“Onları görümürdük, sadəcə eşidirdik”: Niyə daha ağıllı telefonlar əvəzinə köhnə “Nokia” tipli telefon?
“Onları gördümürük, sadəcə eşidirdik”, - deyə onlardan biri bildirirdi.
“Onları” deyərək işarə etdiyi Pilotsuz Uçuş Apratları (PUA) idi. Ermənistan və Azərbaycan arasında baş verən son müharibədə bu cihazlardan kütləvi şəkildə istifadə edilib. Bir neçə illik sakitlikdən sonra başlayan hərbi toqquşmada bu silahlar Ermənistan ordusunun kabusuna çevrilmişdi. Beynəlxalq arena tərəfindən Azərbaycanın ərazisi kimi tanınan Qarabağ 90-cı illərdə Ermənistan tərəfindən işğal edilmişdi. Vətən Müharibəsində Ermənistanın 5000-dən artıq hərbi qulluqçusu məhv edilib, yüzlərlə texnikası sıradan çıxarılıb. Bununla yanaşı 3000-dən artıq erməni hərbi qulluqçu itkin düşmüş hesab edilir.
Münaqişənin tarixi Birinci Dünya müharibəsi dövrünə təsadüf edir, lakin Sovet İttifaqının zəiflədiyi günlərdə daha da böyüyüb. 1988-ci ildə separatçı etnik ermənilər Azərbaycandan ayrılmaq istədi. 1991-ci ildə SSRİ-nin dağılması ilə ermənilər və azərbaycanlılar arasında atışmalar genişmiqyaslı müharibəyə çevrildi.
Üç il ərzində çoxlu sayda insan həlak oldu, daha sonra atəşkəs elan olundu. Qarabağın dağlıq hissəsi və ətrafdakı 7 rayon ermənilərin işğalı altında qaldı. Azərbaycandan olan 1 milyondan çox insan evlərindən didərgin düşdü.
Qarabağ hər iki tərəf üçün totemik əhəmiyyət kəsb edirdi. Ölkəmiz ABŞ-ın Delaver ştatı böyüklüyündə olan coğrafi olaraq əsasən dağlıq bölgəni işğaldan azad edəcəyinə söz verdi və bu illər ərzində bir neçə dəfə hücum etdi. Münaqişənin həlli üçün Rusiya, ABŞ və Fransanın həmsədrliyi, eləcə də 11 ölkənin üzvlüyü ilə Minsk Qrupu quruldu, amma ciddi nəticə əldə olunmadı.
2000-ci illərin əvvəllərində Azərbaycan Qarabağı azad etmək üçün hərbi cəhətdən güclü deyildi. Ancaq qlobal neft qiymətlərindəki kəskin artımdan və Rusiya, İsrail və digər xarici yüksək texnoloji silahlara xərclənən on milyardlarla dollar da daxil olmaqla artan müdafiə xərcləri 2016-cı ilə qədər hərbi tarazlığı dəyişdirdi.
Qlobal silah xərclərinə dair hesabat hazırlayan Stokholm Beynəlxalq Sülh Araşdırmaları İnstitutuna görə, 2011-2019-cu illər arasında Azərbaycan silah üçün 19 milyard dollardan çox pul xərcləyib. Buna 2016-cı ildə İsraildən “Orbiter 1K” və “Harop” adlı “gəzən sursat”lar, zenit-raket sistemləri, radar kompleksləri daxildir. Azərbaycan ordusu ilk dəfə “Harop”u 2016-cı ildə erməni hərbçiləri daşıyan avtobusa zərbə endirən zaman istifadə edib.
Ermənistan eyni dövrdə öz silah arsenalına təxminən 4.8 milyard dollar xərclədi və amma silah idxalında diversifikasiya yox idi. Silahların alınmasında əsasən Rusiyaya güvənirdi. Bu isə onun güclü PUA-larda çatışmazlığa malik olduğunu göstərirdi. Çünki Moskvanın özü də bu gün zərbə PUA-ları ilə bağlı çatışmazlıq yaşayır. Ermənistanın döyüş meydanında çox az sayda yerli PUA-lar istifadə edirdi. PUA-lar 90-cı illərdə formalaşan starus-kvonu dağıtmağa Azərbaycana kömək etdi.
Prezident İlham Əliyev ölkəmizin müharibə qabiliyyətində bir sıra dəyişikliklər edildiyini bəyan etdi.
Prezident bildirirdi ki, bəzi vasitəçilər münaqişənin hərbi həllinin olmamasında israr edirdilər və o, razılaşmırdı.
Azərbaycan ordusunun arsenalında artıq yeni silahlar var idi. Bunlardan ən önəmlisi iyul ayında sərhəddə baş verən toqquşmadan dərhal sonra NATO üzvü və Azərbaycanın ən önəmli tərəfdaşı olan Türkiyədən satın alınan “Bayraktar TB2” zərbə PUA-larıdır.
TB2 Türkiyə ilə Azərbaycan arasındakı ortaq hərbi təlimlər zamanı Gəncə şəhərinə gətirilən F-16 döyüş təyyarələrini belə kölgədə qoyaraq, Azərbaycan ordusu üçün səmada ən çox sevilən silah oldu.
Azərbaycan F-16-ların döyüşdə istifadə edilmədiyini bildirib. Prezident Türkiyə istehsalı PUA-ların Azərbaycanın döyüş itkilərini azaltdığını qeyd edib.
TB2 PUA-larının uçuş müddəti 24 saatdır və idarəetmə məsafəsi 100 mildir və ağıllı sursatla təchiz olunub.
“Bu PUA-lar Türkiyənin gücünü göstərir. Bu da bizə güc verir”, - deyə Prezident İlham Əliyev müsahibə zamanı bildirirdi.
Müdafiə Nazirliyinin yayımladığı videolarda TB2-lər müntəzəm olaraq görülürdü. PUA-ların yüksək dəqiqlikli kameraları ilə çəkdiyi görüntülər sosial şəbəkələrdə dramatik klassik musiqi sədaları altında yayılırdı və psixoloji müharibənin əsas aspekti kimi istifadə edilirdi. PUA-lar ermənilərin köhnə zirehli texnikalarını sürətlə məhv edirdi.
PUA-lardan və digər vasitələrdən istifadə edərək Azərbaycan ordusu ermənilərin 300-ə yaxın tankını, çoxlu sayda HHM sistemini və artilleriya vasitəsini məhv edib. Erməni hərbi qulluqçular səmalara nəzarət edən Azərbaycan PUA-larından qaçmaq üçün tez-tez yerlərini dəyişdirmək məcburiyyətində qalırdılar.
Qondarma qurumun Xocavənddəki “nümayəndəsi” Avanesyan daha ağıllı telefonlar əvəzinə köhnə “Nokia” tipli telefon istifadə edir. O düşünürdü ki, bununla Azərbaycan ordusuna yaxalanma təhlükəsi daha azdır. Eynilə, döyüş bölgəsinə yaxın olan əsgərlərin GPS istifadə etmələri və ya telefonları ilə fotoşəkil çəkmələri qadağan eilmişdi. Sürücülər hədəf alına biləcək hər hansı bir işarəni gizlətmək üçün maşınlarına faralarını qapayır və ya palçıq sürtdürürlər. Hərbi qulluqçuların kütləvi toplaşmasına icazə verilmirdi.
Erməni hərbi qulluçulardan biri deyir ki, PUA-ları görmək olmur, gizlənirlər: “Yeni texnologiyaya ehtiyacımız var. PUA-larla mübarizə aparmaq üçün yeni silahlara ehtiyacımız var”.
Beləliklə, PUA-lar döyüş əməliyyatlarında Ermənistan ordusunun canlı qüvvəsini və Sovet dövründən qalma hərbi avadanlıqlarını məhv etdi. PUA-ların havaya nəzarət etməsi nəticəsində döyüşlər ermənilər üçün ölümcül gizlənmə oyununa çevrildi.
Oxşar məqalələr
-
Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Türkiyə üçün lüks yox, strateji zərurət| Kosmik inqilab: “Köhnə Kosmos”dan “Yeni Kosmos”a keçid
-
NASA Yer üzündə 3D printerlə “Mars” yaşayış mühiti yaradır
-
Çin Data üzərində Qlobal Rəqabətdə Necə Dominat Olacaq?
-
Yayılma və Şəbəkə: ABŞ HDQ Gələcək Müharibələrdə necə qalib gəlməyi planlaşdırır?
-
Siyasi iradə varsa, bir yol var! Kosmik silahlanma yarışını ləğv etmək mümkündür?
-
Təhlükəsizlik konsepsiyasının dəyişdirilməsi və təhlükəsizliyin yenidən konseptuallaşdırılması – ANALİZ
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı