Axtar
-
Avropanı qorxudan daha bir faktor| KXDR-Rusiya Kibercinayətkarlıq TərəfdaşlığıVladimir Putinin Ukraynadakı müharibəsi fonunda saysız-hesabsız milli təhlükəsizlik analitikləri və kibertəhlükəsizlik ekspertləri Rusiyanın ABŞ infrastrukturuna artan kiberhücumlarının təhlükələri barədə xəbərdarlıq edirlər. Rusdilli kiber aktorlarla Şimali Koreya hökuməti arasındakı əlaqələr məlumdur. Martın 22-də ABŞ-ın milli təhlükəsizlik üzrə müşaviri Cayk Sallivan bildirib ki, Şimali Koreyanın kiber imkanları dünyada özünü büruzə verdi və onlar Rusiya kibercinayətkarları da daxil olmaqla, bütün dünyada hər cür kibercinayətkarlarla işləyirlər. Sallivanın bəyanatı təsdiq edir ki, Rusiyanın gizli kibercinayətkarlar şəbəkəsi ağır beynəlxalq sanksiyalardan yan keçmək və Kim Çen Inın xəzinəsini gücləndirmək üçün kiber fəaliyyətlərdən istifadə edən Şimali Koreya hökumətində müttəfiqlər tapıb.
-
Qərbin Ukraynaya yardımı Asiyada Çini çəkindirir?Rusiya istəmədən müttəfiqi Çinə mane olub. Kəşfiyyat məlumatlarına görə, Rusiyanın Ukraynada məqsədlərinə sürətlə çatmasının ardından Çin Tayvanı ələ keçirmək üçün hərəkətə keçəcəkdi. Lakin Ukraynanın müqaviməti və Qərbin dəstəyi nəinki Rusiyanı zəiflətdi, həm də Çini Tayvana hücumdan çəkindirdi.
-
Bu, Rusiya İmperiyasının Son Müharibəsidir?Rusiyanın Ukraynaya genişmiqyaslı hücumundan 200 günə yaxın müddətin keçməsi Rusiyanın bütün daxili siyasətini faktiki olaraq “sıfırlayıb”. Əhəmiyyətli odur ki, keçən ay (may) “Ədalətli Rusiya” partiyasının lideri Sergey Mironov 15 qubernator və 6 regional qanunverici orqanın seçiləcəyi 2022-ci ilin sentyabrında keçiriləcək “vahid səsvermə günü”nü tamamilə ləğv etməyə çağırıb. Mironov iddia edirdi ki, “xüsusi hərbi əməliyyat” şəraitində siyasi rəqabət “ölkəni parçalayır”: “Bu gün hər kəs prezidenti dəstəkləməlidir və seçkilərin keçirilməsinə xərclənən pullar ordunun ehtiyaclarına yönəldilməlidir”.
-
Polşa Rusiyadan enerji idxalını tamamilə dayandıra biləcəkmi?Martın 29-da Polşa hökuməti iki ay ərzində birtərəfli qaydada Rusiyanın kömür idxalına embarqo qoyacağını elan edib və bir gün sonra bildirilib ki, Polşa neftayırma zavodları 2022-ci ilin sonuna qədər Rusiya xammalı tədarükünü dayandırmaq üçün “əllərindən gələni edəcəklər”. Həmçinin bu il Polşa Rusiyanın “Qazprom” şirkətindən asılılığını aradan qaldırmaq niyyətindədir. Bununla belə, bu iddialı vədlərə baxmayaraq, Polşa hakimiyyəti etiraf edir ki, qitənin enerji sektorunun de-russifikasiyasının həqiqətən effektiv olmasını və sadəcə olaraq Polşanın regional potensialını itirməsinə gətirib çıxarmamasını təmin etmək üçün digər Avropa ölkələrinin də oxşar qərarlar qəbul etməsinə ehtiyac var.
-
Ukraynada Nüvə Silahından İstifadə Qaçılmazdır?ABŞ Müdafiə nazirinin keçmiş köməkçisi Qrem Allison, Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns və Milli Kəşfiyyatın direktoru Avril Haynes daxil olmaqla bir sıra milli təhlükəsizlik mütəxəssisləri həyəcan təbili çalmağa başlayıb. Onlar deyir ki, Bayden administrasiyasının Rusiyaya qarşı elan edilməmiş vəkalət müharibəsi ilə mübarizə qərarı Vladimir Putinin Ukraynada taktiki nüvə silahından istifadə etmək şansını xeyli artırır.
-
İsrail necə ən yaxşı kiber gücə çevrildi? – Düzgün siyasət və təşkilatlanma açardırDünyanın ikinci ən böyük kibertəhlükəsizlik klasteri 500 ən böyük qlobal kibertəhlükəsizlik firmasının 12 faizinə sahib olan İsraildir. Birincisi isə bu firmaların 32 faizinin yerləşdiyi San-Fransiskodur. Canlı innovasiya ekosistemi onlarla böyük şirkətə, 470 aktiv kibertəhlükəsizlik startapına, adambaşına düşən ən çox vençur kapitalına və güclü istedad fonduna malikdir. Artıq 2014-cü ildə İsrailin mülki kibertəhlükəsizlik ixracı Böyük Britaniyanın 2016-cı il üçün təyin etdiyi hədəfdən üç dəfə çox idi.
-
Ukraynada partizan müharibəsini hansı qüvvələr aparır?Aprelin 22-də Mərkəzi Hərbi Dairə komandiri vəzifəsini icra edən general Rüstəm Minnekayev bəyan edib ki, Rusiyanın “Ukraynada xüsusi hərbi əməliyyatı”nın ikinci mərhələsinin məqsədlərindən biri Donbas və Ukraynanın cənubuna tam nəzarəti ələ keçirməkdir. Onun sözlərinə görə, bu məqsədə nail olmaq “Krıma quru dəhlizinin yaradılmasını, Ukrayna iqtisadiyyatının mühüm obyektlərinə nəzarətin təmin edilməsini” və Rusiyanın 1992-ci ildən Rusiyanın “sülhməramlı” qüvvələri tərəfindən işğal edilmiş Moldovanın separatçı bölgəsi Dnestryanıya çıxışını təmin edəcək.
-
NATO XXI əsrin çağırışlarına necə cavab verə bilər?Rusiya prezidenti Vladimir Putinin fevralda Ukraynaya hücumu strateji kobud səhv idi. NATO artıq özünü müasir tarixin ən uğurlu və ən uzunmüddətli hərbi ittifaqı kimi təsdiqləyib. Putinin işğalı yalnız NATO-nun güclənməsinə xidmət edir, çünki alyans daxilində Soyuq Müharibədən sonra görünməmiş konsensus mövcuddur, hərbi hazırlıq və hər hansı üzvə qarşı təcavüzün qarşısını almaq üçün ortaq öhdəlik daha da güclənib. Bundan əlavə, NATO-ya üzv ölkələr Rusiyanı təcrid etmək və Rusiyanın Ukraynada davam edən döyüşləri ilə bağlı xərcləri artırmaq üçün iqtisadi sanksiyaları və digər siyasi tədbirləri güclü şəkildə dəstəkləyiblər. Bundan əlavə, may ayında Finlandiya və İsveçin siyasi liderləri NATO-ya üzvlük üçün müraciət etmək niyyətlərini açıqladılar. İki keçmiş neytral dövlətin ittifaqa qoşulması Rusiyanın narahatlığını və NATO-nun Avropada gələcək təcavüzün qarşısını almaq qabiliyyətinə dair nikbinliyini daha da artıracaq.
-
Çin-NATO münasibətlərində dəyişiklik: Seçici əməkdaşlıqdan strateji rəqabətə?Martın 15-də Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) baş katibi Yens Stoltenberq Çini Rusiyaya dəstəyini dayandırmağa və onun Ukraynaya qarşı “qəddar” işğalını pisləməyə çağırıb. Ertəsi gün Çinin dövlətə məxsus “Global Times” nəşri NATO-nu ABŞ-ın “qanla boyanmış kuklası” kimi sərt tənqid etdi. Çinin NATO-ya qarşı nifrəti yeni deyil. Bununla belə, Çin yüksəlməyə davam etdikcə və qlobal cazibə mərkəzi Hind-Sakit Okean bölgəsinə keçdikcə, Pekinin ABŞ-ın Dördtərəfli Təhlükəsizlik Dialoqu (“Quad”) kimi tərəfdaşlıqlar vasitəsilə “Asiya NATO-su”nun yaradılması ilə bağlı qorxuları da artıb. Eyni zamanda, Çinin eksponensial yüksəlişi, onun zorakı davranışı və Pekinin Moskva ilə “xüsusi” münasibəti onun NATO ilə münasibətlərini əhəmiyyətli dərəcədə dəyişib.
Strategiya (191)
Son əlavə olunanlar
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı
-
“İradə azadlığı deyə bir şey yoxdur” "/>Məşhur neyrobioloq Sapolskidən sarsıdıcı sözlər: “İradə azadlığı deyə bir şey yoxdur”
-
Gələcəyin materialı: “Holey” Super Qrafen texnologiyada inqilab etməyə hazırlaşır "/>Gələcəyin materialı: “Holey” Super Qrafen texnologiyada inqilab etməyə hazırlaşır
-
“Terminator 2”dəki T1000-i xatırlayırsınız?| Alimlər buna bənzər bir şey planlaşdırırlar "/>“Terminator 2”dəki T1000-i xatırlayırsınız?| Alimlər buna bənzər bir şey planlaşdırırlar
-
Şərtlər müəyyən edilib "/>İlon Maskın “Neuralink” şirkəti beyin çipini implantasiya etməyə hazırdır: Şərtlər müəyyən edilib
-
Gələcəyin Dünyası| Rəqəmsal Dayanıqlılıq Dedikdə Nə Başa Düşürük? "/>Gələcəyin Dünyası| Rəqəmsal Dayanıqlılıq Dedikdə Nə Başa Düşürük?
-
“Şəhər Əfsanəsi”, yoxsa “Reallıq”? "/>Türkiyənin Bor Mineralı – “Şəhər Əfsanəsi”, yoxsa “Reallıq”?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyada standartlaşdırma və texnologiya inkişafı arasındakı əlaqə – STRATEJİ BAXIŞ
-
Qabondakı son dəyişiklik nəyi göstərir?| İdeologiya, yoxsa Fransanın öndərliyində korrupsiya iqtisadiyyatı... "/>Qabondakı son dəyişiklik nəyi göstərir?| İdeologiya, yoxsa Fransanın öndərliyində korrupsiya iqtisadiyyatı...
-
Orta Krallığın üz tutduğu bölgə – Yaxın Şərq və Asiyada Çin-ABŞ rəqabətinin dinamikası "/>Orta Krallığın üz tutduğu bölgə – Yaxın Şərq və Asiyada Çin-ABŞ rəqabətinin dinamikası
-
SZ yeriyən robot hazırlamağı bacardı: sıfırdan və 60 saniyədən az müddətdə... "/>SZ yeriyən robot hazırlamağı bacardı: sıfırdan və 60 saniyədən az müddətdə...
-
Norveç: Kiber Müdafiə Qüvvələri: Kiber Komandanlığa dair nümunələr və təşkilatlanma - VIII YAZI (ANALİZ) "/>Norveç: Kiber Müdafiə Qüvvələri: Kiber Komandanlığa dair nümunələr və təşkilatlanma - VIII YAZI (ANALİZ)