Süni Zəka özünə qarşı: kiber silah yarışında növbəti döyüş
1988-ci ildə “dünyanın ilk kiberhücumu” hesab olunan hadisə xəbər başlıqlarında önəmli yer tuturdu. Bu, Morris qurdu idi - Harvard məzunu Robert Tappan Morrisin yaratdığı fərdi zərərli proqramı o zaman 60.000 kompüterin təxminən 10% -ni yoluxdurdu və kompüter təhlükəsizliyinə münasibətdə seysmik bir dəyişiklik yaratdı.
Həmin hadisədən 30 il keçib, kiber təhlükəsizlik artıq çağımızın ən böyük problemlərindən birinə çevrilib. Kibercinayətkarlıq elmi bir tədqiqat layihəsindən çıxıb sürətlə peşəkar kiber cinayətkarlıq xidmətlərinin dünya bazarına gəldi və geosiyasi mərhələdə hökumətlər kiber məkanda başlaya biləcək və rəqiblərinin kritik İT infrastrukturuna zərər verə biləcək hiper inkişaf etmiş kiberhücum vasitələrinə müraciət etdilər.
Müəssisələr, məktəblər, xəstəxanalar və cəmiyyətin digər tərkib hissələri interneti bürüyəndən sonra kiberhücumlar Dünya İqtisadi Forumunun qlobal cəmiyyətin ən böyük təhdidləri siyahısında təbii fəlakətlər və iqlim dəyişikliyi arasında yer alır.
Yeni aşkarlama siqnalları
İllər keçdikcə, hakerlər köhnə adəti ardıcıl gücləndirdilər: 'İradə varsa, deməli yol var'. Müdafiə olunan tərəf təhlükəsizlik divarlarına yeni qaydalar tətbiq etdikləri və ya gördükləri hücumlara əsaslanan yeni aşkarlama siqnallarını inkişaf etdirdikləri kimi, hakerlar ənənəvi qorunmanın qarşısını almaq üçün hücum metodologiyasını daim yenidən inkişaf etdirdilər.
Paradiqma dəyişməsi 2017-ci ildə baş verib, dağıdıcı "ransomware" "qurdları" olan "WannaCry" və "NotPetya" təhlükəsizlik aləmini bilmədən, ənənəvi "firewall" vasitələrindən istifadə etməklə bir sıra səhiyyə sistemləri də daxil olmaqla 150 ölkənin minlərlə instititunun işini alt-üst edib.
Getdikcə inkişaf etmiş və yeni hücumların qarşısını almaq üçün istifadə oluna biləcək vasitə Süni Zəka gücünə sahib müdafiə idi, bu "dünənin hücumları haqqında məlumat sabahın təhdidlərini təxmin edə bilmir" fəlsəfəsi əldə rəhbər tutularaq inkişaf etdirilib. Süni Zəka rəqəmsal bir mühit üçün nəyin 'normal' olduğunu anlamaq və ortaya çıxan probelmləri aşkar etmək, müdafiəyə köhnə yanaşmalardan uzaq bir hərəkət siqnalını vermək üçün istifadə edilib.
Sonrakı təkamül
Son illərdə minlərlə təşkilat sürətli hərəkət edən hücumlara kompüter sürətində reaksiya vermək üçün işi maşın alqoritmlərinə həvalə etdi. Süni Zəkanın belə aktiv müdafiə funksiyasında istifadəsi təhlükəsizlik qruplarının rolunu kökündən dəyişdirdi.
Hücum landşaftının növbəti təkamülü nədir? Hakerlər artıq kibertəhlükəsizlik landşaftında növbəti paradiqma dəyişikliyini əvvəlcədən bildirən, aşkarlanmamaq üçün uyğunlaşa, öyrənə və davamlı olaraq inkişaf edə bilən zərərli alqoritmlər tətbiq etməyi öyrənmək üçün maşın öyərənməsindən (machine learning) istifadə edirlər - bu, Süni Zəka əsaslı hücumlardır.
Forresterin son bir araşdırması göstərdi ki, təhlükəsizlik mütəxəssislərinin 88%-i Süni Zəka tərəfindən idarə olunan hücumların artıq kiber hücumlarda hiper dəyişikliklərinin dövrü olduğunu sübut edən əsas amil olacağını gözləyir-bu, yalnız bir zaman məsələsidir.
Hücum qabiliyyətli Süni Zəka
Hücum qabiliyyətli Süni Zəka onun (Süni Zəkanın) öyrənmə və uyğunlaşma qabiliyyətindən istifadə edərək, yüksək dərəcədə inkişaf etdirilmiş və insanı təqlid edən, amma maşın sürətində hərəkət edən hücumların genişlənə biləcəyi yeni bir dövrü başladır. Hücum qabiliyyəti Süni Zəka hədəf şəbəkəsinə çıxış əldə bilər və hücumu istiqamətləndirmək üçün gördüyü məlumatları istifadə edərək ən qiymətli məlumatların olduğu yerləri avtomatik aşkarlaya bilər.
Biz artıq bunun erkən əlamətlərini görürük - Yanlış məlumat yaymaq üçün hazırlanmış Süni Zəka tərəfindən idarə olunan "dipfeyk" (dərin saxta) məzmunu sosial media nəhəngləri üçün aktual bir narahatlıqdır. Keçən il hakerin telefon danışığında səsi dəyişdirmək üçün Süni Zəkadan istifadə edərək Britaniyanın enerji firmasının 200.000 funt sterlinq ziyana saldığını da gördük.
Açıq mənbədə olan Süni Zəka tədqiqat layihələrində hücum tsiklinin hər mərhələsini yükləmək üçün istifadə edilə bilən vasitələr bu gün də mövcuddur. Tezliklə, onlar şübhəsiz ki, "dark web"də satın alına biləcək haker xidmətləri siyahısına qoşulacaqlar.
Süni Zəka hücumları
"Darktrace"in Süni Zəka laboratoriyalarında, sosial şəbəkələrin təsirinə əsaslanaraq bir təşkilatın ən yüksək səviyyəli hədəflərini avtonom şəkildə müəyyənləşdirə bilən hücum qabiliyyətli Süni Zəka prototipləri var - onlar bunların hamısını bir neçə saniyə içində edir. Süni Zəka sonra kontekstləşdirilmiş fişinq e-poçtları hazırlayır, aldatmaq üçün uyğun bir platforma seçir. Alıcı zərərli bir bağlantını tıklayarak və ya hədəf təşkilata daha sonra daxil olma imkanı təmin edən bir qoşmanı açaraq onların qurbanlarına çevrilir.
Biz bu prototipi real dünyada tezliklə baş verəcəyini gözlədiyimizi təqlid edərək müdafiə olunan Süni Zəkaya qarşı sınaqdan keçirdik: bunu alqoritmlərin döyüşündə Süni Zəkaya mübarizə aparan Süni Zəka adlandıra bilərik. Bu araşdırma ilə "silahlanmış" müdafiəçilərin tərəfində vaxt var. Müdafiə olunan Süni Zəka 7 ildir ki, real dünya təşkilatlarına rəqəmsal mühitləri maşın sürəti intuisiyası ilə başa düşmək imkanı verir. Bu gün yalnız 4000-dən çox təşkilat zərərli hücum edənlərə qarşı gündəlik döyüşlərində hər gün Süni Zəkadan istifadə edir.
Daha çox məlumatla "silahlanmış" müdafiə olunan Süni Zəka daha çox iş görür. Təcrübəsiz maşın tədarükü ilə müdafiə olunan Süni Zəka qoruduğu şəbəkədəki hər bir istifadəçi və cihazın mürəkkəb bir anlayışı ilə təchiz olunub və ondan inkişaf etməkdə olan bir anlayışla ortaya çıxan hücumun əlamətləri ola biləcək incə sapmaları aşkar etmək üçün istifadə edir. Rəqəmsal işin bu "quş baxışı" görünüşü ilə kiber Süni Zəka məlumatları manipulyasiya etməyə başlayan anda hücum xarakterli Süni Zəkaya diqqət yetirəcək.
Maşına qarşı maşın
Süni Zəka hücumçusu hər cür səs-küy saldıqda, müdafiə olunan Süni Zəka fəaliyyətin qarşısını almaq üçün ağıllı mikro qərarlar qəbul edəcək. Hücum edən Süni Zəka sürətinə görə istifadə edilə bilər, lakin bu, müdafiə olunan Süni Zəka silah yarışının güclənməsinə təkan verəcək. Burada insanlar bir kənara çəkilməlidir, bu maşın mübarizəsidir.
Hücum xarakterli innovasiyların yenilikləri bu böyük sıçrayışla qaçılmaz olaraq baş verdikdə, Süni Zəkanın sürəti və intuisiyası ilə araşdırma, cavab və düzəlişlər aparılmalıdır. Süni Zəka ilə yalnız Süni Zəka mübarizə edə bilər.
Kiber müdafiədə yeni bir dövr yeni başlayır, amma nikbinliyə bir səbəbimiz var: bu, kiberhücumlarda yeni bir mərhələdir ki, müdafiə olunanlar uzun müddət özlərini silahlandırdılar, Süni Zəka silah yarışının başlaması artıq start götürür.
Strategvision.org
Oxşar məqalələr
-
Pekinlə SZ rəqabəti hansı yolla aparılmalıdır?
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
“Terminator 2”dəki T1000-i xatırlayırsınız?| Alimlər buna bənzər bir şey planlaşdırırlar
-
İlon Maskın “Neuralink” şirkəti beyin çipini implantasiya etməyə hazırdır: Şərtlər müəyyən edilib
Son əlavə olunanlar
-
İran Rusiyanın Fars körfəzində hibrid müharibə strategiyasından necə istifadə edəcək
-
İsrail və BƏƏ müdafiə şirkətləri SZ sahəsində əməkdaşlıq edir
-
Süni Zəkanın hərbi sahəyə inteqrasiyası üçün ən böyük risk etikadır
-
Asimmetrik müharibə: Dövlət və qeyri-dövlət aktorları arasında münaqişə "/>Asimmetrik müharibə: Dövlət və qeyri-dövlət aktorları arasında münaqişə
-
ANALİZ "/>Kiber dövrün strateji çətinlikləri – ANALİZ
-
Kiber müharibə ssenarisində çəkindirmə və əlaqələndirmə
-
Kibertəhlükəsizlik hərəkatı: Ölkələr niyə yeni növ müharibəyə hazırlaşır? "/>Kibertəhlükəsizlik hərəkatı: Ölkələr niyə yeni növ müharibəyə hazırlaşır?
-
Kibertəhlükəsizliyin əsasları, texnologiya və vacib olan nüanslar
-
ANALİZ "/>Kiber Məkan Əməliyyatları, Komandanlığı və təsirləri - ANALİZ
-
Yaxın Şərq yaxınlaşan iqlim fəlakətindən qaça bilərmi?
-
Siçanlar üzərində təcrübələr?| Avtonomluğa Aparan Yolda Məkan İdrakı – ANALİZ "/>Siçanlar üzərində təcrübələr?| Avtonomluğa Aparan Yolda Məkan İdrakı – ANALİZ
-
ABŞ HDQ 1000 insanlı və insansız gəmidən ibarət hibrid donanma qura bilərmi?
-
Dəniz platformalarında avtonom sistemlər
-
Hibrid müharibə: Köhnə konsepsiya, yeni texnikalar "/>Hibrid müharibə: Köhnə konsepsiya, yeni texnikalar
-
Müharibədə nanotexnologiya
-
Nüvə müharibəsində kimsə qalib gələ bilərmi?
-
Qərb ictimaiyyətinin gözündə PUA zərbəsini “qanuni” edən nədir?
-
Kiber müharibə: Atrubusiyadan çəkindirməyə "/>Kiber müharibə: Atrubusiyadan çəkindirməyə