ABŞ-dan SZ tədqiqatlarına 140 milyon dollar investisiya – 7 yeni milli SZ tədqiqat institutu yaradılır

ABŞ-dan SZ tədqiqatlarına 140 milyon dollar investisiya – 7 yeni milli SZ tədqiqat institutu yaradılır
961     12:04     11 05 2023    
ABŞ administrasiyası ölkədə 7 yeni milli Süni Zəka (SZ) tədqiqat institutunun yaradılmasına 140 milyon dollar maliyyə ayıracağını açıqlayıb.

Ağ Evdən verilən açıqlamada ABŞ prezidenti Co Bayden və vitse-prezidenti Kamala Harrisin administrasiyasının SZ-də məsuliyyətli innovasiyaları daha da inkişaf etdirmək və insanların hüquqlarını, təhlükəsizliyini qorumaq üçün atdığı yeni addımlar çatdırılıb.

Açıqlamada SZ-nin dövrün ən güclü texnologiyalarından biri olduğu, lakin təqdim etdiyi imkanlardan yararlanmaq üçün ilk növbədə onun risklərinin azaldılmasının lazım olduğu qeyd edilib.

SZ sahəsində məsul Ar-Ge fəaliyyətlərini dəstəkləmək üçün yeni investisiyalar barədə məlumat verilən açıqlamada Milli Elm Fondunun 7 yeni milli SZ tədqiqat institutunun yaradılması üçün 140 milyon dollar vəsait ayıracağı bildirilib. Açıqlamada bu investisiyanın ölkə daxilində bu sahədəki institutların ümumi sayını 25-ə çatdıracağı bildirilib.

Harris 4 şirkətin baş direktorları ilə SZ-ni müzakirə edəcək

Açıqlamada Harris və yüksək səviyyəli menecerlərin SZ innovasiyalarında ön sıralarda yer alan 4 ABŞ şirkətinin meneceri ilə görüşəcəyi, bu şirkətlərin “Google”un ana şirkəti “Alphabet”, “Anthropic”, “Microsoft” və “OpenAI” olduğu bildirilib.

Açıqlamada qeyd olunub ki, görüşdə riskləri və fərdlərə potensial zərərləri azaldan tədbirlərlə məsuliyyətli, etibarlı və etik innovasiyalara rəhbərlik etməyin vacibliyi vurğulanacaq.

Bundan başqa, şirkətlərin məhsullarını təqdim etməzdən əvvəl təhlükəsiz olduğundan əmin olmaq üçün məsuliyyət daşıdığı ifadə edilib, Bayden rəhbərliyinin də SZ-dən qaynaqlanan milli təhlükəsizlik narahatlıqlarını həll etmək üçün fəal şəkildə çalışdığı bildirilib.
Strategyvision.org

Teq: ABŞ   Süni-Zəka  


Oxşar məqalələr
Son əlavə olunanlar