İnformasiya müharibəsinin əsasını təşkil edən psixoloji təsir və onun vasitələri - III YAZI
Şəxsi heyətin düşmənin informasiya-psixoloji təsirinə qarşı hazırlığı, böyük ölçüdə, komandirlərin, rəislərin, mənəvi-psixoloji hazırlıq üzrə zabitlərin bu sahədəki biliklərinin emosional dolğunluğundan, izahat asanlığından və qabaqlayıcı tədbirlərdən təcrübədə nə dərəcədə istifadə etmə bacarığından asılı olur. Nəzərə alınmalıdır ki, qarşıya qoyulmuş vəzifələrin həlli üçün hərbi kollektivin əhval-ruhiyyəsi, ayrı-ayrılıqda hər bir döyüşçünün mənəvi-psixoloji durumu ümumilikdə, vacib amildir.
Qoşunların mənəvi-psixoloji vəziyyəti hərbçilərin Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyünün qorunması uğrunda fədakarlıqla döyüşməyə hazır olması, ictimai asayişin mühafizəsi üzrə fəaliyyətin əhəmiyyətini, məqsədlərini dərindən dərk etməsi, xidməti-döyüş fəaliyyətinin icrasına yönəlmiş mənəvi hazırlıq səviyyəsi, yüksək peşəkarlıq, psixoloji təsirlərə davamlılıq, komandirlərin (rəislərin) fəaliyyətinə inam, qoşunların vaxtında və hərtərəfli təminatı kimi kriteriyalarla müəyyən edilir.
İnformasiya-psixoloji təsirə qarşı müqavimət məqsəd, vəzifə, obyekt və vaxt baxımından əlaqəli, razılaşdırılmış və qarşılıqlı əməliyyat-profilaktik tədbirlərin məcmusudur.
İnformasiya-psixoloji təsirə qarşı müqavimət aşağıdakı istiqamətləri əhatə edir:
• qoşunların dislokasiya yerlərində, ölkədə, regionda hərbi-siyasi, ideoloji və mənəvi-psixoloji durumun öyrənilməsi, təhlili;
• düşmənin məlumatlı-psixoloji təsir göstərmək imkanları haqqında məlumatların toplanması, ümumiləşdirilməsi və təhlili;
• psixoloji əməliyyatlarla həyata keçirilən tədbirlərin və məlumatlı-psixoloji təsirlərin qoşunlara təsirinin mümkün xarakteri və mümkün nəticələrinin proqnozlaşdırılması;
• şəxsi heyətə düşmənin pozucu təbliğatının üsulları və texnikaları barədə izahat vermək;
• yaranmış vəziyyət haqqında şəxsi heyətin qabaqlayıcı məlumatlandırılması;
• təbliğat-təşviqat tədbirlərin təşkilində və keçirilməsində iştirak;
• istənilən şəraitdə dövlətçiliyin müdafiəsi üzrə vəzifələrin icrasına, şəxsi heyətin psixoloji dayanıqlılığının saxlanılması və hazırlığı;
• mənfi təsirə məruz qalmağa daha meylli şəxslərlə fərdi iş.
Məlumatlı-psixoloji təsirə qarşı müqavimətin formaları, metodları və üsulları idarəetmə səviyyəsindən, qüvvə və vasitələrdən, vaxtdan, konkret vəziyyətdən və digər amillərdən asılıdır.
Əsasən aşağıdakı formalar, metodlar və üsullar istifadə edilir:
- hərbi qulluqçuların, cəmiyyətin, Silahlı Qüvvələrin, qoşunların həyat və fəaliyyəti ilə bağlı aktual məsələlər barədə məlumatlandırılması;
- kütləvi informasiya vasitələrində dərc olunan materiallara nəzarət;
- düşmənin yaydığı xüsusi radioqəbuledicilərin, audio, videokassetlərin yığılması və məhv edilməsi;
- müəyyən mənfi informasiyanın daxilolma kanallarının məhdudlaşdırılması;
- şəxsi heyətdə elmi dünyagörüşünün formalaşdırılması üzrə keyfiyyətli mənəvi-psixoloji təsirin təmin olunması;
- düşmənin psixoloji əməliyyatlar keçirən kəşfiyyatçı bölmələrinin və bu əməliyyatları keçirən texniki vasitələrin tapılması və məhv edilməsi.
Şəxsi heyətin düşmənin informasiya-psixoloji təsirindən qorunması, onun mənfi nəticələrinin proqnozlaşdırılması, profilaktikası aradan qaldırılması əhali və qoşunlar üçün tədbirlər sistemi kimi qiymətləndirilməlidir.
Düşmənin fəaliyyətinin proqnozlaşdırılması komandirlərin, qərargahların, tərbiyə işi orqanlarının tərəfindən preventiv qiymətləndirilməsindən və bu fəaliyyətin sıradan çıxarılması işindən ibarətdir. Proqnozlaşdırmanın mühüm məqamı bizim hissə və bölmələrin şəxsi heyətinə informasiya-psixoloji təsir kanallarının müəyyənləşdirilməsidir.
Komandanlığa, idarəetmə orqanlarına, o cümlədən tərbiyəvi iş üzrə qurumlara düşmənin intensiv psixoloji təsirinə daha çox məruz qalma ehtimalı olan obyektləri əvvəlcədən fərqləndirmək məqsədəuyğundur.
Proqnozlaşdırmanın mühüm məqamlarından biri də düşmənin informasiya-psixoloji təsirinin mümkün mövzularının müəyyənləşdirilməsi və proqnozlaşdırılması, beləliklə də onların səmərəliliyinin azaldılması və ya neytrallaşdırılmasıdır. Məsələn, ABŞ hərbi psixoloqlarının baxışlarına görə, qoşunların mənəvi ruhuna aşağıdakı amillər daha çox zərər vurur: ölkədə əlverişsiz ictimai-siyasi vəziyyət, döyüş təcrübəsinin olmaması, döyüş meydanında təhlükə, diskomfort, qida çatışmazlığı, komandanlığın məqsədlərinə və əməliyyatlara mənfi münasibət, təchizatda fasilələr, rəhbərlikdən narazılıq və s. Düşmənin informasiya-psixoloji təsirinin səmərəliliyinin azalması və ya neytrallaşdırılması üçün hərbi qulluqçulara onların həqiqi məqsədləri, vəzifələri, metodları, formaları, həyata keçirilməsinin texniki vasitələrinin izah edilməsinə xüsusi diqqət ayrılmalıdır. Təcrübə göstərir ki, ekstremal şəraitdə əgər bir adamın həmin şəraitə qarşı reaksiya təcrübəsi yoxdursa, onun davranışı gözlənilməz olur. ABŞ ordusunun təlimlərindən biri zamanı psixoloji təsir vasitəsi kimi istifadə etdiyi vərəqəyə nəzər salaq. Onun mətni belədir: “Bu sizi əsir düşməyə və ya təslim olmağa çağıran vərəqə deyil. Biz sizi təslim olmağa çağırmırıq, Siz özünüz bir saat ərzində yardım üçün amerikalıların yanına gəlməyə məcbur olacaqsınız. Bu bir parça sadə kağız radioaktivləşdirilib. Siz bu sətirləri oxuduğunuz müddətdə sizin barmaqlarınıza, sonra isə bədəninizə kifayət qədər ölümcül dozada radiasiya şüaları keçiriləcək. Vərəqəni xüsusi olaraq bir neçə saat ərzində sizi öldürmək üçün düzəltmişik. Amma istəsəniz, xilas ola bilərsiniz, xilas üçün bacardıqca tez bizə tərəf keçməli və kömək üçün müraciət etməlisiniz. Bu halda xüsusi hazırlanmış vaksinlə sizi xilas etmək mümkündür. Biz sizin xilasınıza zəmanət veririk”. Aydındır ki, belə bir müraciət psixoloji cəhətdən hazırlıqsız hərbçi üçün şok bir informasiya təsiri yarada bilər. Bu barədə hərbi qulluqçuların məlumatlı olması isə belə təxribatların təsirinin psixoloji effektini xeyli azaldacaq.
Psixoloji təsirə daha çox meylli hərbçilərə psixoloqlar, komandirlər tərəfindən xüsusi diqqət göstərilməlidir. Onlara əsəbi-psixi dəyişkənliklərə zəif müqavimətli, “vasvası” və nəzərəçarpacaq həyəcanlı insanları aid etmək olar. Adətən çətin vəziyyətlərdə belə insanlar vahimə indikatoru rolu oynayırlar.
Hərbi qulluqçuların davamlı, obyektiv, psixoloji cəhətdən strukturlaşdırılmış, siyasi məlumatlandırılması düşmənin psixoloji aksiyalarının effektivliyinin azalmasına səbəb olur. Uğursuzluğun səbəbini və nöqsanları vaxtında və obyektiv izah etmək lazımdır.
Bizim hissə və bölmələrin şəxsi heyətinə qarşı düşmənin psixoloji təsirinin sıradan çıxarılmasına müxtəlif üsullarla nail olunur. Bunlardan ən effektlisi kəşfiyyatdır. Kəşfiyyat düşmənin psixoloji əməliyyatlar vasitələrinin fiziki məhv edilməsi, dağıdılması yolu ilə bu məsələni radikal şəkildə həll edir. Lakin bu heç də həmişə mümkün olmur. Ona görə də hərbi qulluqçuları qeyd olunan məsələlərin həlli istiqamətində fəaliyyətə cəlb etmək, sayıqlığın itirilməsinə yol verməmək lazımdır. Düşmənin bütün təşviqat-təbliğat materialları şəxsi heyətdən dərhal yığışdırılmalı, öyrənilməli və məhv edilməlidir. Bütün bunlar fərdi və qrup şəklində izahat işləri ilə müşayiət olunmalıdır.
Düşmən qoşunlarının psixoloji əməliyyatlarının nəticələrinin ləğvi onun nəticələrinin qiymətləndirilməsi və təhlilini nəzərdə tutur, bu zaman həmçinin, bu sahədə düşmən fəaliyyətinin səmərəliliyinin səbəblərini araşdırmaq və informasiya-psixoloji müdafiə sistemində özünün yol vermiş olduğu boşluqları müəyyənləşdirmək lazımdır:
• zərərçəkmiş döyüşçülərlə psixoloji reabilitasiya tədbirlərinin keçirilməsi;
• hərbi hissələrin döyüş qabiliyyətinin, mütəşəkkilliyin və intizamın bərpası;
• satqınlara, hay-küyçülərə, neqativ halların səbəbkarlarına qarşı müvafiq sanksiyaların tətbiqi;
• bütün sistemin optimallaşdırılması üzrə tədbirlərin müəyyənləşdirilməsi.
Beləliklə, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, suverenliyinin, dövlətçiliyin qorunması uğrunda xidməti-döyüş fəaliyyətinə daim və sədaqətlə hazır olmaq, düşmənin psixoloji əməliyyatlarına qarşı şəxsi heyətin müdafiəsi qoşunların informasiya təhlükəsizliyinin mühüm tərkib hissəsidir. O, qərargahlar, rəislər, komandirlər, tərbiyə işi orqanları tərəfindən hazırlanır və xidməti-döyüş vəzifələrinin həllinin bütün mərhələlərində həyata keçirilir, xüsusən Azərbaycan Respublikasının ərazisinə silahlı müdaxilə təhlükəsinin yaranması şəraitində gündəlik və gərgin iş tələb edir.
Oxşar məqalələr
-
Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
2023-cü ilin İT trendləri| İnvestisiyalar ən çox hansı sahələrə yönəldilir?
-
Pekinin Rusiyanın bioloji müharibə dezinformasiyasına təbliğat dəstəyi – Kiyevə qarşı ittihamlar
-
Nüvə eskalasiyası və Rusiya təbliğatı – Peşəkar deqradasiya ağlasığmaz səviyyədədir
-
Putin 2 pis seçim qarşısında| Onları yalan və təhdidlərin artması tətikləyir?
-
Bu gün Ukraynada Stalinin vəsiyyətlərini kim və necə həyata keçirir?
-
Niyə Ukraynadakı müharibə Belarusda narahatlıqları artırır?
-
Qərb “köstəbəyi vurmaq”la məşğuldur| Dezinformasiyaya qarşı mübarizə necə təşkil edilməlidir?
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı