Nəsil dəyişikliyini texnologiya yox, fikirlər motivasiya edir: Üçüncü və Dördüncü müharibə nəsillərinə BAXIŞ
Üçüncü nəsil müharibələr bir çox akademiklər tərəfindən manevr müharibələri adlandırılır və öz başlanğıcını Birinci Dünya Müharbəsinin sonlarından götürür. Üçüncü nəsil müharibələr ikinci nəsildə yaşanan dalana dirənmədən çıxış yolu tapmaq ehtiyacı səbəbindən inkişaf etdi. Bu təkamül, Almaniyanın Birinci Dünya Müharibəsinin sonlarında qərb cəbhəsindəki çıxılmaz vəziyyəti qırmağa çalışan “fırtına qoşun taktikası” kimi fikirlərin nəticəsi idi. Məqsəd mənbələri bir nöqtədə cəmləşdirmək, irəliləyiş etmək və sonra düşməni arxadan mühasirəyə almaq və ya onu dəstəkdən ayırmaq idi. Bu, manevrin üstünlüyünün həyata keçirilməsinə gətirib çıxardı.
Bu vəziyyətdə nəsil dəyişikliyini texnologiya yox, fikirlər motivasiya etdi. Yalnız 20 sonra texnoloji bir yenilik olan tank, manevr konsepsiyasına daha çox təkan verdi. Nəticə, İkinci Nəsil ordularının xətti müdafiəsini yararsız hala gətirmək üçün bir manevr forması olaraq almanlar tərəfindən hazırlanmış blitzkriq konsepsiyası idi.
Üçüncü nəsil müharibələrin döyüşlərə verdiyi əsas töhfə ağıllı strategiya istifadə edərək texnoloji çatışmazlığı aradan qaldırmaq konsepsiyasına əsaslanırdı. Bu müharibələrdə döyüşlər sona çatdıqca daha sürətli hərəkət etməyin yeni yolları görünməyə başladı.
Helikopterlərin inkişafı düşmən ərazilərində əlavə kəşfiyyat və hücum imkanları qazandırdı və qabaqcıl raket texnologiyası qüvvələrin düşmən müdafiəsinin yarılmasına və hədəflərə çox uzaqdan zərbə endirməyə imkan verdi.
Üçüncü nəsil müharibədə döyüş meydanı
Bu müharibələrdə yüksək rütbəli zabitlər tərəfindən aşağı birliklərə rəhbərlik edən kiçik zabitlərə daha çox güvən verilirdi - komanda qərargahındakı yüksək rütbəli komandirlərin mikro idarəçiliyi olmadan hədəflərinə yetərincə çata biləcəklərinə inam var idi. Kiçik birliklərə cəbhədən uzaq olan komandirlər tərəfindən qərar qəbul etməkdənsə, yerdəki dəyişən vəziyyətlərlə məşğul olmaq üçün daha çox qərar vermə qabiliyyəti verildi.
İkinci Dünya Müharibəsi, 6 günlük müharibə kimi bir sıra önəmli müharibələr bu nəsli əhatə edən dövrə təsadüf edir.
Müharibə nəsilləri nəzəriyyəsini irəli sürən araşdırmaçılar İkinci Dünya müharibəsində həm birinci, həm də ikinci nəsil müharibə taktikalarından istifadə edildiyini bildirir, amma əsasən üçüncü nəsilə aid elementlərin olduğu qeyd olunur. Məsələn fransızların “metodik döyüş” adlandırdığı strategiya ikinci nəsildən qalmışdı. Bu stretegiya sıra döyüşləri aparan piyada qoşunlarına topçu dəstəyi verilməsini əhatə edirdi.
Göründüyü kimi mühribə nəsilləri arası dəyişikliklər ani deyil. Hər nəsil özündən sonra gələcək nəslin inkişafına şərait yaratmaq üçün siyasi, iqtisadi, sosial və texnoloji sahələrdə böyük dəyişikliklərə ehtiyac duyur. Başqa sözlə desək, hər nəsil əvvəlki nəsildə baş verənlərdən təsirlənir. Üçüncü nəsil müharibələrin birinci nəsil müharibələrdən də təsirlənməsi mümkündür.
Növbəti məqam bundan ibarətdir ki, hər nəsil düşmənin arxasında daha da dərinləşmək üçün cəmiyyətdəki dəyişikliklərdən istifadə edərək müharibəni yalnız cəbhəyə daşımaqdansa, daha çox ölçülü irəliləməyə çalışır.
Dördüncü nəsil müharibəsi (4GW) müharibə və siyasət, döyüşçülər və mülki şəxslər arasındakı sərhədlərinin pozulması ilə xarakterizə olunan qarşıdurmadır. Bu nəsildə iştirakçılardan biri qeyri-dövlət aktorudur, bəzən bu zorakı qeyri-dövlət aktorudur. Bu tip qarşıdurmaların klassik nümunələrinə, məsələn Spartak dövründəki kölə qiyamını aid etmək olar. Dördüncü nəsil müharibə həmin qiyamın müasir konsepsiyasıdır. Termindən ilk dəfə 1989-cu ildə Uilyam Lind istifadə edib.
Son zamanlarda dördüncü nəsil müharibəsi ilə bağlı bir sıra alternativ təriflərə rast gəlinir və oxşar vəziyyətlər üçün istifadə olunan, irəli sürülən anlayışlar müşahidə olunur. Dördüncü nəsil müharibələrlə birlikdə istifadə olunan anlayışlar bunlardır: “qarışıq müharibə”, “birbaşa olmayan müharibə”, “üsyankar müharibə”, “post-indistrial müharibəsi”, “asimmetrik müharibə”, “yeni nəsil müharibəsi” və s.
Bəzən hibrid müharibə, asimmetrik müharibə, sosialoji müharibə kimi terminlərin dördüncü nəsil müharibə anlayışı ilə sinonim kimi istifadə edilməsinə də rast gəlinir. Bu anlayışlar bir-birinə çox oxşasa da, bir sıra fərqliliklərə malikdirlər.
Bu nəzəriyyə terrorizm və asimmetrik müharibələrə bənzəsə də, daha geniş mənanı özündə ehtiva edir. Spartakın kölə azadlığı uğrunda üsyana cəhd etməsi və ya Roma Senatında Yuli Sezarın öldürülməsi kimi klassik nümunələr, müasir müharibə konsepsiyasında rəqibini ortadan qaldırmaq üçün bir yol axtaran müharibə növləri idi. Dördüncü nəsil müharibələrində əvvəlki nəsil müharibələrində qəbuledilməz sayılan klassik taktika daha çox istifadə olunur.
Dördüncü nəsil müharibələr nəzəriyyəsi əsasən İkinci Dünya müharibəsindən sonrakı dövrü, yəni Soyuq Müharibə dövrünə təsadüf edir, çünki supergüclər və böyük dövlətlər müstəmləkələrə və ələ keçirilmiş ərazilərdə təsirlərini qorumağa çalışdılar. Bombardmançılara, tanklara və pulemyotlara qarşı birbaşa döyüşə tab gətirə bilməyən qeyri-dövlət aktorları texnoloji boşluğu aradan qaldırmaq üçün təbliğat, gizlilik, terror və ya digər asimmetrik taktikalardan istifadə edirdilər.
Dördüncü nəsil müharibələrinin aktorlarından biri mövcud iqtidar üzərində basqı yaratmağa çalışan qiyamçılar və ya digər bir zorakı qeyri-dövlət aktorudur.
Bununla birlikdə, qeyri-dövlət aktoru bəzən daha kiçik məqsədlər üçün nizamsız müharibə taktikalarından istifadə edir.
Dördüncü nəsil müharibə dövrünün xarakterik xüsusiyyətlərindən biri də vətəndaş müharibələrinin artmasıdır. Burada əsasən etnik və ya dini zəmin, eləcə də digər amillər mövcuddur.
Dördüncü nəsil müharibələrdə partizan müharibə taktikasından istifadə edilmə hallarına sıxlıqla rast gəlinir. Əvvəlki nəsilləri əhatə edən dövrlərdə də bu taktikadan istifadə edilirdi. Amma fundamental fərq bu taktikadan istifadə edənlərin əlindəki texnoloji yeniliklərdir. Artıq qeyri-dövlət aktorlarının ən yeni texnologiyaya çıxışı var, onların əlində kütləvi qırğın silahları, eləcə də kimyəvi və biloji silahlar mövcuddur. Artıq bu nəsildə zəif aktorların hökumət üzərində basqı yaratmaq üçün gücləri daha çoxdur.
Dördüncü nəsil müharibələrdə döyüş meydanı
Digər bir xaraketrik xüsusiyyət zorakı-qeyri dövlət aktorlarının terror taktikalarından istifadə etməsidir. Əvvəllər terrorun hədəfi dövlət başçıları və digər bürokratlar idisə, indi mülki əhalidir. Terror qruplaşmaları, eləcə də müharibədə uduzan dövlətlər bu taktikadan əhalini qorxudaraq ütünlük qazanmaq üçün istifadə edirlər.
Zorakı qeyri-dövlət aktorlar dördüncü nəsil müharibənin hər üç səviyyəsini istifadə edir. Bunlar fiziki (həqiqi döyüş; ən az vacib sayılır), zehni (iradəsi güclü olan qazanır və s.) və əxlaqi (ən əhəmiyyətlisi buraya mədəni normalar və s. daxildir) səviyyələrdir.
Dörüncü nəsil müharibəni əhatə edən dövrdə aktorların bir sıra ümumi xüsusiyyətləri var:
1. Zorakı qeyri-dövlət aktorlarının ierarxiyası mövcud deyil. Yəni, nizami orduda mövcud olan komanda-nəzarət zənciri bu tipli aktorlarda yoxdur. Bu da onlarla mübarizəni daha da çətinləşdirir.
2. Rəsmi aktorlar deyil və beynəlxalq hüquq qarşısında məsuliyyət daşımırlar. Dövlətlər atdıqları addımlar zamanı beynəlxalq hüququn, xüsusilə humanitar hüququn prinsiplərini nəzərə almaq məcburiyyətindədirlər. Zorakı qeyri-dövlət aktorlarının belə bir məcburiyyəti yoxdur və ona görə bu tipli qurplaşmalarla mübarizə aparanda mülki itkilər daha çox olur.
3. Zorakı qeyri-dövlət aktorları daha kiçik ölçülüdür, bu da onları daha çevik edir və onlarla nizami ordu vasitəsilə mübarizə aparmaq çətindir.
4. Aktorlar artıq mübarizəni təkcə döyüş meydanında aparmır. İqtisadi, siyasi, hərbi, informasiya məkanında bir-birilərinə hücum edirlər.
5. Hücumlar bəzən fiziki səviyyədə olmur. Məsələn informasiya hücumu nəticəsində insanlar həlak olmur, amma nəticəsi daha ağır olur.
Dördüncü nəsil müharibələrinin digər bir xüsusiyyəti də odur ki, üçüncü nəsil müharibələrindən fərqli olaraq, qeyri-dövlət qüvvələri daha çox desentralizasiya olub (əks-mərkəzləşmə). Əvvəllər kiçik qruplar bir-birilə ittifaqa girər, elə mübarizə aparırdılar. İttifaq varsa, deməli onların arasında nifaq salmaq mümkündür.
Beləliklə dövlət aktorları tezliklə onlar arasında nifaq salır, ittifaqı parçalayırdı. Amma dördüncü nəsildə kiçik qruplar ittifaqa çox da meyilli deyillər və daha kiçik, amma çoxsaylı hücumlarla düşmənini əldən salırlar. Dördüncü nəsil müharibənin hədəfləri sağ qalmaq, siyasi qərar verənlərə təsir etmək, dini və ya etnik məqsədlərə nail olmaqdır.
Vəkalət müharibələri (proksi müharibələr) də dördüncü nəsil müharibələrin məhsulu hesab olunur. Artıq dövlət aktorları üçüncü bir dövlətin ərazisində birbaşa və ya dolayı yolla maliyyələşdirdiyi təşkilat və qruplaşmalarla hökumətlərə və ya digər dövlətin aktorlarına qarşı müharibə aparır. Soyuq müharibə və sonrakı dövrdə baş verən müharibələrin əksəriyyəti dördüncü nəsil müharibəyə aid edilir.
Amerikalı araşdırmaçıların və eksperlərin ötən əsrin sonlarında ortaya atdığı müharibə nəsilləri konsepsiyasının artıq köhnəldiyini və buraya əlavələr edilməli olduğunu bildirən yeni fikirlər səsləndirilir. Artıq silahların və texnikaların insanlar olmadan istifadə edilə bilməsi bir sıra alimlərin beşinci nəsil müharibə konsepsiyasını ortaya çıxarmasına səbəb olub.
Xüsusilə Pilotsuz Uçuş Aparatları, döyüş robotları, Süni Zəka texnologiyasından istifadə edilməsi beşinci nəsil müharibələrin əlamətləri hesab oluna bilər. Həmçinin kibermüharibələrin də bu konepsiyaya daxil olduğunu bildirən şəxslər mövcuddur.
Sentyabrın 27-dən başalayaraq Azərbaycan ordusunun apardığı əks-hücum əməliyyatlarında beşinci nəsil müharibəyə aid elementləri özündə ehtiva edir. Ən yeni silahlardan və strategiyalardan istifadə edən Azərbaycan ordusu artıq öz gücünü döyüş meydanında göstərib. Üçüncü nəsil silahlardan istifadə edən Ermənistan ordusunun bu müharibədə cüzi uğur qazanması üçün heç bir şansı yoxdur.
Oxşar məqalələr
-
Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Türkiyə üçün lüks yox, strateji zərurət| Kosmik inqilab: “Köhnə Kosmos”dan “Yeni Kosmos”a keçid
-
NASA Yer üzündə 3D printerlə “Mars” yaşayış mühiti yaradır
-
Çin Data üzərində Qlobal Rəqabətdə Necə Dominat Olacaq?
-
Yayılma və Şəbəkə: ABŞ HDQ Gələcək Müharibələrdə necə qalib gəlməyi planlaşdırır?
-
Siyasi iradə varsa, bir yol var! Kosmik silahlanma yarışını ləğv etmək mümkündür?
-
Təhlükəsizlik konsepsiyasının dəyişdirilməsi və təhlükəsizliyin yenidən konseptuallaşdırılması – ANALİZ
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı