Qarabağda PUA müharibəsi: Müharibənin gələcəyi indidir
“Haradan gəlir bunlar?”, - deyə onu vurmağa çalışan əsgərlərdən biri erməni dilində qışqırır.
Döyüş zamanı sosial mediada geniş yayılan bir videoda göstərilən Pilotsuz Uçuş Aparatları Qarabağ münaqişəsi üçün yeni deyildi. Dörd il əvvəl baş verən qarşıdurmada kamikdaze tipli PUA-lardan istifadə olunmuşdu, bu ilin iyul ayında da vəziyyət eyni idi.
Beynəlxalq hüquqa görə Azərbaycanın bir hissəsi kimi tanınan Qarabağ 1994-cü ildə izalanan atəşkəsdən sonra ilk geniş qarşıdurmaya şahidlik edirdi və PUA-lar hər zamankindən daha çox dərəcədə istifadə olunurdu. Bu, döyüş sahəsini formalaşdırmağa kömək edir və gələcək müharibələrin Qafqazda, habelə başqa ərazilərdə necə aparılacağı ehtimalına dair bir fikir formalaşdırır.
Xarici mütəxəssislərin sözlərinə görə, çoxsaylı və müxtəlif PUA-lardan ibarət hərbi park yaradan Azərbaycan bu silahlarla açıq şəkildə fəxr edir.
“Azərbaycan hərbçilərinə məxsus Türkiyənin inkişaf etmiş pilotsuz uçuş aparatları sayəsində cəbhədə itkilərimiz azaldı”, - deyə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə kanallarından birinə müsahibəsində deyir və əlavə edir ki, bu pilotsuz təyyarələr Türkiyənin gücünü göstərir və bu da bizə güc verir.
Azərbaycan Müdafiə Nazirliyinin istifadə etdiyi sosial media hesablarında PUA-lardan istifadə olunmasına dair foto və videolar kifayət qədərdir. Açıq mənbəli tədqiqatçılar bir neçə hadisənin Qarabağda deyil, Ermənistanda baş verdiyini bildirərək həftələr öncə yayılan videoya diqqət çəkdilər. Ermənistan rəsmiləri isə kamikadze PUA-sı ilə edilən hücumda heç kimin ölmədiyini bildirir.
Məlumdur ki, Ermənistan Hərbi Hava Qüvvələri çox zəif təyyarə parkına sahibdir. Ermənistanın 18-dən az “Su” döyüş təyyarəsinə, üstəlik hücum helikopterlərinə, nəqliyyat və təlim təyyarələrinə sahib olduğu ehtimal edilir.
Azərbaycanın 30-a yaxın “MiQ” və “Su” təyyarəsi, hücum helikopterləri və müxtəlif təlim və nəqliyyat təyyarələri olduğu təxmin edilir. Prezident İlham Əliyev Türkiyənin F-16 təyyarələrinin Azərbaycan ərazilərində olduğunu təsdiqlədi, alkin döyüşlər zamanı onlardan istifadə olunmayıb.
Döyüş təyyarələrinin nə qədər bahalı olduğunu və pilotlarının vurulma potensialını nəzərə alsaq, PUA-lar Dağlıq Qarabağdakı kimi kiçik miqyaslı döyüş sahələri üçün daha ucuz və çoxyönlü bir vasitədir.
ABŞ Hava Qüvvələri Akademiyasının hərbi və strateji araşdırmalar üzrə dosenti Mayk Fovler qeyd edir ki, məhdud hava gücü imkanları olan iki ölkə üçün PUA-lar hücum, kəşfiyyat, nəzarət və müşahidə üçün ucuz bir alternativ təqdim edir: “Üstəlik, əlavə bir bonus var, təyyarəniz vurulsa, öləcək bir pilot yoxdur”.
Azərbaycan öz PUA-larını daha kiçik PUA arsenalına sahib Ermənistana nisbətən daha sərbəst şəkildə istifadə etdi. Bakı erməni tanklarını, toplarını, hətta Hava Hücumundan Müdafiə sistemlərini məhv etdi.
ABŞ-ın Azərbaycandakı keçmiş səfir Metyu Brayza müsahibələrinin birində qeyd etdi: “Bu HHM sistemləri ilə PUA və ya raket vurmaq asan deyil. Beləliklə, Azərbaycanın bu vəziyyətdə yüksək səviyyədə qabiliyyətə malik olduğu görünür”.
Oxşar məqalələr
-
Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Türkiyə üçün lüks yox, strateji zərurət| Kosmik inqilab: “Köhnə Kosmos”dan “Yeni Kosmos”a keçid
-
NASA Yer üzündə 3D printerlə “Mars” yaşayış mühiti yaradır
-
Çin Data üzərində Qlobal Rəqabətdə Necə Dominat Olacaq?
-
Yayılma və Şəbəkə: ABŞ HDQ Gələcək Müharibələrdə necə qalib gəlməyi planlaşdırır?
-
Siyasi iradə varsa, bir yol var! Kosmik silahlanma yarışını ləğv etmək mümkündür?
-
Təhlükəsizlik konsepsiyasının dəyişdirilməsi və təhlükəsizliyin yenidən konseptuallaşdırılması – ANALİZ
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı