Rus PUA-ları SZ ilə bağlı qorxuları artırır| O, daha mürəkkəb texnologiyanı tətbiq edə bilər?

  Rus PUA-ları SZ ilə bağlı qorxuları artırır|  O, daha mürəkkəb texnologiyanı tətbiq edə bilər?
757     19:58     16 04 2022    
Ukraynaya davam edən müharibədə Süni Zəka (SZ) texnologiyasından istifadə edərək hədəfləri müəyyən etmək qabiliyyətinə malik olan Rusiyanın kamikadze tipli Pilotsuz Uçuş Aparatı (PUA) görünüb.

Rusiyanın “Kalaşnikov” müdafiə sənayesi şirkətinin törəməsi olan “ZALA Aero” tərəfindən hazırlanan KUB-BLA adlı PUA-ların sosial media hesablarında fotoları yayılıb. Fotolarda qəzaya uğrayan və ya vurulan PUA-ları görmək mümkündür.

Qanad açılımı 1,2 metr olan PUA xarici görünüş etibarilə döyüş təyyarəsini xatırladır. O, daşına bilən sadə buraxılış qurğusundan atılır və 30 dəqiqə ərzində 130 kilometr məsafə qət edə bilir. PUA hədəfə çırpılaraq 3 kiloqramlıq partlayıcını parladır.

KUB-BLA-nı ilk dəfə 2019-cu ildə Rusiya aviaşousunda nümayiş etdirən “ZALA Aero” tanıtım materialında iddia edir ki, platforma “real vaxtda obyektlərin sinif və növə görə ağıllı aşkarlanması və tanınması” funksiyasına malikdir.

PUA-lar Ukraynadakı müharibənin gedişatını dəyişmək gücündə deyil, indiyədək Rusiyanın onlardan geniş şəkildə istifadə etdiyinə dair heç bir sübut yoxdur. Lakin PUA SZ-nin ölümcül qərarların qəbulunda daha böyük rol oynaması potensialı ilə bağlı narahatlığa səbəb olub.

Terrorizmin Tədqiqi və Terrora Müdaxilə Milli Konsorsiumunun tədqiqat şöbəsinin əməkdaşı Zakari Kallenborn deyir ki, SZ inteqrasiya olunmuş silah qatil robot anlayışı yaradır, texnologiya budur və ondan istifadə olunur.

SZ sahəsində irəliləyişlər avtonom texnologiyaların silah sistemlərinə daxil edilməsini asanlaşdırdı və daha bacarıqlı sistemlərin kimi öldürəcəyinə özlərinin qərar verə biləcəyi perspektivini artırdı. BMT keçən il dərc etdiyi hesabatda belə nəticəyə gəlib ki, bu qabiliyyətə malik ölümcül PUA Liviya vətəndaş müharibəsində istifadə edilmiş ola bilər.

PUA-nın Ukraynada bu şəkildə, yəni SZ ilə idarə edilib-edilmədiyi bəlli deyil. Kallenborn deyir ki, avtonom silahlarla bağlı çətinliklərdən biri tam avtonomluğun ölümcül kontekstdə nə vaxt istifadə olunacağını müəyyən etməkdə çətinlik ola bilər.

KUB-BLA görüntüləri hələ rəsmi mənbələr tərəfindən təsdiqlənməyib, lakin PUA-nın Rusiyanın hərbi arsenalının nisbətən yeni hissəsi olduğu məlumdur. CNA müdafiə analitik mərkəzinin Rusiya ordusu üzrə eksperti Samuel Bendett deyir ki, onun istifadəsi gözlənilməz dərəcədə güclü Ukrayna müqaviməti qarşısında Rusiyanın dəyişən strategiyasına da uyğun olacaq.

Bendett deyir ki, Rusiya son illərdə öz PUA imkanlarını artırıb, onlardan Suriyada istifadə edib və Azərbaycan Ordusu 2020-ci il Qarabağ müharibəsində Ermənistan quru qoşunlarına qarşı PUA-ların effektivliyini nümayiş etdirdikdən sonra daha çox irəliləyişlər əldə edib.

PUA-lar pilotlu aviasiyaya bəzi missiyalarda alternativdir, amma olduqca ucuzdur və həm hərbi, həm də psixoloji cəhətdən çox təsirlidir.

İlkin mərhələdə Rusiyanın Ukraynada bir neçə PUA-dan istifadə etməsi faktı, müqaviməti yanlış qiymətləndirmək və ya Ukraynanın təsirli əks tədbirləri ilə bağlı ola bilər.

Lakin müharibə uzandıqca da PUA-lardan istifadə artmadı. Ukrayna ordusu Rusiya qüvvələrinə qarşı böyük təsir göstərmək üçün Türkiyə istehsalı olan TB2 adlı PUA-lardan istifadə edib və Rusiya raket qurğuları və maşınlarını idarə olunan raketlərlə vurub. Yerüstü İdarəetmə Stansiyasından idarə olunan PUA nisbətən yavaş sürətlə hərəkət edir və özünü radioelektron mübarizə vasitələrindən və HHM sistemlərindən qismən müdafiə edir, ancaq zəif Rusiya hava kampaniyasına qarşı effektivliyini sübut edib.

Bayden administrasiyası Ukraynaya ABŞ istehsalı olan “Switchblade” adlı kiçik “gəzən sursat” tədarük edəcəyini bildirib. Partlayıcı maddələr, kameralar və idarə olunan sistemlərlə təchiz edilmiş bu birdəfəlik PUA bəzi avtonom imkanlara malikdir, lakin hansı hədəfləri vuracağına dair qərar vermək üçün insanın özündən asılıdır.

Lakin Bendett Rusiyanın bu cür xaotik bir mühitdə qabaqcıl avtonom qabiliyyətə malik SZ ilə işləyən PUA-lardan istifadə edəcəyini şübhə altına alır. Rusiya ordusu və onun imkanları hazırda Ukraynada ciddi sınaqdan keçirilir. Bir neçə digər hərbi ekspert KUB-BLA-nın iddia edilən imkanlarını şübhə altına alır.

Bu cür qeyri-müəyyənliklərə baxmayaraq, silah sistemlərində SZ məsələsi son vaxtlar mübahisəli hala gəlib, çünki texnologiya sürətlə bir çox hərbi sistemlərə, məsələn, sensorlardan daxil olan məlumatları başa düşməyə kömək etmək üçün yol tapır. ABŞ ordusu iddia edir ki, insan həmişə ölümcül qərarlar qəbul etməlidir, lakin Vaşinqton bu cür sistemlərin inkişafının qadağan edilməsinə də qarşıdır.

Bəziləri hesab edir ki, Ukraynada baş verən vəziyyət qabaqcıl SZ və avtonom sistemlərdən istifadənin həqiqətən nə qədər çətin olacağını göstərir. Ukraynanın TB2 ilə əldə etdiyi uğuru nəzərə alsaq, ruslar daha mürəkkəb texnologiyanı tətbiq etməyə hazır deyillər.
Strategyvision.org

Teq: Rusiya   Ukrayna  


Oxşar məqalələr
Son əlavə olunanlar