“Rəqiblərimiz Süni Zəkaya, kvant hesablamalarına və sintetik biologiyaya pul tökürlər” - MI6 rəhbəri

 “Rəqiblərimiz Süni Zəkaya, kvant hesablamalarına və sintetik biologiyaya pul tökürlər” -  MI6 rəhbəri
990     11:47     01 12 2021    
Britaniya üçün ən böyük milli təhlükəsizlik təhdidləri Çin, Rusiya, İran və “beynəlxalq terrorizm”dir.

Bunu Böyük Britaniya Xarici Kəşfiyyat Xidmətinin (MI6) rəhbəri Riçard Mur deyib.

Riçard Mur “Böyük dördlük” adlandırdığı bu təhdidlərlə mübarizənin Qərb ölkələrinin kəşfiyyat xidmətlərinin prioriteti olduğunu bildirib.

“Rəqiblərimiz Süni Zəkaya, kvant hesablamalarına və sintetik biologiyaya pul tökməkdə maraqlıdırlar”, - deyə o qeyd edib.

MI6-nın həyatda qalmaq üçün yeni texnologiyaya uyğunlaşmasının lazım olduğunu vurğulayan Mur bildirib ki, kvant və biologiya mühəndisliyindəki inkişaflar bütün sektorlarda dəyişikliklərə səbəb olacaq.

2020-ci ilin oktyabrında MI6-da vəzifəyə başlamazdan əvvəl İngiltərənin Türkiyədəki səfiri vəzifəsində çalışan Mur kəşfiyyat xidmətlərinin yeni texnologiyaların inkişafı üçün özəl sektorla işləməli olduğunu vurğulayıb.

Riçard Mur deyib ki, agentlər vasitəsilə məlumat toplamaq MI6-nın işinin əsasını təşkil edir. Bundan əlavə, Mur “gizli yazı” texnologiyasını və İkinci Dünya Müharibəsi zamanı inkişaf etdirilən simsiz və təhlükəsiz rabitə texnikalarını MI6 tərəfindən hazırlanmış yeni texnologiyalara misal çəkib.

BBC-nin təhlükəsizlik üzrə müxbiri Frank Qardnerin sözlərinə görə, Murun çıxışı həm də “MI6 diqqətli olmasa, rəqəmsal texnologiyanın inkişaflarından geri qala bilər” xəbərdarlığı kimi də qiymətləndirilə bilər.

Mur Böyük Britaniyanın Milli Təhlükəsizlik Strateji İnvestisiya Fondu ilə adətən milli təhlükəsizlik sahəsində işləməyəcək təşkilatlardan istedadlıları cəlb etməyi hədəflədiklərini söyləyib.

BBC Radiosuna verdiyi açıqlamada MI6-nın sədri Riçard Mur Çinin iqtisadi siyasətləri ilə təsirini artırmağa çalışdığını bildirib. 
Strategyvision.org

Teq: Britaniya   Mur  


Oxşar məqalələr
Son əlavə olunanlar