Özbəkistan Moskvanın Ukraynaya qarşı müharibəsinə necə baxır?
Fevralın 25-də Rusiyanın Ukraynaya hücumunun ertəsi günü Özbəkistan prezidenti Şavkat Mirziyoyev və prezident Vladimir Putin arasında telefon danışığı olub. Kreml bəyan edib ki, prezident Mirziyoyev Rusiyanın Ukraynadakı fəaliyyətini başa düşdüyünü ifadə edib. Belə bir bəyanatın həqiqətən verildiyi və ya Kremlin mətbuat xidmətinin şərhi olduğu aydın deyil. Özbəkistan prezidentinin mətbuat xidməti Özbəkistanın münaqişədə bitərəf olduğunu və Ukraynadakı vəziyyətin tənzimlənməsində və gərginliyin azaldılmasında beynəlxalq normaların üstünlüyünü dəstəklədiyini bəyan etməklə, Rusiyayönümlü hər hansı təhrikedici meyli rədd edib.
Daşkənd Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Rusiyanın Ukraynaya hücumunu pisləyən 3 mart qətnaməsinin səsverməsinə qatılmayaraq Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı neytrallığını, daha doğrusu, qeyri-müəyyənliyini təkrarladı. Digər 4 Mərkəzi Asiya ölkəsindən heç biri qətnaməni təsdiqləməyib və oxşar şəkildə ya səsverməyə gəlməyib (Türkmənistan), ya da tərəf seçməkdə bitərəf qalıb (Qazaxıstan, Qırğızıstan, Tacikistan).
Özbəkistanda hadisələri Kiyevin prizmasından təqdim etmək cəhdləri bir neçə dəfə susdurulub. Özbəkistanın əsas təhlükəsizlik qurumu olan Dövlət Təhlükəsizlik Xidməti (DTX) bu siyasətin icraçı orqanı kimi fəaliyyət göstərir ki, bu da Ukraynayönlü medianın xəbərlərinə milli təhlükəsizlik məsələsi kimi baxıldığını göstərir. Xəbər verildiyi kimi, DTX bir neçə müstəqil mediadan Ukraynayönümlü fikirləri əks etdirən məlumatları və müsahibələri silməyi tələb edib və onlara müharibə haqqında yazarkən neytral mövqe tutmağı “tövsiyyə edib”. Bundan əlavə, eyni xəbərlər bu görüşləri sivil söhbətlər və məsləhətləşmələr kimi təsvir edir, burada təhlükəsizlik agentliyi xəbər agentliklərinə Ukraynadakı vəziyyətlə bağlı necə məlumat verilməli olduğunu tövsiyə edir.
Özbəkistanda Ukraynayönlü əhval-ruhiyyə susdurulsa da, Ukraynanın Özbəkistandakı səfiri Mikola Doroşenkonun dediyi kimi, Kremlin nəzarətində olan rusiyayönlü fikirlər heç bir maneə olmadan geniş şəkildə yayımlanır. O, Ukraynadakı müharibə ilə bağlı verilişlərin müstəsna olaraq Rusiyanın perspektivinə əsaslandığından narahatlığını ifadə edib və Xarici İşlər Nazirliyinə diplomatik nota göndərərək Özbəkistandan Rusiya kanallarının yayımını dayandırmasını xahiş edib. Səfirin sözlərinə görə, bütün Rusiya telekanalları Moskvanın nöqteyi-nəzərini eksklüziv olaraq Özbəkistandakı əhaliyə yayan və Rusiyanın Ukraynaya qarşı müharibəsini sırf lokal münaqişə kimi qələmə verən təbliğat aparır.
Bu arada, Daşkəndin Kiyevə 28 ton tibbi ləvazimat və dərman göndərməsinin nümayiş etdirdiyi Ukraynadakı vəziyyətə Özbəkistan hökuməti biganə qalmayıb. Bu onu göstərir ki, Daşkənd Ukrayna vətəndaşlarının əzablarını qəbul edir və davam edən dağıntıları və insan tələfatlarını dəstəkləmir, lakin siyasi baxımdan bu münaqişədə tərəf tutmaqdan çəkinir.
Özbəkistanın son bir neçə ildə Avrasiya İqtisadi Birliyinin (AİB) təşəbbüslərində iştirakı Daşkəndin təşkilata bağlılığını göstərir. Rusiyanın Ukraynaya hücumundan cəmi bir gün sonra və Qərbin Rusiyaya qarşı iqtisadi sanksiyaları tətbiq etməzdən əvvəl Daşkənd AİB-in bir sıra iqtisadi layihələrinə qoşulduğunu, iqtisadi əlaqələrini daha da gücləndirdiyini və Rusiya ilə əməkdaşlığı genişləndirmək arzusunda olduğunu bəyan edib. İqtisadi layihələrə iqlim problemləri, dəmir yolu yükdaşımalarının rəqəmsallaşdırılması, elektron ticarət və AİB-dən kənarda kənd təsərrüfatı məhsullarının daşınmasını artırmaq üçün “Avrasiya Agroexpress layihəsi”nin həyata keçirilməsi daxildir. Özbəkistan Ukraynayönlü mövqe tutmaq, Rusiyanın təcavüzünü pisləmək və özünü onun siyasi təsirinə məruz qoymaq bahasına Moskva ilə iqtisadi münasibətlərini təhlükəyə atmağa hazır deyil.
Oxşar məqalələr
-
Orta Krallığın üz tutduğu bölgə – Yaxın Şərq və Asiyada Çin-ABŞ rəqabətinin dinamikası
-
Rusiya və Çin də Tehrandan üz döndərir| İran Zəngəzur dəhlizinin reallaşmasına mane ola biləcək? – ANALİZ
-
“ABŞ-dan sonrakı regional sistemin əsasları” və Vaşinqton-Pekin toqquşması – STRATEJİ BAXIŞ
-
ABŞ-ın təhlükəsizlik narahatlıqları artır| Səudiyyənin uzaqlaşma strategiyası nəyə hesablanıb?
-
Balanslar dəyişir| ABŞ-ın sızdırılmış kəşfiyyat sənədləri nə deyir?
-
Sudan yeni “Liviya”ya çevriləcək?| Sudandakı böhranın tərəfləri və səbəbləri
-
Rusiya üçün “Morgentau Planı”: Putindən sonrakı Rusiya ilə münasibətdə hansı səhvlərdən qaçmaq lazımdır? (III YAZI)
-
Rusiya üçün “Morgentau Planı”: Putindən sonrakı Rusiya ilə münasibətdə hansı səhvlərdən qaçmaq lazımdır? (II YAZI)
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı