Britaniya hibrid müharibə mərkəzi – Gizli Sənəd

 Britaniya hibrid müharibə mərkəzi –  Gizli Sənəd
663     11:49     09 06 2021    
Britaniyanın Suverenlik Təşəbbüsü Layihəsi özünün Rusiyanın hibrid müharibəsinə qarşı mübarizə məqsədilə formalaşdırdığı Rus Dili Strateji Rabitə Proqramı çərçivəsində Brüsseldəki “Free” Universitetinin Avropaşünaslıq İnstitutu əsasında araşdırma qrupu yaratmağı planlaşdırıb.

Bu barədə anonim haker qrupu məlumat verib və müqavilə ilə bağlı gizli sənədləri ortaya çıxarıb.

Sənədlərdə layihənin 2018-ci il 1 apreldə başladığı qeyd edilib. Sənədin başlığında Böyük Britaniya Xarici İşlər naziri və agentliyin əsas şəxsi adlandırılan Kris Donellinin adı qeyd edilib.

Layihənin məqsədi Rusiyanın dezinformasiya və müdaxilə cəhdlərini, Avropada və Şimali Amerikada apardığı hibrid müharibənin qarşısını almaqdır. Bunun üçün isə baza biliklərin artırılması, mövcud exspertizanın istifadəsi, ekspertlər şəbəkələrinin vahid şəbəkəsini formalaşdırmaq və s. hədəflənib.

Üzə çıxarılan sənədlərdə proqramın iki mərhələdən ibarət olduğu göstərilib. Birinci mərhələdə fəaliyyət planının, mərkəzin və ekspertlər, jurnalistlər, siyasi aktorlardan ibarət şəbəkənin yaradılması nəzərdə tutulub. Bu mərhələ 9 ölkəni - İspaniya, Fransa, Almaniya, Niderland, Yunanıstan, Litva, Norveç, Serbiya, İtaliyanı əhatə edir.

İkinci mərhələ isə bu 9 ölkədən əlavə olaraq daha beş ölkədə - Moldova, Gürcüstan, İsveç, Monteneqro və Maltada formalaşdırılacaq 4 gizli qrupu tam işlək hala gətirmək və Kanada, Estoniya, Polşa, Slovakiya, Rumıniya, Bolqarıstan, Avstriya, Portuqaliya, İsveçrə və Birləşmiş Ştatlar yeni əməliyyat qruplarının formalaşdırılmasına başlanacaq.

Qeyd edək ki, sənədlərdə sözügedən layihənin 2.51 milyon dollara başa gəldiyi və 2019-cu il 3 martında bitəcəyi qeyd edilib. Layihəni maliyyələşdirənlər arasında Böyük Britaniya və NATO-dan başqa, “Facebook”, ABŞ Dövlət Departamenti də var.
Strategyvision.org

Teq: Britaniya   Hibrid-Müharibə  


Oxşar məqalələr
Son əlavə olunanlar