Vətən müharibəsindən ortaya çıxan beş əsas hərbi nəticə - ANALİZ
Dərs 1: Kifayət qədər sensorlar, radioelektron mübarizə vasitələri və PUA əleyhinə sistemlər olmadan ənənəvi quru bölmələri problemlər yaşayır
Azərbaycan-Ermənistan toqquşmalarından çıxarılan ilk dərs ənənəvi quru birləşmələrinin - zirehli, mexanikləşdirilmiş və motoatıcı birləşmələrin inkişaf etmiş Pilotsuz Uçuş Aparatları və digər insansız konsepsiyalara qarşı həssaslığıdır. Yayılan video və fotolardan Qarabağdakı Ermənistan ordusunun 300-dək tank və digər zirehli texnikasını itirdiyi sübut olunub.
Davam edən qarşıdurmalar bunu göstərdi ki, tanklar dövrü hələ bitməsə də, əsas döyüş tankları, digər ənənəvi quru müharibə platformaları ilə birlikdə, mobil qısa mənzilli hava hücumundan müdafiə, radioelektron müharibə vasitələri, anti-dron sistemləri ilə müşayiət olunmadığı təqdirdə, PUA üçün asan hədəflər olacaq.
Dərs 2: Müasir döyüşlərdə quru əaslı atəş dəstəyi və PUA-nın inteqrasiyası
Suriya XXI əsrin müharibə laboratoriyası kimi fəaliyyət göstərib. ABŞ-ın rəhbərlik etdiyi anti-İŞİD koalisiyasından İran İnqilab Keşikçiləri və Livan “Hizbullahı”na qədər iştirak edən bütün aktorlar Suriyanın döyüş meydanında yeni hərbi qabiliyyətlərini nümayiş etdirdilər, sınadılar və öyrəndilər. Türkiyə və Rusiya Suriyada “dron - artilleriya kompleksləri” inkişaf etdirən iki dövlətdir.
Türkiyə ordusu xüsusilə 2020-ci ilin əvvəlində Suriya Ərəb Ordusunun şimal bölgələrini hədəf alan “Bahar Qalxanı” əməliyyatı zamanı pilotsuz uçuş aparatlarından 155 mm-lik “Fırtına” sinfinə məxsus haubitsa və yaylım atəşli rekativ sistemləri üçün müşahidə, izləmə, hədəf alma və kəşfiyyat (ISTAR) tapşırıqlarını yerinə yetirmək üçün istifadə edib. Bundan əlavə, Türkiyənin pilotsuz uçuş aparatları artilleriya və raket yaylım atəş təsirlərini izləmək üçün döyüş ziyanının qiymətləndirilməsi vəzifələrində də istifadə edildi. Eynilə, Suriya döyüş sahəsində Rusiya Silahlı Qüvvələri “Orlan-10” pilotsuz uçuş aparatlarını və 152 mm sinfinə məxsus artilleriyanı inteqrasiya etmişdi. Azərbaycan Silahlı Qüvvələri isə pilotsuz uçuş aparatı və quruda yerləşmiş atəş dəstək komplekslərinin daha bir nümunəsini nümayiş etdirdi. Gecə döyüşləri də daxil olmaqla bir çox qarşıdurmada, Azərbaycan artilleriyası və raket sistemləri pilotsuz uçuş aparatları ilə sıx koordinasiyada mübarizə apardı.
Ümumilikdə, müasir müharibələrdə avtonom hava sistemlərinin dolayı atışlarla inteqrasiyasından daha çox istifadə edilməsinin şahidi oluruq.
Dərs 3: Müharibədaxili çəkindirmə (intra-war deterrence) əhəmiyyət qazanır
Azərbaycanın əks-hücumu qarşısında aciz qalan erməni tərəfi Azərbaycanın əhali mərkəzlərini və kritik milli infrastrukturunu ballistik raketlərlə hədəf almağa başladı. Ermənistan silahlı qüvvələrinin müharibə dövründə ballistik və ağır raketlərdən istifadə etməsi hərbi-strateji ölçüdə “müharibədaxili çəkindirmə” konsepsiyasına uyğun gəlir.
Müharibədaxili çəkindirmə qısaca davam edən bir münaqişə içərisində eskalasiya modellərinə nəzarət etməkdir. Konsepsiya davam edən qarşıdurmanın hüdudları və hədləri ilə bağlı açıqca ifadə olunan və ya olunmayan sövdələşmələri özündə birləşdirir. Ənənəvi çəkindirmə nəzəriyyələrindən fərqli olaraq, müharibədaxili çəkindirmə davam edən müharibə zamanı istifadə olunur.
Azərbaycanın döyüş sahəsindəki texnoloji üstünlüyü qarşısında aciz qalan Ermənistan Azərbaycanın əsas əhali mərkəzlərini hədəf alan ballistik raket və yaylım atəşli raket sistemlərindən istifadə etdi.
Daha da əhəmiyyətlisi, Ermənistanın arsenalındakı Rusiya istehsalı olan “İskəndər-E” ballistik raketləri vəziyyəti daha da təhlükəli hala gətirir. Ümumilikdə, davam edən müharibə göstərdi ki, müharibədaxili çəkindirmə və bu həlledici konsepsiya ilə əlaqəli strateji silahlar önümüzdəki illərdə də döyüş meydanlarında üstünlük təşkil edəcək.
Nəhayət, bir vacib məqamı da vurğulayaq ki, münaqişə əsnasında Azərbaycan Ermənistanın “Skad-B” Operativ Taktiki Raket Komplekslərini məhv etmək üçün pilotsuz uçuş aparatlarından istifadə edib.
Dərs 4: Pilotsuz Uçuş Aparatları aşağı-orta mənzilli Hava Hücumundan Müdafiə sistemlərinə qarşı uğurla mübarizə aparır
Suriya və Liviya döyüş meydanlarında, Türkiyənin istehsalı olan “Bayraktar TB-2” pilotsuz uçuş aparatları “Pantsir” qısa və orta mənzilli mobil hava hücumundan müdafiə sistemlərini müvəffəqiyyətlə məhv etdiyinə görə ona “Pantsir ovçusu” adı verilmişdi. Türkiyənin PUA məktəbinin addımlarını izləyən Azərbaycan hərbçiləri pilotsuz uçuş aparatlarından, xüsusən də “Bayraktar TB-2”dən Ermənistanın hava hücumundan müdafiə sistemlərini məhv etmək üçün səmərəli istifadə etdilər. Əlbəttə ki, əsasən ROKETSAN istehsalı olan MAM-L ağıllı döyüş sursatları düşmənin hava müdafiəsini məvhetmə kampaniyasında başlıca rol oynadı. Yalnız davam edən toqquşmaların ilk iki həftəsində Azərbaycan Silahlı Qüvvələri, əsasən 9K33 “OSA” və 9K35 “Strela” sistemlərindən ibarət təqribən 60 ədəd HHM sistemini məhv etdi.
Türkiyə silahları xaricində Azərbaycanın bu cür silahlar üçün digər vacib mənbəyi İsraildir. Bu baxımdan İsrailin “Harop” adlı “gəzən sursat”- kamikadze pilotsuz uçuş aparatları ön plana çıxır. Digər pilotsuz uçuş aparatlarından fərqli olaraq kamikadze tipli platformalar özündə döyüş başlığı daşıyır.
İsrailin “Harop”ları iki əsas xüsusiyyətinə görə diqqət çəkir. Birincisi, insan müdaxiləsi olmadan böyük bir avtonomluğa sahibdir. İkincisi, anti-radiasiya qabiliyyətinə malikdir, yəni pilotsuz aparat radar emissiyalarını təsbit edib avtonom şəkildə ona doğru yönlənə bilir. Sonuncu xüsusiyyət, Ermənistanın hava hücumundan müdafiə qüvvələrinin arsenalında olan Rusiya istehsalı S-300 strateji HHM sistemini hədəf alması ilə sensasiyalı şəkildə özünü büruzə verdi.
Ümumiyyətlə, şəbəkə mərkəzli sağlam hava hücumundan müdafiə arxitekturası olmadığı təqdirdə nisbətən açıq olan hava sahələrində PUA-ların hava hücumundan müdafiə sistemlərinə qarşı təsirli olduğu sübut edildi. Şübhəsiz ki, əksər PUA-lar adi pilotlu təyyarələrə nisbətən vurulmaq üçün daha asan hədəfdir.
Beləliklə, radioelektron müharibə və PUA-ya qarşı mübarizə vasitələri ilə dəstəklənən güclü rəqibə qarşı yalnız avtonom platformalarla mübarizə aparmağın mümkün olduğunu iddia etmək olmaz. Pilotsuz uçuş aparatlarına əsaslanan HHM məhvetmə əməliyyatları şəbəkə mərkəzli HHM və tam hava görüşü olmayan rəqiblərə qarşı idealdır.
Dərs 5: PUA dövrü olmasına baxmayaraq, hərbi-geostrateji hesablama hələ də vacibdir
Azərbaycanın texnoloji üstünlüyü və pilotsuz müharibə hələ də güclü döyüş potensialı nümayiş etdirsə də, Bakı əks-hücum kampaniyası zamanı işğal olunmuş əraziləri təmizləmək və saxlamaq üçün ənənəvi konsepsiya və silahlardan istifadə etmək məcburiyyətində qaldı. Azərbaycan irəlilədikcə, Bakının hərbi planlaşdırması PUA-ların idarə etdiyi böyük bir aşınma müharibəsindən daha balanslı yanaşma olaraq, daha kombinə edilmiş silah müharibəsinə çevrildi.
Əslində, oktyabr ayının ortalarında bəzi yazılarda vaxtından əvvəl iddia olunurdu ki, Azərbaycan hərbçiləri PUA-larla uğurlu döyüş əməliyyatları nümayiş etdirsə də, ərazi qazancları məhduddur. Yazı hazırlanarkən Ordumuzun ərazilərimizi azad etməsi oktyabr ayının ortalarında olan vəziyyətdən fərqli idi. Həmin vaxt hərbçilərimiz işğal altındakı ərazilərindən İran sərhədi kimi kritik mövqeləri ələ keçirirdilər və geostrateji baxımdan əvəzsiz Laçın dəhlizinə doğru irəliləyirdilər.
Ümumiyyətlə, Azərbaycan və Ermənistan arasında baş verən müharibə ənənəvi hərbi-geostrateji hesablamanın və ərazini təmizləmək, saxlamaq, digəri tərəfindən ələ keçirilməsini təkzib etmək üçün ənənəvi döyüş qabiliyyətlərinin hələ də aktual olduğunu göstərir. Bununla birlikdə, Ermənistan-Azərbaycan münaqişəsinə dair yuxarıda göstərilən 1-ci və 2-ci dərs nəzərə alınmaqla, PUA-ların müasir müharibələrdə əməliyyat sənətinin ayrılmaz bir hissəsi olduğunu güman edə bilərik.
Oxşar məqalələr
-
Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Türkiyə üçün lüks yox, strateji zərurət| Kosmik inqilab: “Köhnə Kosmos”dan “Yeni Kosmos”a keçid
-
NASA Yer üzündə 3D printerlə “Mars” yaşayış mühiti yaradır
-
Çin Data üzərində Qlobal Rəqabətdə Necə Dominat Olacaq?
-
Yayılma və Şəbəkə: ABŞ HDQ Gələcək Müharibələrdə necə qalib gəlməyi planlaşdırır?
-
Siyasi iradə varsa, bir yol var! Kosmik silahlanma yarışını ləğv etmək mümkündür?
-
Təhlükəsizlik konsepsiyasının dəyişdirilməsi və təhlükəsizliyin yenidən konseptuallaşdırılması – ANALİZ
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı