Növbəti ABŞ-Çin Silah Yarışı: Süni Zəka?

 Növbəti ABŞ-Çin Silah Yarışı:  Süni Zəka?
604     20:10     24 10 2022    
Çin ilkin olaraq yalnız Hərbi Məsələlərdə İnformasiya-Texnologiya İnqilabının gəlişini müşahidə edə bilir. Hal-hazırda Xalq Azadlıq Ordusu (XAO) müharibəni dəyişdirmək üçün SZ-nin hərbi tətbiqlərindən istifadə etmək üçün unikal fürsət əldə edə bilər. Birləşmiş Ştatlar birinci Körfəz Müharibəsi zamanı şəbəkə mərkəzli müharibədə öz üstünlüyünü ilk dəfə nümayiş etdirdikdə, XAO informasiya texnologiyaları sahəsində özünün nisbi geriliyinin tam miqyası ilə üzləşmək məcburiyyətində qaldı.

Nəticədə, XAO iddialı bir “informasiya” gündəliyinə başladı. Bu günə qədər, XAO uzun mənzilli dəqiq zərbələrdən tutmuş kosmosda və kiberməkanda əməliyyatlara qədər döyüş qabiliyyətlərini artırmaq üçün məlumatdan istifadə etmək qabiliyyətində xeyli irəliləyib. Hazırda XAO mütəfəkkirləri bunu gözləyirlər: informasiyalaşdırılmış müharibə üsullarının gələcək “ağıllı” müharibəyə çevrilməsi ilə nəticələnəcək “Hərbi Məsələlərdə İntellektuallaşma İnqilabı”nın meydana gəlməsi. ABŞ ordusunun informasiya texnologiyalarında bunu bacara bilməməsindən sonra XAO üçün bu inkişaf edən tendensiya SZ sahəsindəki tərəqqi ilə ayaqlaşmaq imperativini artırır. Eyni zamanda, XAO texnoloji və konseptual innovasiyalar vasitəsilə ABŞ-ı sürətli sıçrayışla ötmək üçün SZ-nin pozucu potensialından istifadə etməyə çalışır.

XAO üçün intellektləşdirmə informasiyalaşdırmada onilliklər ərzində əldə edilmiş nailiyyətlərin kulminasiya nöqtəsidir. 1990-cı illərdən etibarən, XAO mexanikləşdirmə prosesini belə tamamlamamış bir qüvvədən informasiyalaşdırılmış müharibələrdə “mübarizə və qalib gəlmək” qabiliyyətinə daha çox inamlı olan hərbi gücə çevrildi. Davam edən çətinliklərə baxmayaraq, XAO inteqrasiya olunmuş birgə əməliyyatların ayrılmaz hissəsi olan “sistemlər sistemi” əməliyyatları qabiliyyətini yaratmaq yolunda görünür. Son restrukturizasiya, XAO-nun İnformasiyalaşdırma Departamenti onun yanaşmasının inkişafını və təkamülünü daha da əks etdirir. İnformasiyalaşdırma sahəsindəki bu irəliləyişlər XAO-nun intellektləşməyə keçidinin əsasını qoydu. Baş Qərargahın İnformasiyalaşdırma İdarəsinin keçmiş direktoru, general-mayor Vanq Kebinin sözlərinə görə, Çinin “informasiya inqilabı” üç mərhələdən keçir: əvvəlcə “rəqəmsallaşma”, sonra “şəbəkələşmə” indi isə “intellektuallaşma”. XAO platforma və sistemlərə informasiya texnologiyalarının tətbiqində uğur qazanıb, inteqrasiyaya doğru irəliləyib, xüsusən də C4ISR imkanları və bütün xidmətlər, əmrlər və müharibə sahələrində sistemlərin və sensorların daha dərin birləşməsinə doğru irəliləməyə çalışır. Bu son mərhələ “big data”, bulud hesablamaları, mobil şəbəkələr, əşyaların interneti (fiziki cihazların, maşınların, məişət cizahlarının və başqa digər əşyaların üzərinə quraşdırılmış elektronikalar, proqram təminatları, sensorlar və qəbuledicilərlə bu əşyaların bir-birinə bağlanması və verilənləri ötürməsi) və SZ daxil olmaqla, bir çox inkişaf etməkdə olan texnologiyalarda irəliləyişlərlə təmin edilə bilər. Xüsusilə, intellektləşmə şəraitində müharibənin mürəkkəbliyi SZ-yə daha çox etibar etməyi zəruri edəcək. Gələcəyə nəzər salsaq, SZ-nin hərbi inkişafın dominant texnologiyası kimi yaranması üçün ilkin təməl kimi xidmət edən informasiya texnologiyasını əvəz edəcəyi gözlənilir.

XAO ənənəvi olaraq xarici münaqişələrdən dərs almağa çalışsa da, onun SZ-nin fəsadları ilə bağlı hazırkı düşüncəsi müharibə ilə deyil, oyunla müəyyən edilib. “AlphaGo”nun qədim Çin “Go” oyununda Li Sedolu məğlub etməsi XAO-nun təxəyyülünü ən yüksək səviyyədə genişləndirdi. Nüfuzlu XAO strateqlərinin nöqteyi-nəzərindən, bu “insan və maşının böyük müharibəsi” SZ komanda və idarəetmədə, həmçinin gələcək müharibədə qərarların qəbulunda ayrılmaz rol oynaması üçün böyük potensialını qətiyyətlə nümayiş etdirdi. Həqiqətən də “AlphaGo”nun uğuru dönüş nöqtəsi hesab olunur. Bu, SZ-nin müharibə aparmaq üçün tələb olunanla müqayisə edilə bilən mürəkkəb təhlil və strategiya ilə məşğul olmaq potensialını nümayiş etdirdi. O, nəinki insanın idrak imkanlarını bərabərləşdirdi, həm də insan şüurunu üstələyə biləcək fərqli üstünlüyü təmin etdi. Əslində, “AlphaGo” hətta bu qədim oyunun insan oyunçularının heç vaxt ixtira etmədiyi özünəməxsus, yeni üsullarını icad edə bildi. Unikal, hətta üstün strategiyalar formalaşdırmaq qabiliyyəti o deməkdir ki, SZ hərbi qərarların qəbul edilməsində tətbiqi müharibə aparmağın ağlasığmaz yollarını da aşkar edə bilər. Ən yüksək səviyyələrdə Mərkəzi Hərbi Komissiyanın Birgə Qərargah İdarəsi XAO-nu birgə əməliyyatlar üzrə komandanlıq sisteminin qurulmasında intellektuallaşdırılmış komandanlıq və qərar qəbul etmə istiqamətində irəliləməyə çağırıb.

XAO-nun müharibədə SZ ilə bağlı ilkin düşüncəsinə üçüncü ofset strategiyası da daxil olmaqla, ABŞ-ın müdafiə sahəsində innovasiya təşəbbüslərinin yaxından öyrənilməsi təsir göstərsə də, onun zəkaya yanaşması fərziyyə mərhələlərində və tələb olunan sonrakı təcrübələrdə iştirak zamanı inkişaf edəcək. Bu günə qədər öz yazılarında, ABŞ ordusundan fərqli olaraq, XAO-nun aparıcı alimləri SZ-nin təsirli hərbi tətbiqlərinə aşağıdakıların daxil ediləcəyini proqnozlaşdırırlar: intellektləşdirilmiş komanda və nəzarət, eləcə də qərarların qəbuluna dəstək; ağıllı pilotsuz hərbi platformalar; və SZ vasitəsilə insan dözümünün, bacarıqlarının və intellektinin genişləndirilməsi. Mövzu ilə bağlı ilkin konfranslar və seminarlar keçirən XAO-nun Hərbi Elmlər Akademiyası, Milli Müdafiə Universiteti və Milli Müdafiə Texnologiyaları Universiteti də daxil olmaqla nüfuzlu akademikləri və general-mayor Li Deyi kimi aparıcı SZ ekspertlərini çağırıb. Onların arasında XAO döyüş oyunları və simulyasiya mütəxəssisi Hu Xiaofeng DARPA-nın Dərin Yaşıl proqramının geniş tədqiqi ilə məşğuldur. Hazırda XAO tədqiqatçılarının müqayisə edilə bilən bir sistemin inkişafı ilə təcrübə apardıqlarına dair əlamətlər var.

Nəhayət, XAO-nun döyüş meydanında SZ-dən istifadə etməsi, özünəməxsus strateji mədəniyyəti və təşkilati dinamikasını nəzərə alaraq, çox güman ki, ABŞ-ın yanaşmasından fərqlənəcək. Spekulyativ olaraq, XAO-nun ənənəvi yanaşması (“texnologiya taktikanı müəyyənləşdirir”) SZ-yə güvənmək meylinə, bəlkə də Birləşmiş Ştatlardan daha çox dərəcədə kömək edə bilər. Bəzi XAO mütəfəkkirləri gələcək müharibənin dinamikasında SZ-nin komandanlığın strateji və əməliyyat səviyyələrində getdikcə daha çox ayrılmaz funksiya almasını tələb edəcəyini gözləyirlər. Xüsusilə, müharibədə idraketmə (məlumatı başa düşmə) sürətinin insanın imkanlarını üstələyəcəyi dövr gələcək. Bu nöqtədə, XAO-nun SZ-dən istifadəsinin gələcək trayektoriyasını təxmin etmək hələ tezdir. Bununla belə, diqqətəlayiqdir hal budur ki, ABŞ-da mövzu ilə bağlı debatlarda insanı “qərar vermə prosesi daxilində” saxlamaqla bağlı gərgin narahatlıqlar var, ancaq bu narahatlıqlar XAO-nun məqalələrində çox da istifadə edilmir. Ola bilsin ki, XAO “mənalı insan nəzarəti” məsələsinə ABŞ-dan fərqli yanaşır. XAO-nun intellektuallaşdırma siyasətinin çoxsaylı ölçüləri üzərində düşünməsi və bu sahədə irəliləməsi onun gələcək hərbi imkanlarının təyinedicisi olacaq.
Strategyvision.org

Teq: ABŞ   Çin   Süni-Zəka  


Oxşar məqalələr
Son əlavə olunanlar