Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
Süni Zəka (SZ) texnologiyası ilə bəşəriyyət insan zəkasını təqlid edən, insan təcrübələrindən (məlumatlardan) öyrənən və yeni vəziyyətlərə uyğunlaşan maşınların təməlqoyma reallığı ilə üzləşir. Transformasiyanın mümkün nəticələri bəşəriyyətin gözünü qamaşdırsa da, SZ-nin demək olar ki, kompüterlərlə bərabər tarixi var.
SZ-nin atası kimi tanınan ingilis riyaziyyatçısı Alan Turinq (Alan Turing) 1947-ci ildə “London Mathematical Society”də çıxışında “təcrübələrdən öyrənə bilən maşın” ifadəsini işlətmişdi. 1955-ci ilə qədər SZ ilk dəfə olaraq ilk SZ konfransı sayılan 1956-cı il “Dartmouth Conference”ın tövsiyə məktubunda bir anlayış olaraq ortaya çıxdı.
Öyrənmənin hər aspektinin və ya zəkanın hər hansı bir xüsusiyyətinin prinsipcə mükəmməl şəkildə təyin oluna biləcəyi və bu mükəmməlliyə uyğun olaraq onları simulyasiya edəcək bir maşının hazırlana biləcəyi fikri 1950-ci illərə təsadüf etsə də, bu günümüzü fərqli edən ən əsas element məlumatların miqdarı və müxtəlifliyidir.
Bu kontekstdə qiymətləndirildikdə, SZ terminoloji cəhətdən qurulmuş bir anlayış olsa da, mövcud paradiqma dəyişikliyinin məzmununu və əhatəsini ifadə etmək üçün son dərəcə kifayət deyil. Çünki qarşı-qarşıya qaldığımız texnologiya üzvi zəkaya qarşı istehsal olunmuş “süni” bir zəka deyil. Bu, bəşəriyyətin illər ərzində topladığı hər şeyi birləşdirən və əvvəlkiləri təkrarlamağa ehtiyac olmadan yeni bir şey üzərində qurmaq imkanı verən kumulyativ və kollektiv bir zəkadır.
SZ ya özü, ya da insan əli və zəkasının yaratdığı bir çox sistem və sensorlar tərəfindən toplanan məlumat və məlumatlardan əldə edilən modelləşdirmədir. Sözügedən kumulyativ və kollektiv zəka bəşəriyyətin əməyi və təcrübələri olmadan mövcud ola və inkişaf edə bilməz. Bu baxımdan, SZ axtarış sistemlərini nümunə kimi araşdırsaq, görünəcək ki, axtarış sistemlərinin verdiyi cavablar bəşəriyyətin topladığı milyardlarla fayl, sənəd və araşdırma sətirləri üzərində yaradılmış modelləşdirmələrin nəticəsidir.
Oxşar vəziyyət müxtəlif növ mülki və hərbi vasitələrə, Pilotsuz Uçuş Aparatlarına (PUA) və təyyarələrə inteqrasiya olunmuş sensorlarda və bu sensorlar vasitəsilə əldə edilən məlumatları mənalı edən SZ modellərində də mövcuddur. Çünki hansı məlumatların toplanacağını, bu məlumatların necə və hansı məqsədlə işlənəcəyini müəyyən edən insanlardır.
“SZ dövründə bəşəriyyətin sonu gələcəkmi?”, “Bəşəriyyət maşınların quluna çevriləcəkmi?” kimi populist suallar SZ alqoritmlərini mütləq nəzarəti əldə etmək məqsədinə uyğun olaraq hər cür pislik etməkdə heç bir zərər görməyən bir varlıq kimi mövqeləndirir. Müasir tarix də daxil olmaqla, tarix boyu bəşəriyyət dəfələrlə soyqırımı ilə qarşılaşıb. Təəssüf ki, tarixdəki nümunələr bir yana dursun, bugünkü dünyada müxtəlif sosial qruplar etnik, dini, dil və digər mədəni fərqliliklərinə görə kənarlaşdırılır və öldürülür. Cəmiyyətlər qiymətli qaynaqlara çıxış yolunda xəritədən silinə bilər.
Belə olan halda, insanlar tərəfindən hazırlanmış alqoritmləri təhlükə olaraq görən aktorlara texnologiyanı hədəf almaq əvəzinə, cəmiyyətlərində və özlərində olan qərəzlərlə üzləşməyi tövsiyə etmək istərdik. Çünki SZ texnologiyasının hansı nəticələr verəcəyini müəyyən edəcək şey alqoritmlərin kimlərin klaviaturalarında yazılacağıdır. SZ texnologiyasının populist, spekulyativ və manipulyasiya xarakterli müzakirələrə səbəb olmasının yeganə səbəbi “qatil robot təhlükəsi” deyil.
SZ texnologiyası məlumat toplamaq qabiliyyətinə malik aktorları ölkə hökumətlərinə qarşı yeni güc mərkəzinə çevirə bilər. Çünki texnologiya nəhənglərinin məlumat toplama imkanları bu şirkətlərə kəşfiyyat məqsədləri üçün də istifadə edilə bilən bir güc sahəsi təqdim edir. SZ dövründə texnologiya nəhənglərinin özünü gücləndirən bir dövrədə daha çox məlumat toplamaq və emal etmək bacarığı texnologiya nəhənglərinin yenidən tutula bilməyəcək şəkildə böyüməsinə səbəb olur.
Əslində bu vəziyyət bir yandan ABŞ və Çin kimi hegemon ölkə mövqeyini qoruma və hegemon ölkə olma arzusundakı iki ölkənin bir-birlərinin texnologiya nəhənglərini qarşılıqlı olaraq şeytanlaştırmasına səbəb olur. Aİ kimi üçüncü ölkələr tənzimləmələr vasitəsilə texnologiyanın öz dəyərləri ilə uyğunluğunu təmin etməyə çalışır və vətəndaşlarından əldə edilə bilən məlumat gücünü məhdudlaşdırmaq istəyir.
SZ texnologiyası texnologiya nəhənglərinin əsas ölkələrinə əhəmiyyətli bir güc sahəsi təqdim etsə də, bu gücün mərkəzi ölkələrin öz hakimiyyətlərinə də təsir edə biləcəyi aydındır.
İlk müzakirələri şəxsi məlumatlara əsaslanan texnologiya nəhənglərinin həddən artıq “böyük” olma vəziyyəti sənaye məlumatları ilə fərqli səviyyəyə çata bilər. Bu reallığı 2020-ci ilin fevralında Aİ komissarı Terri Bretonun aşağıdakı bəyanatlarından da oxuya bilərik: “Şəxsi məlumatlar müharibəsi olan ilk dalğada (SZ dalğası), ilk müharibədə məğlub olduğumuzu bilirik... “Yaxşı xəbər” odur ki, Aİ növbəti mübarizənin sənaye məlumatları üzərində olacağını başa düşür”.
Son illərdə əldə etdiyi böyük inkişafa uyğun olaraq, SZ bir çox texnologiyaların əsasını təşkil edib. Əslində, SZ texnologiyasının mümkün təsir sahələrini təhlil edən hər hansı bir araşdırmaya nəzər saldıqda, qlobal ticarətdə demək olar ki, bütün sektorların və bir çox fərqli texnologiyanın bu siyahılara daxil edildiyi görünəcək. Səhiyyə, maliyyə, təhsil, təhlükəsizlik, kənd təsərrüfatı, e-ticarət, kibertəhlükəsizlik və hər cür fərdiləşdirilmiş xidmətlər bir anda sadalana bilən bir neçə nümunədir.
Necə ki, dünən kompüter dəstəkli təhsil, kompüter dəstəkli arxitektura və kompüter dəstəkli tomoqrafiya kimi mənasız səslənən ifadələr işlədildisə, sabah heç bir sahə “SZ dəstəkli” olaraq təyin olunmayacaq. Kompüter texnologiyası üfüqi bazaya çevrildiyi kimi, SZ də bütün növ məhsul inkişaf sərgüzəştlərinin texnoloji bazasına çevriləcək və çevrilmək üzrədir. Belə olduqda, SZ texnologiyasından istifadə yaxın üç-beş il ərzində artıq seçim və ya üstünlük olmayacaq.
SZ texnologiyasından istifadə etməmək sadəcə vegetativ vəziyyətdə ölümü gözləmək demək olacaq. Ona görə də bu gün SZ təkcə yarışmaq üçün deyil, həm də oyundan kənarda qalmamaq üçün ilkin şərtə çevrilib.
SZ texnologiyasının əhəmiyyətini azaltmağa yönəlmiş hər cür populist müzakirə ilə qarşılaşarkən, SZ-nin aşağıdakılar kimi risk və təhdidlər ehtiva etdiyi diqqətdən kənarda saxlanılmamalıdır:
Şəxsi həyatın toxunulmazlığına xələl gətirərək, təzyiq elementinə çevrilmək,
“Deepfake” kimi tətbiqlərlə həqiqəti təhrif etmək,
Dezinformasiya əməliyyatlarını gücləndirməklə dağıdıcı təsirlər yaratmaq,
Üzvi bilik istehsalı səylərini azaltmaq.
Bu risklərdən qurtulmağın ilkin şərti SZ bazarının aktorlarından biri olmaqdır.
Əvvəla, SZ texnologiyası “evlərinin qarajları”ndan çıxaraq, texnologiya nəhənginə çevrilən mühəndislərin yeni uğurlarının mənbəyi olmaya bilər. Çünki SZ böyük məlumat dəstlərinə və hesablama gücünə ehtiyacı, eləcə də səriştəli təcrübə ilə seçilir. Əslində bu vəziyyət SZ sahəsində fəaliyyət göstərən tədqiqatçıları və sahibkarları çətinliyə salan ən fundamental amil kimi özünü büruzə verir və qlobal səviyyədə müxtəlif təşəbbüslərin resurslara olan ehtiyaca uyğun olaraq texnologiya nəhənglərinə daxil edilməsinin əsas səbəblərindən birini təşkil edir.
Bu gün nəqliyyat vasitələri, iş mühitləri və avadanlıqlar kimi bir çox fərqli sahədə “shared resources” kimi resurs paylaşma təcrübələri dünyada geniş yayılmaqdadır. Şirkətlər A-dan Z-yə yeni bir ofis dizayn etmək və əlavə xərclər çəkmək əvəzinə, ortaq iş mühitlərində müəyyən müddətlər icarəyə götürə bilərlər. Yaxud yalnız bir neçə dəfə istifadə olunacaq bahalı avadanlıq almaq əvəzinə, ümumi istifadə yolu ilə istifadə olunduğu müddətcə bu avadanlıqları ucuz qiymətə əldə etmək olar.
Bu yanaşmanın əksi olaraq, SZ-yə əsaslanan “as a service” xidmətləri bulud hesablamaları vasitəsilə xidmətlər təqdim etməklə, emal gücünün əlçatanlığını artırır. Bulud əsaslı ümumi paylaşma prinsipinə əsasən SZ üçün tələb olunan emal gücünün açılması əslində bu texnoloji infrastrukturun yalnız buna aparat yatırımı edə bilən elitaların (hər növ texnologiya nəhəngləri, hegemon ölkə hökumətləri və hakimiyyətin diqqət mərkəzinə çevrilmiş təşkilatlar) monopoliyasından çıxarılmasına imkan verə bilər.
Unutmaq olmaz ki, yüksək xərclər və intensiv idxal fəaliyyətləri ilə yaradıla bilən SZ məlumat mərkəzlərinin ömrü boyu tam gücü ilə və ya ən azından ona yaxın işləməsi də milli resurslardan səmərəli istifadənin şərtidir. SZ-yə əsaslanan “as a service” xidmətlərinin əlçatanlıq, qənaətcillik və miqyaslılıq nəticələri ilə yayılması texnologiyaya müxtəlif təbəqələrdən ekspertlərin töhfə verə bilməsi üçün kritik əhəmiyyət kəsb edir.
Bu kritik mümkün nəticəni vurğulayarkən ümid edirik ki, SZ məlumat mərkəzləri məhdud bir qrupun əlində “showroom” halına gələ bilən laboratoriyalarla eyni aqibəti yaşamayacaqlar. Ümumi resurslardan istifadəni dəstəkləməklə yanaşı, ümumi sahələrdə ilişib qalan ideyalardan da qaçmaq lazımdır. Təəssüf ki, bu gün bir çox ekspertlər və qurumlar bir-birini daim təkrarlayan ideyalara diqqət yetirirlər.
Və ya daha ağrılısı, milyardlarla dollarlıq iqtisadi gücü və təməlləri onilliklər əvvəlinə gedən texnologiya nəhəngləri ilə SZ sahəsində eyni fəaliyyətlərə nail olmaq ümidi edilir. Bu qeyri-real yanaşmalara yaradıcı ideyaları susdurmağa imkan vermək olmaz. SZ-nin əsas yanacağı məlumat olsa da, mənalı nəticələr əldə etmək üçün milyonlarla insanın nəyi bəyəndiyi, harada olduqları və onilliklər ərzində hansı ərazilərdə axtarış apardıqları barədə məlumat əldə etməyə ehtiyac yoxdur. Bu baxımdan, müəyyən bir məqsəd ətrafında toplanmış və ya istehsal edilmiş nisbətən məhdud məlumatların belə bir çox şaquli məhsulların ortaya çıxması üçün kifayət edə biləcəyini nəzərdən qaçırmaq olmaz.
SZ bütün iqtisadi və strateji qüdrəti ilə gündən-günə özünü daha qabarıq şəkildə göstərərkən, ölkə hökumətləri lider olmaq üçün milyonlarla dollar vəsait ayırarkən və hazırkı elitalar yarışa xeyli irəlidə başlamışkən, populist debatlara diqqət yetirmək, texnologiyanı satış-marketinq elementi kimi yerləşdirmək və tendensiyaları yanlış oxumaq geri dönməz nəticələrə səbəb olacaq. Bu baxımdan oyundan kənarda qalmamaq üçün nələrin edilməməli olduğu bəllidir.
Oxşar məqalələr
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı