olduğu yeganə dərs deyil. Yuqoslaviyanın qanlı parçalanmasından və Bosniya vətəndaş müharibəsindən sonra Haaqadakı hərbi cinayətlər tribunalı siyasi və hərbi liderləri məhkum etməyə kömək etdi.
Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Cinayət Tribunalı (ICTY) Bosniya serblərinin prezidenti Radovan Karadziçi mühakimə edərkən, onun Sarayevoya baxaraq, aşağıda mülki insanları artilleriya və minaatan atəşinə məhkum edən videosunu nümayiş etdirdi.
Hərbi cinayətlərdə onun hərbi ortağı, general Ratko Mladiç də onun mühakimə olunmasına kömək etdi. O, Srebrenitsanın kənarında əsgərlər tərəfindən öldürüləcək mülki şəxslərin “süzgəc”dən keçirilməsinə rəhbərlik edirdi.
Bu cür əlaqəni Putinə bağlamaq daha çətin ola bilər, lakin onun Ukraynanın niyə ölkə olmadığına dair keçən yay dərc olunmuş 20 səhifəlik tezisi və Rusiyanın Kiyevi niyə işğal etməli olduğuna dair televiziya şərhləri var.
Əgər Putin məhkəmə qarşısına çıxsa, o, sözlərinə ordusunun zəif tərəflərini və Ukraynanın güclü tərəflərini dərk edə bilməməsi ilə başlaya bilər. İlk böyük məqsədi olan Kiyevin ələ keçirilməsini yerinə yetirə bilməməsi onun qoşunlarını geri çəkilməyə məcbur etdi və törədilən terror dalğaları aşkar qaldı.
Onlar əvvəllər Suriyada, Çeçenistanda, Gürcüstanda dəfələrlə etdiklərini ediblər. Putin və onun məmurları da əvvəllər dəfələrlə etdiklərini etdilər: cinayətlərini ört-basdır etmək üçün yalan danışdılar.
Rusiya müdafiə rəsmiləri aprelin 2-də ortaya çıxan, başlarından güllə ilə vurulmuş, bəziləri əlləri və ayaqları bağlı olan mülki vətəndaşları əks etdirən foto və videoların saxta olduğunu iddia edib, hərbçilərinin qətllər baş verməmişdən əvvəl getdiklərini bildirib. “Qoşunlar martın 30-da şəhəri tərk ediblər. Dörd gün ərzində çəkilişlər harada idi? Onların yoxluğu yalnız saxtakarlığı təsdiqləyir”, - deyə Rusiya Müdafiə Nazirliyinin bəyanatında deyilir.
Onlar tarix haqqında çox şey bilirlər. Putinin ən təcrübəli dezinformasiya ustalarından biri olan xarici işlər naziri Sergey Lavrov “Rusiya qüvvələri martın 30-da Buça şəhəri ərazisini tərk edib” deyərək yöndəmsiz ört-basdırı ikiqat etdi.
Lakin martın 18-də Rusiya qoşunlarının nəzarəti altında olarkən “Maxar” kosmos texnologiyası şirkəti tərəfindən çəkilmiş peyk şəkilləri Ukrayna qüvvələrinin şəhərə erkən daxil olan zaman mülki şəxslərin yol kənarında ölü vəziyyətdə uzandığını göstərir. Martın 10-dan əvvəl PUA tərəfindən çəkilmiş videoda isə rus əsgərləri tərəfindən velosipedçinin vurularaq öldürüldüyünü göstərir. Ukrayna qüvvələri onun cəsədini həftələr sonra, məhz öldürüldüyü yerdə tapıblar.
Rusiyanın işğalından bir neçə ay əvvəl, rus qüvvələrini və onların məhvetmə prosesini izləyən “Maxar”ın təsvirləri yayımlandıqdan sonrakı günlərdə ictimaiyyətin döyüş sahəsinə dair anlayışında inqilab edildi. Smartfon kameralarının, geolokasiya texnologiyasının və müasir PUA-ların demək olar ki, hər yerdə istifadəsi ilə Putin əvvəlki münaqişələrdə qaçdığı mümkün hesabla üzləşir.
Ukrayna prezidenti Zelenski ictimaiyyətin öz gözü ilə görməsi üçün daha çox kamera istəyir: “Bizi maraqlandıran budur, jurnalistlər üçün maksimum imkan, beynəlxalq qurumlarla maksimum əməkdaşlıq, Beynəlxalq Cinayət Məhkəməsinə üzv olmaq, tam həqiqət və tam məsuliyyət”.
Ukraynan lideri başa düşdü ki, müharibənin gedişatını dəyişdirə biləcək təkcə “Javelin” və NLAW kimi yüksək texnologiyalı, tank məhv edən silahlar və ya “Stinger” və “Starstreak” kimi raketlər yox, həqiqət və bu həqiqəti göstərən alətlər - peyklər, PUA-lar və smartfonlardır.
İstənilən müasir müharibədə analoqu olmayan texnologiya, böyük ölçülü təcavüzkarın yalanlarını alt-üst edir və qarşı ətərəfin üstünlüyü zəiflədə bilər. Zelenski Birləşmiş Millətlər Təşkilatında danışarkən bundan istifadə etdi: “İndi 2022-ci ildir. Bizim qəti sübutlarımız var. Peyk görüntüləri var. Biz tam və şəffaf araşdırmalar apara bilərik”.
1415-ci ildə V Henri kimi, Zelenski də üstünlüyünü görür. Peyk görüntüləri 1415-ci ildəki ox və yaylar kimi müharibəni dəyişdirməsə də, ondan ağıllı istifadə Putini istədiyindən daha tez danışmağa məcbur edə bilər.
Oxşar məqalələr
-
Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Türkiyə üçün lüks yox, strateji zərurət| Kosmik inqilab: “Köhnə Kosmos”dan “Yeni Kosmos”a keçid
-
NASA Yer üzündə 3D printerlə “Mars” yaşayış mühiti yaradır
-
Çin Data üzərində Qlobal Rəqabətdə Necə Dominat Olacaq?
-
Yayılma və Şəbəkə: ABŞ HDQ Gələcək Müharibələrdə necə qalib gəlməyi planlaşdırır?
-
Siyasi iradə varsa, bir yol var! Kosmik silahlanma yarışını ləğv etmək mümkündür?
-
Təhlükəsizlik konsepsiyasının dəyişdirilməsi və təhlükəsizliyin yenidən konseptuallaşdırılması – ANALİZ
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı