Ukrayna müharibəsinə səmadan baxış necə görünür?
Daha sonra Mariupol şəhərində Ukrayna qüvvələri tərəfindən idarə olunan PUA Rusiya tankının yüksək dəqiqliklə məhv edilməsini çəkib. İlkin partlayışdan sonra tüstü təmizlənir, ölü bir adam və dağıntılar arasından sürünən başqa bir adam aşkar edilir və bir saniyə sonra daha bir rus əsgərinin cəsədi görünür, tanka başqa bir zərbə vurulur. Bu PUA görüntüləri Ukrayna müharibəsinin necə aparılmasını göstərir. Bu, dünyanın əvvəllər çox az gördüyü müharibə bucağıdır.
Ukrayna ilk sosial media müharibəsi və ya kiçik, ucuz mülki PUA-lardan istifadə edildiyi ilk müharibə olmasa da, hər iki tərəfdəki hərbçilərdən müxbirlərə və maraqlı mülki şəxslərə qədər hər kəsin idarə etdiyi kiçik PUA-lar bundan əvvəki müharibələrdə görünməyib.
Fevralın 24-də Rusiya işğalı başlayandan bəri Ukraynadakı müharibədən çoxlu sayda PUA görüntüləri yayımlanıb. Görüntülərdə PUA pilotlarının yaradıcılığı, bacarığı və cəsarəti valehedicidir. Bu, həm də onların təhlükəsizliyi üçün təhdiddir. PUA operatorlarının hüquqi statusu çox qeyri-müəyyəndir və bu hadisələrə şahidlik etməyə çalışmaq öz həyatlarını riskə atmaq demək ola bilər.
2013-cü ildə ucuz Çin istehsalı olan “DJI Phantom” PUA-larının təqdim edilməsindən dərhal sonra kiçik istehlakçı və evdə hazırlanmış hobbi PUA-ları dünyanın müxtəlif yerlərində döyüş meydanlarında görünməyə başladı. İŞİD terror təşkilatı onlardan həm müşahidə, həm də düşmənlərinin üzərinə kiçik partlayıcılar atmaq üçün istifadə edirdi. Ukrayna da kiçik PUA oyununa erkən daxil oldu. 2014-cü ildə Rusiya Krımı və Donbas bölgəsini işğal etdikdən sonra Ukrayna PUA mütəxəssisləri (onların çoxu hobbi model qurucusu kimi fəaliyyətə başlayıblar) ölkənin silahlı qüvvələri ilə yaxından işləməyə başladılar, öz PUA-larını yaratdılar və onları hərbçilərə verdilər.
Bu gün Türkiyə istehsalı olan “Bayraktar” zərbə PUA-ları dünyanın diqqətini çox cəlb etsə də (hətta ona mahnı həsr ediblər), Ukraynadan yayılaan yüksək keyfiyyətli hava görüntülərinin çoxu nisbətən ucuz və daha kiçik mülki PUA-lar, əsasən Çinin DJI şirkəti tərəfindən istehsal olunan platformalar vasitəsilə çəkilib.
PUA-lar birbaşa zərbələr üçün də istifadə olunur. Ukrayna Hərbi Hava Qüvvələri bu yaxınlarda Kiyevdən kənarda Rusiyanın 40 mil uzunluğundakı motoatıcı karvanını müşahidə etmək üçün kiçik PUA-lardan istifadə ediblər. Onlar gecələr istilik sensoru ilə təchiz olunmuş PUA-lar uçurur və karvana yüngül bombalar atırdılar. Ukrayna əsgərləri mütəmadi olaraq rəsmi hərbi “Facebook”, “Telegram” və “Twitter” səhifələrində PUA-larla bağlı videolar yerləşdirir və dünyaya artilleriya zərbələrini daha yaxşı tətbiq etmək üçün kiçik mülki PUA-lardan necə istifadə etdiklərini nümayiş etdirirlər. Xəbərlərin birində deyilir ki, Kiyevdə bir qadın Rusiyaya məxsus kiçik PUA-nı turşu bankası ilə vurub yerə salıb. Ukraynadan kənar adamlar da bu işə qarışıb: onlar hərbçilərə PUA-lar ianə ediblər və Ukrayna qoşunlarına yüzlərlə mülki PUA-lar göndərərk onların səmada davamlı müşahidə qabiliyyətini artırıblar.
Ukraynadan çəkilmiş bu görüntüləri izlədikcə münaqişə və fəlakətlərdə mülki PUA-ların istifadəsi haqqında bir şey ayın olur ki, insanlar bu platformalardan istifadə etməklə potensial olaraq özlərini və başqalarını riskə atmaq riski haqqında kifayət qədər düşünməyib.
Döyüş zonasında PUA operatorlarının üzləşdiyi ən böyük problem beynəlxalq humanitar hüququn əsas prinsiplərindən biri olan fərqləndirmədir. Silahlı münaqişə tərəfləri “hər zaman mülki əhali ilə döyüşçülər arasında, mülki obyektlərlə hərbi obyektlər arasında fərq qoymalıdırlar. Təyyarələrdə bu, müharibə və ya beynəlxalq humanitar hüquq qaydalarına uyğun olaraq kifayət qədər yaxşı qurulub. Siz təyyarələrə simvollar qeyd edə bilərsiniz, pilotlar radio vasitəsilə özlərini təqdim edə bilər və təyyarə elektron IFF (Dost və ya Düşmən şəxsiyyətini müəyyənləşdirmə) sistemləri ilə təchiz oluna bilər.
Bu yanaşmalar əsasən kiçik istehlakçı pilotsuz uçan aparatlara uyğun gəlmir. Kiçik mülki PUA-ların görünüşü yerdə demək olar ki, eynidir və onları havada ayırmaq daha çətindir. Videoların birində Ukrayna əsgərləri İrpen körpüsünün üstündə uçan PUA-nı atəşə tuturdular. Onun ruslar tərəfindən idarə olunması tamamilə mümkün olsa da, ukraynalıların buna əmin ola bilmələrinin heç bir yolu yox idi.
Ərzidəki PUA pilotları radio vasitəsilə özlərini tanıda bilsələr də, PUA-lar özü bu tələbləri yerinə yetirə bilməz. Bəzi şirkətlər kiçik PUA-lar (o cümlədən Çinin DJI şirkəti) üçün IFF və ADS-B transponderləri istehsal etsələr də, onlar hələ də nadir hallarda istifadə olunur. Bəzi ölkələr kiçik PUA-larda “ADS-B Out” istifadəsini açıq şəkildə qadağan edir, bu, hava vasitəsinin GPS yeri, hündürlüyü, sürəti və digər məlumatlarını saniyədə bir dəfə uyğun qəbuledicilərə ötürən texnologiyadır, bu texnologiya PUA-ların harada olduqlarını digər təyyarələrə ötürə və həddindən artıq siqnal trafikinə səbəb ola bilər deyə bəzi ölkələr qadağan edib. Kiçik PUA-ların müntəzəm hava hərəkətinə nəzarət sistemlərinə inteqrasiyasına kömək etmək üçün bütün dünyada müxtəlif uzaqdan identifikasiya standartları və texnologiyaları hazırlansa da, onlar hələ də inkişaf mərhələsindədirlər.
Bu texniki çətinliklər o deməkdir ki, kamikadze PUA-larının beynəlxalq humanitar hüquqa əsasən qeyri-müəyyən statusu var. Jurnalistlər və maraqlı vətəndaşlar kimi mülki PUA istifadəçiləri də öz hərəkətlərinin nəticələrindən xəbərsiz ola bilərlər. Ukraynadan bu yaxınlarda çəkilmiş videolardan birində xarici müxbir rus qoşunlarının yerini müşahidə etmək üçün PUA istifadə edərkən ukraynalı əsgərlərə baxış ekranı ətrafında toplaşmağa icazə verib. Bu hərəkət onun mülki statusunu itirməsinə və hədəfə çevrilməsinə səbəb olacaqmı? Çünki o, bir tərəflə faydalı kəşfiyyat məlumatlarını paylaşır. Ukrayna sübut etdi ki, dünyanın beynəlxalq humanitar hüquqa uyğun olaraq mülki PUA-lardan istifadə üçün aydın standartlara və təlimatlara ehtiyacı var.
Bəzi insanlar güman edirlər ki, kiçik PUA-lar aktiv döyüşlərdən uzaqda (adətən maksimum 6 mil) olduğundan, onlar əsasən təhlükəsizdirlər. Bu səhvdir.
İŞİD və digərləri 2013-cü ildən sonrakı illərdə mülki PUA-larını silahlandırmağa başlayandan sonra hökumətlər, ordular və özəl sənayelər PUA əleyhinə texnologiyalara böyük həcmdə sərmayə yatırmağa başladılar. DJI məhsulları kimi mülki PUA-lar açıq şəkildə hərbi istifadə üçün nəzərdə tutulmayıb, şirkət istifadəçilərə xatırladır ki, onlar təhlükəsiz deyillər.
Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı əvvələr Donbasda kiçik mülki PUA-lardan istifadə edərək monitorinq aparırdı və onlardan bəziləri vurulurdu.
Hakerlər dəfələrlə kiçik PUA-ları idarə etmək və onların topladıqları məlumatlara daxil olmaq bacarıqlarını nümayiş etdiriblər. 2018 -ci ildə rus milyarder Roman Abramoviçin yaxtasındakı işçilər turistin “DJI Phantom” PUA-sını antidron sistemindən istifadə edərək yerə salmışdı.
PUA-lar nisbətən asan aşkarlanan radio siqnallarından istifadə edərək yerdə oberatorları ilə əlaqə qurur, bəzi müasir PUA əleyhinə texnologiyalar həm dronun, həm də pilotun yerini müəyyən etmək üçün istifadə edilir. Ukraynalı PUA satıcısı Taras Troiak tərəfindən “Facebook”da təsdiqlənməmiş bir videoda DJI PUA-sının operatoru qumbaraatanla hücuma məruz qalır. Nə baş verdiyinə dair heç bir təsdiq olmasa da, bir çox müşahidəçilər PUA-dan yayılan radio siqnalının hücumçuları birbaşa PUA operatoruna doğru apardığından şübhələnirdilər. Əksər ölkələr bu məlumatların şifrəsini açmaqla PUA-ları aşkarlamağı qadağan etsə də, ruslar radioelektron müharibə vasitələrindən istifadə edərək operatorların yerini asanlıqla tapa bilər.
2017-ci ildən bəri, DJI yalnız öz məhsulları ilə uyğun gələn “AeroScope” adlı PUA axtarışı və siqnalın dekodlanması texnologiyasını sataraq bu deşifrə məhdudiyyətini aşmağa çalışır. Bu, effektivdir, çünki bütün müasir DJI PUA-ları həm operatorun, həm də hava vasitəsinin yeri haqqında məlumatı olan siqnalları yayımlayır ki, bu da “Aeroscope” cihazlarının (həm stasionar uzun, həm də portativ qısa mənzilli modellərdə təqdim olunur) başa düşə biləcəyi bir funksionallıqdır. Hüquq-mühafizə orqanları və idman arenaları tərəfindən geniş istifadə olunur, döyüş meydanında kifayət qədər faydalıdır.
Hələlik DJI neytral mövqeyini qoruyur, bunu martın 17-də DJI Ukraynanın baş nazirinin müavini Mixaylo Fedorovun şirkətin Rusiyada satın alınan bütün məhsulların bloklanması ilə bağlı birbaşa müraciətinə verdiyi cavabda bildirib. Şirkət ona məhsullarının “mülki istifadə üçün nəzərdə tutulduğunu” xatırladıb.
Fevralda müharibə başlayandan sonra Troyak DJI-ni “AeroScope”u Ukrayna ərazisində qəsdən söndürməkdə günahlandırdı. DJI iddiaları tamamilə rədd edərək, işçilərinin ukraynalı istifadəçilərlə problemi həll etmək üçün çalışdıqlarını və bunun bağlantı problemlərindən qaynaqlana biləcəyinə inandıqlarını söylədi. Şirkət həmçinin qlobal PUA fəaliyyətini izləmək və ya Fedorovun tələb etdiyi ərazi məlumatlarını təqdim etmək qabiliyyətinə malik olduğunu inkar edir.
“AeroScope” bizi başqa bir böyük problemə gətirir: ən ucuz mülki PUA-lar Çin şirkətləri tərəfindən hazırlanır. Ukraynadakı müharibə isə Rusiya ilə eyni məqsədlərə və baxışlara malik olan Çini çox incə, yöndəmsiz siyasi vəziyyətə salıb.
Müasir PUA şirkətləri, əksər texnoloji şirkətlər kimi, müştərilərə satıldıqdan sonra da məhsullarına əhəmiyyətli dərəcədə nəzarət edirlər. Bütün DJI PUA-ları müştəriyə “geofencing” texnologiyası ilə göndərilir, bu o deməkdir ki, PUA Vaşinqton və Tiananmen meydanı da daxil olmaqla dünyanın müəyyən həssas ərazilərində işləməyəcək. 2015 və 2016-cı illərdə Suriyada İŞİD ilə münaqişənin qızğın vaxtında DJI bu bölgədəki məhsullarına sakitcə coğrafi sərhəd qoydu.
İndi bir çox müşahidəçilər, başa düşülən şəkildə, DJI-nin Rusiyada və ya Ukraynada məhsullarını mühafizə edib-etməyəcəyi ilə maraqlanır. DJI Fedorova rəsmi müraciət əsasında Ukrayna üzərində geohafizə təşkil etməyə hazır olacağını bildirsə də, şirkət bunun təkcə Rusiya qüvvələrinin uçurduğu PUA-lara deyil, “Ukraynadakı bütün DJI PUA-larına şamil ediləcəyini” vurğuladı. DJI açıq şəkildə Çin hökumətinin qərarlarında iştirak etmədiyini iddia etsə də, bunun belə olmadığına dair sübutlar var. Bununla belə, həm DJI, həm də Çin, çox güman ki, hazırkı münaqişədə Ukrayna və ya Rusiyaya üstünlük verməkdə ittiham olunmaqda az maraq və ya iştaha malik deyillər. Şirkət məhsullarının döyüş meydanında istifadə olunmasını təsdiq edən hər hansı bir addım atmaq istəmir.
Şübhəsiz ki, DJI-nin iddia etdiyi kimi, coğrafi sərhədin tətbiqi döyüş meydanında çox fərq yaratmadan Çin üçün siyasi problemlər yaradacaq. “Geofences” qüsursuz deyil: onlar əsasən texniki cəhətdən səriştəsiz və ya öz ərazilərində PUA qaydaları haqqında məlumatsız olan insanların qarşısını almaq üçün nəzərdə tutulub. Bir çox şirkət, onlardan yayınmaq üçün hiylələr və vasitələr yaradıb. Belə şirkətlərdən biri hətta Ukraynada və ya Rusiyada olduqlarını sübut edə bilən insanlara öz xidmətlərini pulsuz təklif edir.
Ukrayna sübut etdi ki, kiçik PUA-lar müasir müharibə zonalarının bütün aktorları üçün kütləvi şəkildə faydalı vasitədir. Onlar hələ uzun müddət bizimlə olacaqlar. Operatorlar özlərini qorumaq üçün bəzi tədbirlər görə bilər (məsələn, PUA-lara qoşulan mobil cihazların həmişə təyyarə rejimində olmasına əmin olmaq), lakin onlar ən azından bu tədbirlərin mövcud olduğunu bilməlidirlər. Müharibə zamanı onlardan istifadə edən insanların – mülki şəxslər və döyüşçülərin istifadə ilə bağlı üzərlərinə götürdükləri riskləri tam başa düşmələrini təmin etmək indi beynəlxalq ictimaiyyətin üzərinə düşür.
Oxşar məqalələr
-
Orta Krallığın üz tutduğu bölgə – Yaxın Şərq və Asiyada Çin-ABŞ rəqabətinin dinamikası
-
Rusiya və Çin də Tehrandan üz döndərir| İran Zəngəzur dəhlizinin reallaşmasına mane ola biləcək? – ANALİZ
-
“ABŞ-dan sonrakı regional sistemin əsasları” və Vaşinqton-Pekin toqquşması – STRATEJİ BAXIŞ
-
ABŞ-ın təhlükəsizlik narahatlıqları artır| Səudiyyənin uzaqlaşma strategiyası nəyə hesablanıb?
-
Balanslar dəyişir| ABŞ-ın sızdırılmış kəşfiyyat sənədləri nə deyir?
-
Sudan yeni “Liviya”ya çevriləcək?| Sudandakı böhranın tərəfləri və səbəbləri
-
Rusiya üçün “Morgentau Planı”: Putindən sonrakı Rusiya ilə münasibətdə hansı səhvlərdən qaçmaq lazımdır? (III YAZI)
-
Rusiya üçün “Morgentau Planı”: Putindən sonrakı Rusiya ilə münasibətdə hansı səhvlərdən qaçmaq lazımdır? (II YAZI)
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı