Çinin yeni Hərbi Elm Akademiyası: Nəzəri məsələlərdə inqilab?
İslahatların hazırkı dövrəsinin əməliyyat fokusu XAO-nun “informasiyalaşdırılmış yerli müharibə” aparma imkanlarının inkişafına cəmlənib. Bu qabaqcıl texnologiyanın birgə əməliyyatlara – məsələn, desant çıxarma, blokada, yaxud dəqiq atəş gücü zərbəsi – nüfuz etməsi kimi müəyyən edilir. Bu kimi əməliyyatlar əsasən Tayvana və digər regional rəqiblərə qarşı münaqişədə istifadə edilməsi mümkün olan versiyalar kimi nəzərdən keçirilir. Bu islahatların ilk mərhələsi 2015-ci ilin sonları və 2016-cı ildə həyata keçirildi və bu məqsəd uğrunda yeni birgə komandanlıq strukturunun yaradılması, Strateji Dəstək Qüvvəsinin və ortaq komandirlərə kritik imkanlar təchiz edəcək Mütəşəkkil Logistik Dəstək Qüvvəsinin formalaşdırılması baş tutdu. 2017-ci ildə tamamlanan ikinci mərhələ isə bu agendanı bir qədər də irəli apardı və “boğazdan aşağı” qüvvə strukturunda dəyişikliklərə, peşəkar hərbi təhsil sisteminin yenidənqurmasına gətirib çıxardı. Bu yenidənqurma nəticəsində Milli Müdafiə Universiteti (MMU) və Milli Müdafiə Texnologiyası Universitetində (MMTU) də struktur dəyişiklikləri baş verdi.
Yeni diqqət Hərbi Elm Akademiyasındakı İslahatda
İslahatların bu ikinci mərhələsində diqqətin vacib zonası HEA-nın yenidən təşkil olunması idi. 1958-ci ildə qurulan HEA ilkin olaraq Marksizm nəzəriyyəsi əsasında hərb elmi ərsəyə gətirməyə fokuslanmışdı. Sonralar HEA alimləri XAO-nun modernizasiyavə inkişafına töhfə vermək məqsədilə xarici orduların dərslərindən bəhrələnməyə çalışdılar. HEA Hərbi Strategiya Elmi (bunun başqa versiyası MMU tərəfindən nəşr edilib) kimi nəşrlər və Çin Hərb Elmi kimi jurnallar yayımladı. Eyni zamanda Çinin müdafiə ağ kağızlarının hissələri də yayımlandı. HEA-ın həm də məzun olmuş tələbələrlə iş bölməsi var, amma o, peşəkar hərb təhsil institutu deyil. Bu sadalanan funksiyalara baxmayaraq, təşkilatın fundamental məqsədi hərbi qüvvələrin taktiki əməliyyat və strateji müharibə səviyyəsində istifadəsi üçün daxili yazılı xətti (Qərb jarqonu ilə desək “doktrina”) hazır etməkdir. HEA tapşırıqları Mərkəzi Hərbi Komissiyadan (MHK) alır və birbaşa ona hesabat verir.
HEA 60 illik tarixi üzərində çoxsaylı təşkilati transformasiyalardan keçərkən, Si Tsinpinq və digər islahatçılar qərar verdilər ki, onun öz missiyanı daha yaxşı yerinə yetirmək üçün yenilənməyə ehtiyacı var. “Hərbi elmi tədqiqat” sisteminin islahatları ilə bağlı prinspilərin müəyyənləşdirilməsi üçün 2017-ci ildə yüksək səviyyəli MHK komissiyası formalaşdırıldı (Cankao Xiaoxi, 2017-ci il 25 iyul). Bu komissiya bütün XAO boyunca görünsə də, əsas nəzər nöqtəsi HEA-nın hərbi tədqiqat və doktrinal inkişaf mərkəzi kimi formalaşdırılmasında idi. 2017-ci ilin iyul ayında baş tutan bir mərasimdə Si HEA, MMU, MMTU liderləri qarşısında yeni vəzifə müəyyən etdi. O, HEA-nı hərbi elmi işin yeni tələblərini mənimsəməyə və dünya standartlarına uyğun hərbi elmi tədqiqat institutu yaratmağa çağırdı. HEA-nın bürokratik dərəcəsi texniki olaraq azaldıldı (Sahə Komandanlıq lider dərəcəsindən, Sahə Komandanlıq liderinin köməkçisi dərəcəsinə), lakin HEA yenə MHK-ya hesabat verməyə davam edir.
Yeni HEA – Daha güclü elmi və texnoloji fokus
Sinin qeydlərinin ardınca HEA cəld şəkildə özünün daxili təşkilati quruluşunu yenidən konfiqurasiya etdi. Ən əhəmiyyətli dəyişiklik daha öncə XAO-nun sabiq baş departamentlərinə tabe olan 6 tədqiqat institutunun HEA-ya birləşdirilməsi oldu. Bu altı institut arasında Hərbi Tibb İnstitutu, Sistem Mühəndisliyi İnstitutu və Milli Müdafiə Elmi və Texnoloji İnnovasiya İnstitutu da var. Onlar əsasən texniki tədqiqata fokuslanıb. Bu yeni fokusu simvolikləşdirməklə MHK MMTU-nun keçmiş prezidenti, mühəndislik üzrə doktor olan general-leytenant Yanq Xuecunu HEA-nın prezidenti təyin etdi.
Bu dəyişikliklər HEA-nın elm və texnologiya sahəsinə verdiyi töhfələri artırmaq məqsədilə aparılan bir sıra başqa islahatlarla müşayiət olundu. Bunlardan bəziləri mülki universitetlər və tədqiqat akademiyaları ilə yeni partnyorluqların qurulması ilə bağlı idi. Məsələn, HEA-nın Sistem Mühəndisliyi İnstitutu və Çin Aerokosmik Sistemlər Elm və Mühəndislik Akademiyasının birgə dəstəyi ilə yeni kooperativ tədqiqat mərkəzinin ərsəyə gətirilməsi oldu. Həmçinin, HEA və Guangzhou Universiteti arasında tədqiqat əməkdaşlığı robotlar, kəşfiyyat istehsalı və digər yüksək texnologiya sahələrinə fokuslanıb. HEA həm də gənc mülki texniklər üçün icarə proqramlarının icrasına başladı. Bu proqramlar nəticəsində 2017-ci ildə 120 tədqiqatçı ilə əməkdaşlıq edildi. Bu proqramın ikinci mərhələsi ötən ilin ortalarında başladı.
Bu təşəbbüslər bir tərəfdən XAO-nun “hərbi-mülki birləşmə” deyə adlandırdığı və bəzən dilimizə hərbi-mülki inteqrasiya kimi də tərcümə edilən plana dəstək verir. Hərbi modernizasiyaya qarşı uzun müddətdir əsas əngəllərdən biri kimi qəbul edilən məsələ hərbi və mülki sektorlarının bürokratik təsisatıdır. Bu o deməkdir ki, elm və texnoloji çərçivədəki əsas nailiyyətlərdən adətən ikili məqsəd daşıyan texnologiyanın, yaxud hərbi silah və ləvazimatların effektiv istehsalında yararlanmaq olmur. Yeni personal mübadiləsi, maliyyə layihələri, HEA tərəfindən təşkil olunan birgə tədqiqat layihələri bütün yollarla bu dilemmanı azaltmağa və XAO-nun modernizasiyasını sürətləndirməyə hesablanıb.
Rəsmi PRC mətbuatı islahatların tətbiqi zamanı sürətli nəticələrin əldə edilməsində belə mexanizmlərin faydalı ola biləcəyini bildirir. Məsələn, XAO-nun mətbu orqanı olan “PLA Daily” iddia edib ki, HEA-nın hazırda 3300-dən çox elmi tədqiqat tapşırığı var, 20 akademiki işə götürüb və yuxarı qurumlara 100-dən çox vacib tədqiqat hesabatı təqdim edib (11 may 2018). Başqa bir xəbərdə isə HEA-nın daş kömürə əsaslanan dizel yanacaq mənbəyi üzərində çalışan tədqiqatçılarının işi qiymətləndirilib. Bildirilib ki, bu işlər Çinin enerji təhlükəsizliyini gücləndirməklə yanaşı, XAO-nun quru ləvazimatlarını da enerji ilə təchiz edəcək (6 iyun 2018). Bir qədər daha ənənəvi sayılan “Müharibə İnstitutu” isə yeni Birgə Əməliyyatlar Laboratoriya Mərkəzi yaratması ilə alqışlanıb. Mərkəz bir neçə ay ərzində kompüter dəstəkli müharibə oyunlarında mütəşəkkil kampaniyaları təqlid edən yeni model ərsəyə gətirdi (14 yanvar 2018).
Bütün bu dəyişikliklər HEA-nın XAO üçün texnoloji innovasiyanın güc mərkəzi kimi rebrendinqi nəticəsində mümkün oldu. 2018-ci ilin mayında həyata keçirdiyi təftiş gəzintisində Si HEA-nın nailiyyətlərini yüksək qiymətləndirdi, lakin həm də onu bu nailiyyətləri dərinləşdirməyə çağırdı. Si bunun üçün elmi və texnoloji innovasiyanın nəticələrinin transformasiyası və istifadəsinə daha böyük diqqət yetirməyin vacibliyindən danışdı (16 may 2018). Elsa Kanianın haqlı olaraq vurğuladığı kimi, onun yeni məsuliyyətlərini nəzərə alsaq, HEA-nın məhz XAO-nun gələcək hərbi mübarizədə axtardığı üstünlük kimi, açar texnoloji “inkubator” kimi meydana gəlişini izləyə bilərik.
Nəzəriyyə və Texnologiyanın qarışığı
Bütün bunlara baxmayaraq, HEA-nın islahatlarının daha vacib aspekti sadəcə texnoloji innovasiyanın dəstəklənməsində deyil: innovativ layihələr HEA-nın yeni institutlarının sələfləri tərəfindən icra edilirdi və bu səylər birləşdirmədən asılı olmayaraq davam edəcəkdi. Yeni mülki ekspertizanın mənimsənilməsi də XAO-nun tədqiqat təşəbbüslərinin uğuruna öz töhfəsini verəcəkdi, lakin bu alimlər üçün iş imkanları XAO-nun bütün institutları, MMU və digərləri boyunca yaradıldı.
Əvəzində, açar faktor elmi və texnoloji proqresin doktrinal inkişafla daha sıx birləşdirilməsi oldu. Çin hərbi analitikləri uzun müddət güclü ordunun inşası üçün texnoloji innovasiyanı doktrinanın daxilində nəzərdən keçirirdilər. Məsələn, 2014-cü ilin dekabrında yayımlanmış bir məqalədə HEA-nın mütəxəssisi Zhao Xiaozhuo 19-cu əsrin Prussiya hərbi nəzəriyyəçisi Karl fon Klauşevitzi Nyuton fizikasını “qravitasiya mərkəzi” hərbi doktrinasına birləşdirməsindən dolayı yüksək qiymətləndirib. Zhao həm də ABŞ ordusunun texnologiyanı doktrinaya cəlbini də alqışlayıb. Onun fikirlərinə görə, bu, nəticədə son bir neçə onillik ərzində ABŞ-ın döyüş əməliyyatlarının uğurlu olmasındakı əsas səbəbdir. HEA-nın yayımları texnologiya və doktrina arasında əlaqəyə də təsir etdi.
Təəccüblü deyil ki, bu islahatların başlıca məqsədi XAO-nun texnoloji və doktrinal cəmiyyətləri arasında kordinasiyanı gücləndirməkdir. Si Tsinpinq HEA-nı hərbi nəzəriyyə və hərbi elm və texnologiyanın daha sıx inteqrasiyası üzərində işləməyə çağırıb. O, eyni zamanda birgə innovasiyanın gücləndirilməsini də istəyib. Ötən ilin mayında isə Si yenidən nəzəriyyə ilə elm və texnologiyanın inteqrasiyasının uyğun şəkildə icra edilməsini vurğulayıb. Çin Kommunist Partiyasının başlıca nəzəriyyə jurnalı olan “Qiushi”də ötən ilin iyulunda HEA-nın alimlərindən biri tərəfindən yayımlanan məqalədə də XAO-nun nəzəri və texniki tədqiqatların dərin inteqrasiyasına ehtiyac duyduğunu ifadə edilib. Alimin fikirlərinə görə, buna daha çox nəzəri ekspozisiyaların tərkib hissəsi kimi kəmiyyət analizinin daha yaxşı istifadəsi də daxildir.
Bu vizyon XAO-nun modernizasiyası qarşısındakı mövcud zəifliyi ortaya çıxardı: süni zəka, kvant hesablama və kommunikasiyalar, çox böyük məlumatların analizi, nanotexnologiya, və robotlar sahəsindəki ən yeni texnologiyaların doktrinal tənzimləmələrə və öyrətmə materialların inkişafına necə adaptasiya etməli. 2013-cü il Hərbi Strategiya Elmi demək olar ki, hərbi strateji düşüncədə belə texnologiyaların hər hansısa bir rol oynaya biləcəyinə dair heç nə deyə bilmir. Problemin bir qismi isə bu texnologiyaların bir hissəsinin yeni olmasıdır ki, onların da hərbi istifadəsi tam müəyyən edilməyib. Lakin bu həm də XAO-nun doktrinal inkişaf sisteminin təşkilati məhdudiyyətlərini büruzə verir.
Nəticə
Yenidən strukturlaşdırılmış HEA-nın öz məqsədində uğurlu olub-olmaması XAO-nun informasiyalaşdırılmış lokal müharibələrin aparılması imkanları və maneaələri çərçivəsində düşünmə qabiliyyətini dərinləşdirmə baxımından önəmli faktor olacaq. HEA-nın alimləri tərəfindən ərsəyə gətirilən və gələcək sahə komandirlərinə, zabitlərə öyrədilən doktrina XAO-nun gələcək bir münaqişəni planlaşdırması və icrası yollarını kökündən dəyişə bilər. Bunun üçün o, hətta bəzi sahələrdə ABŞ-ı geridə qoyan texnoloji nailiyyətlərdən də yararlana bilər. Bu, islahatların digər sahələrinə müsbət təsir göstərə bilər. Məsələn, birgə komanda və idarəetmə, təlim və dəyərləndirmə, birgə peşəkar hərbi təhsildə yeni nailiyyətlərə yol aça bilər. XAO-nun intellektual cəmiyyətləri arasında daha effektiv əməkdaşlığa nail olunmasındakı hər hansı bir uğursuzluğu bu mənaya gələ bilər ki, iş adi qaydada davam edir, texnoloji proqres isə fil qulağında yatıb.
Oxşar məqalələr
-
Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Türkiyə üçün lüks yox, strateji zərurət| Kosmik inqilab: “Köhnə Kosmos”dan “Yeni Kosmos”a keçid
-
NASA Yer üzündə 3D printerlə “Mars” yaşayış mühiti yaradır
-
Çin Data üzərində Qlobal Rəqabətdə Necə Dominat Olacaq?
-
Yayılma və Şəbəkə: ABŞ HDQ Gələcək Müharibələrdə necə qalib gəlməyi planlaşdırır?
-
Siyasi iradə varsa, bir yol var! Kosmik silahlanma yarışını ləğv etmək mümkündür?
-
Təhlükəsizlik konsepsiyasının dəyişdirilməsi və təhlükəsizliyin yenidən konseptuallaşdırılması – ANALİZ
Son əlavə olunanlar
-
İran Rusiyanın Fars körfəzində hibrid müharibə strategiyasından necə istifadə edəcək
-
İsrail və BƏƏ müdafiə şirkətləri SZ sahəsində əməkdaşlıq edir
-
Süni Zəkanın hərbi sahəyə inteqrasiyası üçün ən böyük risk etikadır
-
Asimmetrik müharibə: Dövlət və qeyri-dövlət aktorları arasında münaqişə "/>Asimmetrik müharibə: Dövlət və qeyri-dövlət aktorları arasında münaqişə
-
ANALİZ "/>Kiber dövrün strateji çətinlikləri – ANALİZ
-
Kiber müharibə ssenarisində çəkindirmə və əlaqələndirmə
-
Kibertəhlükəsizlik hərəkatı: Ölkələr niyə yeni növ müharibəyə hazırlaşır? "/>Kibertəhlükəsizlik hərəkatı: Ölkələr niyə yeni növ müharibəyə hazırlaşır?
-
Kibertəhlükəsizliyin əsasları, texnologiya və vacib olan nüanslar
-
ANALİZ "/>Kiber Məkan Əməliyyatları, Komandanlığı və təsirləri - ANALİZ
-
Yaxın Şərq yaxınlaşan iqlim fəlakətindən qaça bilərmi?
-
Siçanlar üzərində təcrübələr?| Avtonomluğa Aparan Yolda Məkan İdrakı – ANALİZ "/>Siçanlar üzərində təcrübələr?| Avtonomluğa Aparan Yolda Məkan İdrakı – ANALİZ
-
ABŞ HDQ 1000 insanlı və insansız gəmidən ibarət hibrid donanma qura bilərmi?
-
Dəniz platformalarında avtonom sistemlər
-
Hibrid müharibə: Köhnə konsepsiya, yeni texnikalar "/>Hibrid müharibə: Köhnə konsepsiya, yeni texnikalar
-
Müharibədə nanotexnologiya
-
Nüvə müharibəsində kimsə qalib gələ bilərmi?
-
Qərb ictimaiyyətinin gözündə PUA zərbəsini “qanuni” edən nədir?
-
Kiber müharibə: Atrubusiyadan çəkindirməyə "/>Kiber müharibə: Atrubusiyadan çəkindirməyə