Vestfal sülhü çox şeyi dəyişdi: Birinci və İkinci Müharibə nəsillərinə BAXIŞ
Qrupların həcmi genişləndikcə sığınacaq və mənbələrə olan tələblər də artdı. Bu, yeni qrupların yaranmasına, rəqib qruplarla toqquşmalara və müharibə adlanan hadisəyə doğru təkamülə səbəb oldu.
Tarix boyunca müharibə aparmaq üçün silahların istehsalı və təkmilləşdirilməsi üçün çoxlu səylər göstərilib. Silahların inkişafı silahlardan ən yaxşı şəkildə istifadə edən qrupların yaradılmasına səbəb oldu. Qruplar öz növbəsində daha yaxşı silahlar istehsal etmək üçün texnologiyadan asılı idilər.
Silahların inkişafı müharibənin xarakterində də dəyişikliklərə səbəb oldu. Bəzən iki tərəfin oxşar silahları olurdu, bu zaman onları istifadə etmək üçün daha yaxşı fikirlərə sahib olan tərəf qazanırdı. Müharibə daim inkişaf edir və müharibə aparan aktorlar tərəfindən texnologiya, doktrinalar, taktikalar və təlimlər daima təkmilləşdirilir.
Müharibəni başa düşmək üçün çox qədim tarixə qayıtsaq, indiki dövrdə müharibə aparmaq üçün ən yaxşı paradiqmanı tapmaqda çətinlik çəkəcəyik. Müharibə aparmaq üçün təsirli və iqtisadi vasitə axtararkən başlaya biləcəyimiz məntiqi və uyğun bir nöqtə olmalıdır.
“Nəsillər” müharibə nəzəriyyəsi bunun üçün uyğun konsepsiya ola bilər. Öz başlanğıcını Vestfal sülhündən götürən bu nəzəriyyə Uilyam Lind başda olmaqla amerikalı analitiklər tərəfindən ortaya atılıb. Amerikalı alimlər müharibənin dəyişən xarakterini izah etmək üçün onun 4 nəsilə sahib olduğunu deyir.
Amma müasir silahların, xüsusilə insan tərəfindən idarə olunmayan texnikaların ortaya çıxması ilə bu konsepsiyaya 5-ci nəsil mühasibələr də əlavə olunub.
Birinci nəsil müharibələr
Birinci nəsil müharibələr dedikdə əsasən dövlət tərəfindən idarə olunan hərbi geyimli əsgərlərlə falanqa (ağır piyadalarının döyüş üçün nizələrini qabağa uzadıb bir neçə sıra ilə düzülüşü), xətt (canlı qüvvə və hərbi gəmilərin bərabər qaydada nizamla cərgələrə sıra ilə düzülməsi) və sütun taktikasından istifadə edərək kütləvi insan gücündən istifadə edən qədim və post-klassik döyüşlər nəzərdə tutulur.
Otuz illik müharibənin sona çatmasından sonra 1648-ci ildə imzalanan Vestfal müqaviləsi o zamana qədər Müqəddəs Roma imperatorluğunun yarımmüstəqil komponentləri olan alman dövlətlərinə praktiki suverenlik verdi. Müqavilə milli dövlətin suverenliyini daha sərt şəkildə ortaya qoydu, bununla hökumətlər öz hərbi birliklərini təşkil etmək və saxlamaq üçün müstəsna hüquqlara sahib olurdu. Bundan əvvəl bir çox ordu və dövlətlər dini əmrlərlə idarə olunurdu və bir çox müharibələr yaxın məsafədən qarşı-qarşıya aparılırdı, eyni zamanda rüşvət və sui-qəsd yolu ilə təxribatlar aparılırdı. Müasir müharibələrin Vestfal sülhündən etibarən başladığı qəbul edilir.
Birinci nəsil müharibələr təxminən 1648-1860-cı illər arasında davam edib. Birinci Nəslin aktuallığı döyüş sahəsində nizamlılıq mədəniyyətinin gətirməsi ilə bağlıdır. “Hərbi”ni “mülki”dən fərqləndirən əlamətlərin çoxu - forma, salamlama, dərəcələr və ya rütbə birinci nəslin məhsulları idi. Müasir müharibələrin birinci nəsli müharibə aparmaq üçün nizamlı vasitə yaratmaq məqsədi daşıyırdı.
Birinci nəsil müharibələrdə məlumatın yayılmasına nəzarət və bir sıra təxribatlar həyata keçirilirdi. Britaniya Vətəndaş müharibəsi, Britaniya-İspaniya müharibəsi, 7 illik müharibə, Amerika İnqilabı müharibəsi, Napoleon müharibələri, 1812-ci il müharibəsi, Meksika İstiqlal müharibəsi və s. bu dövrə aiddir.
Tüfənglərin dəqiqliyi və sürəti artıqca birinci nəsil müharibə dövrü sona yaxınlaşırdı. Artıq xətt strategiyası ilə hərəkət edən ordular daha çox itki verməyə başlayırdı. Bu texnologiyalar Amerika və Avropada yavaş-yavaş mənimsənildiyindən, müasir müharibələrin birinci nəslinin dəqiq nə zaman başa çatdığı bölgələrdən asılıdır, amma əsasən bu nəslin XIX əsrin ikinci yarısından sonra başa çatdığı qəbul edilir.
Şəkil 1. Birinci nəsil müharibələrdə döyüş meydanı
İkinci nəsil müharibələr
XIX əsrdə daha uzaq məsafədə olan hədəfi daha dəqiq və daha sürətli vura bilən tüfənglərin ixtira edilməsi ikinci nəsil müharibə dövrünü başlatdı. Əvvəlki strategiya artıq uğurlu hesab olunmurdu, çünki çoxtərkibli sıra ilə düzülən əsgərlər tüfənglərin açıq hədəfinə çevrilirdi və ordu çoxlu sayda itkilər verirdi. Buna görə də yeni strategiya hazırlanmağa başladı.
Bu müharibələrdə döyüş sıralarından yenə istifadə olunurdu, lakin bunlar daha kiçik və azysalı mobil qruplar idi. Çoxsaylı kiçik qrupların daha yüksək manevr və sürətli imkanları var idi. Burada texnologiyaya daha çox üstünlük verilirdi, maskalanma taktikalarından istifadə edilməsi itkilərin sayının azalmasına da ciddi təsir etmişdi.
“Blitzkrieq” strategiyasının inkişaf etdirilməsi statik atəş mövqelərinin və yavaş hərəkət edən piyada qoşunlarının artıq effektiv olmadığını göstərdi, ona görə də bu strategiya inkişaf etdikcə ikinci nəsil müharibələr dövrü də artıq bitmək üzrə idi.
İkinci nəsil müharibələrin ümumi müharibə konepsiyasına verdiyi töhfələr də az deyildi. Səngər müharibələri, topçu dəstəyi, daha inkişaf etmiş kəşfiyyat texnikaları, kamuflyaj geyimləri, radio rabitə və atəş manevrlərindən geniş istifadə bu dövrə təsadüf edir.
Bu dövrün xarakterik xüsusiyyətlərindən biri də nizam mədəniyyətinin qorunub saxlanılmasıdır. Bu zabitlərə xüsusilə rahatlıq yaradırdı. Əsas diqqət qaydalar, proseslər və prosedurlara yönəlmişdi.
İkinci nəsil müharibələrində aşındırma taktikasından da istifadə olunduğu məlumdur. Fransızların “topçular fəth edir, piyadalar işğal edir” taktikası aşındırma doktrinasının tərkib hissəsi idi.
Şəkil 2. İkinci nəsil müharibələrdə döyüş meydanı
Oxşar məqalələr
-
Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Türkiyə üçün lüks yox, strateji zərurət| Kosmik inqilab: “Köhnə Kosmos”dan “Yeni Kosmos”a keçid
-
NASA Yer üzündə 3D printerlə “Mars” yaşayış mühiti yaradır
-
Çin Data üzərində Qlobal Rəqabətdə Necə Dominat Olacaq?
-
Yayılma və Şəbəkə: ABŞ HDQ Gələcək Müharibələrdə necə qalib gəlməyi planlaşdırır?
-
Siyasi iradə varsa, bir yol var! Kosmik silahlanma yarışını ləğv etmək mümkündür?
-
Təhlükəsizlik konsepsiyasının dəyişdirilməsi və təhlükəsizliyin yenidən konseptuallaşdırılması – ANALİZ
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı