Ukrayna müharibəsi Asiyada nüvə silahının yayılmasına səbəb olacaq?
Rusiya və ABŞ 1991-ci ildə Sovet İttifaqı dağılan zaman Ukraynada qalan sovet nüvə silahlarının təhvil verilməsi müqabilində Ukraynanın müstəqilliyi üçün təminatları ehtiva edən Təhlükəsizlik Təminatları üzrə 1994-cü il Budapeşt Memorandumuna razılıq verdilər. Memorandum ABŞ-ın müdafiəsinə və ya müdaxiləsinə zəmanət verən müdafiə müqaviləsi deyildi, o, ABŞ-ın Soyuq Müharibədən sonrakı “yumşaq gücü”ndən və Ukraynanın nüvə silahsızlanması və yayılmaması ilə bağlı danışıqlar aparmaq üçün iqtisadi, diplomatik və hərbi gücün birləşməsindən istifadə etməsinə dair nümunə idi. Cənubi Koreya və Tayvanla olduğu kimi…
İkinci Dünya Müharibəsində nüvə hücumunun dəhşətlərini yaşayan Yaponiya nüvə silahına sahib olmaq fikrindən əl çəkdi. Bununla belə, ABŞ Cənubi Koreya və Tayvanın nüvə silahı proqramlarını dəfələrlə dayandırıb. Tayvanın ilk nüvə proqramı 1964-cü ildə Çinin ilk atom sınağından sonra 1967-ci ildə başladı. Birləşmiş Ştatların tələbi ilə Tayvan 1976-cı ildə öz proqramını rəsmən dayandırdı. Cənubi Koreya da 1971-ci ildə 27.000-dən çox ABŞ hərbçisinin ilkin olaraq ölkədən çıxarılmasından sonra plutoniumun təkrar emalı üzrə avadanlıq əldə etdi. Bu səy yalnız ABŞ və Fransa müvafiq avadanlığı çatdırmaqdan imtina etdikdən və Cənubi Koreya 1975-ci ildə Nüvə Silahlarının Yayılmaması Müqaviləsini (NSYM) ratifikasiya etdikdən sonra dayandı.
NSYM -ni ratifikasiya etməsinə baxmayaraq, Cənubi Koreya və Tayvanın davamlı milli təhlükəsizlik narahatlıqları, o cümlədən Şimali Koreyanın tez-tez raket sınaqları və Çinin işğal təhlükəsi hər iki ölkəni gizli proqramlar həyata keçirməyə sövq etdi. Tayvanın gizli proqramı adanın 1987-ci ildə proqramı sona çatdırmaq üçün ABŞ-ın təzyiqini hiss edənə qədər əlavə miniatürləşdirməyə və ya raket, habelə təyyarə ilə çatdırılma vasitəsinə ehtiyacı olduğu nöqtəyə qədər irəlilədi. Cənubi Koreyanın proqramı çox da irəli getmədi, lakin bu gün ölkə bunu edə bilər. Rəsmi Seul artıq Pekinə nüvə başlığı çatdıra bilən qitələrarası ballistik raketlər hazırlayır.
Bundan əlavə, Cənubi Koreyalıların və Tayvanlıların əksəriyyəti, xüsusən də böhran zamanı nüvə silahı əldə etməyin tərəfdarıdır. 2017-ci ildə Şimali Koreya böhranından sonra Cənubi Koreyalıların əksəriyyəti nüvə silahı istehsalını dəstəkləyib və ABŞ-ın taktiki nüvə silahlarının Cənubi Koreyaya qaytarılmasını tələb etmək imkanlarını müzakirə edib. 1996-cı ildə Üçüncü Tayvan Boğazı böhranı zamanı Tayvan admisinstrasiyasının rəsmiləri Pekinin ABŞ dəniz qüvvələrinin Tayvan boğazına yerləşdirilməsinə müdaxilə etməzdən əvvəl Tayvanın nüvə proqramının yenidən aktivləşdirilməsini təklif etdi.
İstər Cənubi Koreya, istərsə də Tayvan öz nüvə ambisiyalarını yeniləməkdən asılı olmayaraq, hər iki ölkə artıq Rusiyanın işğalına cavab verir. Rusiyanın işğalından bir neçə gün sonra Cənubi Koreya xalqı Çindən qorunmaq üçün ABŞ-la daha sıx əlaqələri müdafiə edən mühafizəkar namizəd yun Suk-yeolu prezident seçdi. İndi işğaldan bir neçə həftə sonra Tayvan Çin hücumuna qarşı müdafiə yanaşmasını tənzimləmək üçün müharibə taktikalarını öyrənir. Hətta Yaponiyanın keçmiş baş naziri Şinzo Abe ABŞ-ın Yaponiyaya taktiki nüvə silahı yerləşdirməsi zərurətini şərh edərkən Vaşinqtonun NATO ölkələrinə oxşar yerləşdirmələrini misal göstərib.
Birləşmiş Ştatlar Rusiyanın işğalına qarşı çıxmaq üçün beynəlxalq dəstək toplamağa çalışsa da, digər tərəfdən Çinin Cənubi Koreya və Tayvana təzyiq edəcəyi qeyri-mümkün deyil. Şimali Koreya nüvə silahlarını və uzaqmənzilli raket proqramlarını davam etdirir və Çin Kommunist Partiyası Tayvanı ələ keçirməklə hədələyir. Bununla belə, Rusiyanın işğalını ictimai bəyanatlarla dəstəkləməklə və Rusiyaya maliyyə sanksiyaları tətbiq etməkdən imtina etməklə Çin nüvə silahlarının yayılmaması müqabilində ABŞ-ın Cənubi Koreya və Tayvana verdiyi təhlükəsizlik zəmanətlərini sarsıdan yeni ekzistensial böhran yaratdı. Bu son böhran artıq Tayvanın nüvə silahı əldə etməsi üçün arqumentləri canlandırıb. İndi Birləşmiş Ştatlar Hind-Sakit Okean regionunda təhlükəsizlik maraqlarını necə qoruyub saxlayacağını yenidən nəzərdən keçirməli olacaq.
Rusiya Ukraynanı işğal etməzdən əvvəl ABŞ-ın Yaponiya, Cənubi Koreya və Tayvana verdiyi təhlükəsizlik zəmanətləri əsasən mübahisəsiz idi. Bundan əlavə, Çin Yaponiya, Cənubi Koreya və Tayvanı nüvə silahı əldə etməkdən çəkindirmək üçün ABŞ-a arxalanaraq, heç bir məsuliyyət daşıya bilməz və nüvə silahlarının yayılmaması ilə bağlı maraqsızlıq nümayiş etdirə bilər. Bununla belə, Rusiyanın işğalını dəstəkləməklə və nüvə silahı proqramlarından imtina etmiş və ya dayandırmış ölkələrə ABŞ-ın təhlükəsizlik zəmanətlərini gözdən salmaqla, Çin istəmədən daha təhlükəli dünya yaradıb. Çin ya Hind-Sakit Okean regionunda nüvə silahının yayılmasının qarşısının alınmasında daha çox məsuliyyəti öz üzərinə götürməli, ya da Yaponiya, Cənubi Koreya və Tayvanın nüvə silahı istəkləri ilə bağlı artan riskləri qəbul etməlidir.
Oxşar məqalələr
-
Orta Krallığın üz tutduğu bölgə – Yaxın Şərq və Asiyada Çin-ABŞ rəqabətinin dinamikası
-
Rusiya və Çin də Tehrandan üz döndərir| İran Zəngəzur dəhlizinin reallaşmasına mane ola biləcək? – ANALİZ
-
“ABŞ-dan sonrakı regional sistemin əsasları” və Vaşinqton-Pekin toqquşması – STRATEJİ BAXIŞ
-
ABŞ-ın təhlükəsizlik narahatlıqları artır| Səudiyyənin uzaqlaşma strategiyası nəyə hesablanıb?
-
Balanslar dəyişir| ABŞ-ın sızdırılmış kəşfiyyat sənədləri nə deyir?
-
Sudan yeni “Liviya”ya çevriləcək?| Sudandakı böhranın tərəfləri və səbəbləri
-
Rusiya üçün “Morgentau Planı”: Putindən sonrakı Rusiya ilə münasibətdə hansı səhvlərdən qaçmaq lazımdır? (III YAZI)
-
Rusiya üçün “Morgentau Planı”: Putindən sonrakı Rusiya ilə münasibətdə hansı səhvlərdən qaçmaq lazımdır? (II YAZI)
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı