Süni Zəka üzrə Milli Strategiya üçün Yol Xəritəsi tərtib edilib

 Süni Zəka üzrə Milli Strategiya üçün Yol Xəritəsi tərtib edilib
223     15:40     26 01 2023    
İqtisadiyyat Naziliyi yanında IV Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin Dünya İqtisadi Forumunun Süni Zəka və maşın öyrənməsi platforması ilə əməkdaşlığı çərçivəsində Süni Zəka üzrə Milli Strategiyanın hazırlanması üçün yol xəritəsi tərtib edilib.

Bu barədə nazirlik məlumat yayıb.

Məlumata görə, sənəd IV Sənaye İnqilabı (Sİ) texnologiyaları üzrə İşçi Qrupunun ötən gün keçirilmiş növbəti iclasında müzakirə olunub.

Aidiyyəti dövlət qurumlarının nümayəndələri və Süni Zəka (SZ) icmasının üzvlərinin iştirakı ilə keçirilən iclasda “SZ hazırlıq indeksi” və "Milli SZ strategiyasının hazırlanması üçün yol xəritəsi" barədə məlumat verilib, Milli Süni Zəka Strategiyasının hazırlanması istiqamətində görülən işlər barədə müzakirələr aparılıb, rəy və təkliflər dinlənilib.

Tədbirdə həmçinin, Dünya İqtisadi Forumunun Süni zəka və maşın öyrənməsi platformasının rəhbəri Uber Xelop “Milli Sİ strategiyalarının hazırlanması”, Türkiyə Rəqəmsal Transformasiya Ofisinin nümayəndəsi Mervə Ayyücə Kizrak “Süni Zəka strategiyasının hazırlanmasındakı çətinliklər” və Paşa Bankın Data elmi şöbəsinin rəhbəri İlkər Kurtuluş “Süni Zəka biznesi necə dəyişdirir” mövzularında təqdimatla çıxış edərək öz təcrübələrini bölüşüblər.

İşçi Qrupu 4Sİ texnologiyalarının tətbiqi imkanlarının araşdırılması, normativ-hüquqi bazanın, yol xəritələrinin formalaşdırılması, layihələrin əlaqələndirilməsi, həmçinin bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirmək məqsədilə yaradılıb.
Strategyvision.org

Teq: Süni-Zəka   Azərbaycan  


Oxşar məqalələr
Son əlavə olunanlar