Ukraynanın cənubunda Rusiyanın işğal siyasəti – III HİSSƏ
Ukraynaya sadiq məmurların yerli administrasiyalardan uzaqlaşdırılması və onların yerinə işğalçı hakimiyyət orqanlarının namizədləri ilə əvəz edilməsi Rusiyanın Ukraynanın cənubundakı işğalçılıq siyasətinin təzahürləridir.
Xerson və Zaporojye vilayətlərinin hazırkı merləri və bələdiyyə şuraları 2020-ci ildə Ukraynanın ümummilli yerli seçkilərində bütün Ukraynanı təmsil edən partiyaların (ilk növbədə prezident tərəfdarı olan “Xalqın Xidmətçisi” partiyası) dəstəyi ilə seçildi. Bu seçilmiş vəzifə sahiblərinin böyük əksəriyyəti Ukraynaya sadiqdirlər və Rusiyanın işğalçı hakimiyyətləri ilə hər hansı siyasi əməkdaşlıqdan imtina ediblər. Buna görə də, ruslar qanuni şəkildə seçilmiş orqanları təmsil etməyən əməkdaşlarla əvəz etməyə çalışır.
Rusiya hakimiyyəti bir sıra şəhərlərdə, o cümlədən Xerson, Kaxovka və Heniçesk (hamısı Xerson vilayətində), Melitopol, Berdyansk və Enerqodarda (hamısı Zaporojye vilayətində) merləri və digər yerli məmurları qovub. Yeni təyin olunmuş “merlərin səlahiyyətlərini icra edən”lər, əsasən, Rusiyayönümlü kənar partiyalara bağlıdırlar. Beləliklə, Kaxovka (Ukrayna-Krımın materik su kanalını idarə edən ərazi), Enerqodar (Zaporojye AES-in ərazisi) və Melitopolun (əsas quru və su nəqliyyatı kəsişməsi) yeni “merlərin səlahiyyətlərini icra edənlər” hamısı “Müxalifət Platforması – Həyat Naminə” partiyasına (Viktor Medvedçukun partiyası) bağlıdır. Heniçesk şəhərinin psevdomeri isə “Sosialist Sol”u təmsil edir.
İşğal hakimiyyəti onlarla bələdiyyə sədrini və digər yerli ofis sahiblərini oğurlayıb. Bəziləri azadlığa buraxıldıqdan sonra Ukraynanın nəzarətində olan ərazilərə köçək məcburiyyətində qalıblar, digərləri isə hələ də həbsdədir.
İşğalın ilk həftələrində Xerson şəhəri, Melitopol və digər şəhərlərin meydan və küçələrində müəyyən müntəzəmliklə işğal əleyhinə, Ukrayna tərəfdarı mitinqlər keçirilib. Həmin aksiyalar böyük izdihamlı və yüksək əhval-ruhiyyə ilə keçib. Rus işğalçı qoşunları gözyaşardıcı qaz və səs-küylü qumbaraatanlardan istifadə edərək bu mitinqləri dağıdıblar. Hər bazar günü etiraz mitinqlərinin davam etdiyi Xerson şəhəri istisna olmaqla, son iki həftə ərzində etirazlar tezliyi və davamiyyət baxımından azalıb.
Rusiya tərəfdarları vaxtaşırı elan edilməsi nəzərdən keçirilən qondarma “Xerson Xalq Respublikası” üçün mitinqlər keçirməyə cəhd ediblər. Bu hərəkətlər tərəfdarların olmaması ilə nəticələndi. İşğal hakimiyyəti indiyədək bu cür cəhdləri açıq şəkildə təşviq etməyib. Lakin Kiyev bu riski nəzərə almır. Prezident Vladimir Zelenski son videomüraciətlərin birində Xerson əhalisini orada istənilən qondarma “xalq respublikasına” qarşı çıxmağa çağırıb.
Krım yarımadasındakı Rusiya işğalçı hakimiyyət orqanları (2014-cü ilin fevral-mart aylarında Rusiya tərəfindən ilhaq edilib) yaxınlıqdakı Xerson və Zaporojye əyalətlərinə təsirlərini genişləndirmək üçün ambisiyalar nümayiş etdirirlər. Görünür, Krım “hakimiyyəti” həm özünü gücləndirmək, həm də metropoliten Rusiyanın genişlənməsi üçün avanqard rolu axtarır. Krımın “parlament” sədri Vladimir Konstantinov və Rusiya Federasiya Şurasının (parlamentin yuxarı palatası) Krımdan olan “deputatı” Sergey Tsekov “azad edilmiş” ərazilərdə boş qalan postları Krımın inzibati məmurlarına, menecerlərinə və ekspertlərinə həvalə etməyi təklif ediblər.
Krımın “Rusiya prezidenti yanında daimi nümayəndəsi” və eyni zamanda Krımın “baş nazirinin müavini” Georgi Muradov bildirib ki, Rusiya müharibəni başa vurduqdan sonra Krımla “azad edilmiş” Xerson və Zaporojye əyalətləri arasında “ən sıx iqtisadi əməkdaşlığın” qurulmasını nəzərdə tutur. Muradov iddia edir ki, hər üç ərazi əvvəllər Rusiyanın Tavriya quberniyasında birləşdirilib.
Bu cür baxışlar Rusiyanın apardığı müharibənin nəticələrinə xələl gətirir, görünür, o, münaqişənin Ukraynanın parçalanması ilə nəticələnəcəyini güman edir. Bu gözlənti Kremlin “xüsusi hərbi əməliyyatı”nın başlanğıcında elan etdiyi müharibə məqsədlərinə tam uyğundur.
Rus işğalı yerli əhali üçün açıq şəkildə xoşagəlməzdir. İşğal qeyri-müəyyən müddətə davam edərsə və Ukraynanın həmin ərazilərə geri qayıtması perspektivi azalarsa, yerli cəmiyyətdəki hazırkı əhval-ruhiyyə tarazlığı, çox güman ki, Rusiyanın xeyrinə dəyişəcək.
Oxşar məqalələr
-
Orta Krallığın üz tutduğu bölgə – Yaxın Şərq və Asiyada Çin-ABŞ rəqabətinin dinamikası
-
Rusiya və Çin də Tehrandan üz döndərir| İran Zəngəzur dəhlizinin reallaşmasına mane ola biləcək? – ANALİZ
-
“ABŞ-dan sonrakı regional sistemin əsasları” və Vaşinqton-Pekin toqquşması – STRATEJİ BAXIŞ
-
ABŞ-ın təhlükəsizlik narahatlıqları artır| Səudiyyənin uzaqlaşma strategiyası nəyə hesablanıb?
-
Balanslar dəyişir| ABŞ-ın sızdırılmış kəşfiyyat sənədləri nə deyir?
-
Sudan yeni “Liviya”ya çevriləcək?| Sudandakı böhranın tərəfləri və səbəbləri
-
Rusiya üçün “Morgentau Planı”: Putindən sonrakı Rusiya ilə münasibətdə hansı səhvlərdən qaçmaq lazımdır? (III YAZI)
-
Rusiya üçün “Morgentau Planı”: Putindən sonrakı Rusiya ilə münasibətdə hansı səhvlərdən qaçmaq lazımdır? (II YAZI)
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı