Ukraynada “Off-Ramp”ı tapmaq çox çətin olacaq – BAXIŞ BUCAĞI

 Ukraynada “Off-Ramp”ı tapmaq çox çətin olacaq –  BAXIŞ BUCAĞI
672     20:47     24 04 2022    
Fevralın 24-ü səhər tezdən Rusiya silahlı qüvvələri Ukraynanı bombalamağa, işğal etməyə və Ukraynanı əzməyə və ya ən azı onun demokratik hökumətini marionetlərlə əvəz etməyə cəhd göstərməyə başladı. Qərbin dəstəyi sayəsində indi daha güclü olan Ukrayna silahlı qüvvələri şiddətli müqavimət göstərir və Rusiyanın hərbi yolla qalib gəlməsi ehtimalı ilə vətəndaşların daha uzun müddət müqavimət göstərməsi üçün Ukrayna vətəndaşlarını silahlandırıb.

Vladimir Putin nə istəyir? Nəyi qəbul etdirmək istəyir? Birləşmiş Ştatlar və onun NATO müttəfiqləri Ukrayna ilə bu sonun hələ də toxunulmaz olması üçün nə etməlidirlər?

Birincisi, Putinin motivlərini və məqsədlərini başa düşmək vacibdir. Putin “XX əsrin ən böyük geosiyasi faciəsi” adlandırdığı Sovet İttifaqının dağılmasından bəri Rusiyanın iki dərəcəli ölkəyə çevrilməsinə qarşı çıxıb. O, Rusiyanı əvvəlki statusuna qaytarmaq istəyir və gələcək nə olursa-olsun, artıq bir çox məsələlərdə uğur qazanıb. Rusiya yenə də mərkəzdir və onun müxtəlif məsələlərə – Suriya, Liviya kimi məsələlərə baxışı indi də mərkəzi olacaq.

İkincisi, Putin deyir ki, Rusiya təhlükəsizliyi ona yönəlmiş və Moskvadan cəmi on dəqiqəlik məsafədə olan yüzlərlə raketə dözə bilməz. NATO cavab verir ki, bu, hücum yox, müdafiə xarakterli bir ittifaqdır. Putin isə cavabında bildirir ki, raketlər və digər silahlar üçün hücum və müdafiə arasındakı fərq yoxdur və onlar istənilən vaxt əmrlə buraxıla bilər.

Üçüncüsü, Putin Ukraynanı çar dövründə olduğu kimi özünə qaytarmaq istəyir. Onu rus suverenliyindən asılı vassal dövlətə çevirmək, bu asılılığı ictimaiyyətə tanıtmaq, avtoritar rejim qurmaqla, ola bilsin ki, Ukrayna dövlətini tamamilə məhv etmək istəyir. İndiki və Qolodomordakı vəhşiliyə baxmayaraq, ukraynalılar Rusiyanın “kiçik qardaşları” olduqlarını və Rusiyanın tarixi köklərinin Kiyev Rus dövlətində olduğunu etiraf etməlidirlər. Ukraynanın paytaxtı Kiyev olduğu üçün buradakı əlaqələr təkcə hərbi, təhlükəsizlik və siyasi deyil, mədəni və tarixidir. Şübhəsiz ki, Putin bu ölkədə sabitliyi pozmağa müvəffəq olub və hətta “xüsusi hərbi əməliyyatı”ndan əvvəl olduğu kimi Rusiya qüvvələrini sərhəddən çıxarsa belə, iqtisadi və hərbi cəhətdən bunu davam etdirə bilər. Hətta geri çəkilsə belə, Putin sərhəddə qeyri-funksional görüntü yaratmaq üçün kifayət qədər qüvvə yerləşdirə bilər.

Dördüncüsü, Putin Ukraynanın NATO-ya üzvlüyünün təhlükəsizlik təhdidinin tanınmasını və ona qarşı hüquqi təminatların olmasını istəyir.

Putinin təhlükəsizlik narahatlığı doğru ola bilər. Məsələn ABŞ Meksika ilə sərhədində Rusiya qoşunlarının və qısa və uzaqmənzilli raketlərin olmasına necə reaksiya verər? 1962-ci ildə Birləşmiş Ştatlar Kubaya “karantin” (formal olaraq blokada deyil) tətbiq etdi, mahiyyətcə müharibə aktı törətdi, o cümlədən beynəlxalq sularda Kubaya gedən sovet gəmilərinə qadağa qoyulması ilə hədə səsləndi. Bütün bunlar ona görə baş verdi ki, 90 mil məsafədə yerləşən Kuba sovet R-12 nüvə silahlı raketlərinin quraşdırılmasına və onlara dəstək olmaq üçün sovet texniki işçilərinə icazə verməyə razılaşmışdı.

NATO həqiqi şəkildə özünün hücum deyil, müdafiə xarakterini təsdiqləyir. Bu kifayət qədər ədalətli olsa da, Putin Rusiyanın əsas təhlükəsizlik maraqları üçün buna nə dərəcədə güvənir? Ukrayna və Qərb ittifaqı Putinin inkarçı niyyətləri ilə hesablaşmadığı kimi, Putin də onlara bu formada güvənmir. Hər iki tərəfdə niyyətlər dəyişə bilər. Müdafiə silahları hücum silahlarına çevrilə bilər. Böhranın diplomatik yolla həllinə hansısa bir ümid varsa, onu rəqibin perspektivini nəzərə almadan etmək olmaz. Putinin mövqeyini və bununla yanaşı, onun inandırıcı narahatlıqlarını dərk edərkən belə onunla razılaşmaq lazım deyil.

Ən azı, Putini və onun narahatlıqlarını başa düşmək onun Ukraynaya qarşı törətdiyi qırğın, məhvetmə müharibəsi ilə nəticələnən qəddar, barbar bltizkriqinə haqq qazandırmaqla eyniləşdirilə bilməz. Bununla belə, ABŞ və onun NATO müttəfiqləri reallığa olduğu kimi yanaşmalı və münaqişənin həllinə kömək etmək üçün bir sıra addımlar atmalıdırlar.

Birincisi, onlar hərbi texnika və silah dəstəyini davam etdirməlidirlər. Mümkün olduğu qədər, onlar milyonlarla məcburi köçkün və artıq üç milyondan çox qaçqın da daxil olmaqla, Ukraynanın humanitar ehtiyaclarını təmin etməyə davam etməlidirlər.

İkincisi, Birləşmiş Ştatlar və NATO Russanın öz vətəndaşlarına yönəlmiş ictimai məlumatlandırma səylərini artırmalıdır. Onlar “Facebook”, “Twitter” və digər saytların Rusiya tərəfindən bloklanması prosedurundan yan keçməyə və ya alternativ məkanlar tapmağa çalışmalıdırlar. Rusiyanın uzunmüddətli həyat qabiliyyətinə və sərvətinə təkcə fiziki arsenal deyil, kiber əməliyyatlar da təsir göstərəcək. Rusiya xalqı öz liderinin hücumunun bütün nəticələrini başa düşməlidir.

Üçüncüsü, ABŞ və NATO Ukraynanın Alyansa üzv qonşularını müdafiə etmək üçün Ukraynanın qərb sərhədlərində yuxarı və aşağı və qərb tərəfində 20 kilometr dərinlikdə silahsızlaşdırılmış təhlükəsizlik zonası elan etməlidir. Müvafiq NATO dövlətlərinin xahişi və ya ən azı razılığı ilə NATO-nun təhlükəsizlik zonası qırıcılar, qırıcı-bombardmançı təyyarələr və qanadlı raketlər və müntəzəm bombalarla təchiz edilmiş digər müvafiq hava vasitələri, tanklar və zirehli personal maşınları ilə, yerüstü gəmilərlə patrul edilməlidir. Bunlar suveren NATO ölkələridir. Onlar Rusiyanın hava və ya quru qüvvələri tərəfindən öz sərhədlərinin hər dəfə pozulmasına ritorik olaraq deyil, “kinetik” olaraq cavab verəcəklər. Prezident Co Baydenin dediyi kimi, “NATO ərazisinin hər qarışını, hər qarışını müdafiə edəcəyik”. NATO komandanlarının bunu etmək üçün daimi əmrləri var. Belə bir qarşılaşmanın riskləri çox böyükdür. Putin artıq Rusiyanın taktiki nüvə silahından istifadə edə biləcəyinə işarə vurub, lakin bundan sonra potensial strateji mübadilə də ola bilər.

Hərbi aktivlərlə yanaşı, Rusiya, onun iqtisadi və siyasi elitası və biznesləri ətrafında iqtisadi ilgəklər də sıxlaşdırılmalıdır. Etiraf etmək lazımdır ki, sanksiyaların təsirləri əsaslı şəkildə həddən artıq qiymətləndirilir. Putin və onun kleptokratik yaxın çevrəsi qəti şəkildə məğlub olmayacaq və mümkün olduğu qədər bu, məğlubiyyət kimi görünməməlidir. Təəssüflər olsun ki, bütövlükdə Rusiya əhalisi çox zərər görəcək, lakin Putinin yaxın ətrafı tamamilə ondan asılıdır. O, maliyyə və siyasi gücünə yaxınlaşmaqda olan bir neçə nəfəri qısaca aradan qaldırmaqla, onların etibarını sınadı. Mülki infrasturukturlara hücum edilməsi haqqında iddialar həddindən artıq çoxalıb.

Dördüncüsü, Ukrayna tərəfdən, Zelenski ən azı Donetsk və Luqansk üçün daha böyük muxtariyyət (bəlkə bir ay əvvəl faydalı və çəkindirici idi, lakin indi demək olar ki, faydasızdır) və indi isə Ukraynanın NATO-ya üzvlük müraciətinin iyirmi beş il müddətinə dondurulması ilə razılaşa bilər. Alternativ olaraq, NATO Ukraynanın müraciətinə iyirmi beş illik fasilə elan edə bilər. Ukrayna hər halda üzvlüyə daha tez nail ola bilməyəcək. NATO da Ukraynanın üzvlüklə bağlı rəsmi müraciətini təsdiqləməyəcəkdi. Putinin hücumu olmasa belə, yaxın gələcəkdə bunu etməyəcəkdi.

Yalnız iki mümkün nəticə var: ya Rusiya hərbi cəhətdən uğur qazanır, sonra isə həm Rusiya, həm də Ukrayna bərbad iqtisadi nəticələrlə, ukraynalılar da yoxsullaşan, sarsıdıcı, humanitar fəlakət və öz milli zəifləmələri ilə yaşayır, ya da NATO müttəfiqləri Ukraynanın müqavimətini gücləndirmək üçün bir yol tapmalıdırlar.
Strategyvision.org

Teq: Rusiya   Ukrayna  


Oxşar məqalələr
Son əlavə olunanlar