Hindistan hərbi sahədə Süni Zəkadan istifadəyə xüsusi diqqət yetirəcək

Hindistan hərbi sahədə Süni Zəkadan istifadəyə xüsusi diqqət yetirəcək
494     09:26     16 02 2022    
Hindistan ordusu daha sürətli qərar qəbul etmək və sensordan atıcıya məlumatın ötürülməsini daha da sürətləndirmək üçün Süni Zəkadan (SZ) istifadəyə daha çox diqqət yetirəcək.

“The Times of India” nəşri yüksək səviyyəli müdafiə rəsmilərinə istinadən yazıb ki, Hindistan Quru Qoşunları, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri və Müdafiə Tədqiqat və İnkişaf Təşkilatının (DRDO) potensial münaqişələrə hazırlıqda SZ-dən səmərəli istifadə edilməsini təmin etmək üçün addımlar atılıb.

Qeyd olunur ki, SZ gələcək müharibələrin nəticəsini həll edən əməliyyat zərurətinə çevrilib.

Asiya ölkəsi bu yaxınlarda Müdafiə naziri Rajnat Sinqin rəhbərlik etdiyi Müdafiə SZ Şurasını (DAIC) yaradıb. Şura qabaqcıl texnologiyaları əhatə edən layihələrə dəstək olacaq. Nazir bundan əvvəl Hindistanın 2024-cü ilə qədər müdafiə üçün xüsusi SZ məhsulu hazırlayacağını açıqlamışdı.

Hindistan həmçinin SZ proqramları üçün illik 13,2 milyon ABŞ dolları büdcəsi olan SZ Layihə Agentliyini (DAIPA) yaradıb.

Hindistan Hərbi Dəniz Qüvvələri üçün avtonom sistemlərə, sərhəd təhlükəsizliyinə, dəniz domeninin məlumatlılığına və təkmilləşdirilmiş qərarların qəbuluna yönəlmiş 30 SZ layihəsinin davam etdiyi bildirilir.
Strategyvision.org

Teq: Hindistan   SZ  


Oxşar məqalələr
Son əlavə olunanlar