Cənubi Koreya müdafiə büdcəsini artırmağa davam edir

 Cənubi Koreya müdafiə büdcəsini artırmağa davam edir
1347     15:42     02 09 2021    
Şərqi Asiyada Yaponiya ilə yanaşı Cənubi Koreya da müdafiə büdcəsini artırmağa davam edir.

Cənubi Koreya Müdafiə Nazirliyi 2022 -ci maliyyə ili üçün 47,7 milyard dollar (5,2 trilyon von) həcmində büdcə tələb edib. Bu rəqəm 2021-ci illə müqayisədə müdafiə xərclərində 4,5% artım deməkdir.

Koreya xəbər agentliklərinin yayımladığı xəbərlərdə 2017-ci ildə vəzifəyə başlayan Cənubi Koreya Prezidenti Mun Cae-İn administrasiyasının bu günə qədər hərbi xərclərdə ən təsirli hökumət olduğu ifadə edilir. Cənubi Koreyanın müdafiə xərcləri son 5 ildə 36,9% artıb.

Müdafiə Nazirliyinin təklif etdiyi büdcə sentyabrın 3-də Koreya Respublikası Milli Məclisinə təqdim ediləcək. Mun Cae-İn vəzifəyə gəldiyi zaman Cənubi Koreyanın müdafiə xərcləri təxminən 40,3 trilyon von (34,8 milyard dollar) idi.

Cənubi Koreyanın müdafiə xərcləri bu il ÜDM-in 2.64% -ini təşkil edib. Bu nisbət bir çox NATO ölkəsindən daha yüksəkdir. Məsələn, Britaniya ÜDM-in 2%-ni, Fransa isə 1,93-ni müdafiə xərclərinə ayırır. Cənubi Koreya Asiyada da müdafiə büdcəsinə ən çox pay ayıran ölkələrdən biridir.

Şərqi Asiya ölkəsinin müdafiə büdcəsi daim artır. 2005-ci ildə cəmi 17,9 milyard dollar olan müdafiə büdcəsi 2011-ci ildə 27 milyard dollara, 2017-ci ildə isə 34 milyard dollara yüksəlib.


Cənubi Koreyanın 2022-cü maliyyə ili üçün xərclərinin siyahısı belədir:

- 30.000 tonluq aviadaşıyıcı inşası planı üçün 6.2 milyon dollar (dizayn mərhələsi)
- KF-21 döyüş təyyarəsi proqramı üçün 364 milyon dollar
- Yeni nəsil “Jang Bogo” sinif sualtı qayıqları üçün 364 milyon dollar
- Nüvə və kütləvi qırğın silahlarının qarşısının alınması, hərbi müşahidə peyklərinin satın alınması, “Patriot” HHM sistemlərinin performansın yaxşılaşdırılması və erkən xəbərdarlıq radar sistemləri üçün 4 milyard dollar
- “Dəmir Günbəz” raket əleyhinə müdafiə sistemlərinə bənzər sistem üçün 16 milyon dollar
- Silah alışı və digər layihələrə ümumilikdə 14,9 milyard dollar
- F-35A alışı üçün 1,7 milyon dollar (keçən il 1 milyard dollar ayrılmışdı)
- Araşdırma və inkişaf fəaliyyətinə 4,2 milyard dollar ayrılacaq.

Qeyd edək ki. Cənubi Koreyanın müdafiə sənayesi şirkətlərinə ixrac dəstəyi keçən ilə nisbətən 22,9% artaraq 55 milyon dollara çatıb.
Strategyvision.org

Teq: Cənubi-Koreya  


Oxşar məqalələr
Son əlavə olunanlar