"Azərkosmos" bu il 29 mln. manatlıq xidmət ixrac edib

885     12:57     31 08 2021    
Bu ilin yanvar-iyul aylarında "Azərkosmos" ASC tərəfindən dünyanın 31 ölkəsinə 28,7 mln. ABŞ dolları dəyərində xidmət (peyk telekommunikasiya xidmətləri və optik peyk xidmətləri) ixrac edilib.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "İxrac İcmalı"nda verilən məlumata görə, ASC-nin xidmət ixracından əldə etdiyi gəlir onun ümumi gəlirlərinin 92%-i təşkil edib.

"2021-ci ilin iyul ayında isə "Azərkosmos" ASC dünyanın 24 ölkəsinə 6,7 mln. dollar dəyərində xidmət ixrac edib", - deyə məlumatda qeyd edilir.
Strategyvision.org

Teq: Azərkosmos  


Oxşar məqalələr
Son əlavə olunanlar