Rusiya tanklarını eybəcər zirehli qəfəslərlə qoruya bildimi? – “Javelin” daha layiqli rəqib axtarır

 Rusiya tanklarını eybəcər zirehli qəfəslərlə qoruya bildimi? –  “Javelin” daha layiqli rəqib axtarır
718     12:37     30 03 2022    
Rusiya ordusunun minlərlə tankı var və onların hamısı “Javelin” və digər zireh əleyhinə silahlardan istifadə edən ukraynalılara qarşı həssasdır. Ukraynada müharibənin şiddətlənməsindən əvvəl Rusiya bəzi tanklarının üstünə qəfəslər qaynaq edərək zərbələrdən qurtulmağa çalışırdı. Rusiya tanklarına əlavə edilən bu qəribə vasitələr görünür, Ukrayna sursatlarının nüfuzetmə gücünü dayandırmağa kömək etmir.

İlk qəfəslər 2021-ci ilin noyabrında Krıma doğru hərəkət edən Rusiya T-80 tanklarında görüntüləndi. Həmin vaxta aid bir “TikTok” videosunda T-80-in palçığa ilişdiyi görünürdü. Onun qülləsi bağ masasına bənzəyən qəribə metal qəfəs dam ilə örtülmüşdü. Qəribə tankların şəkilləri “Twitter” istifadəçiləri arasında yayılmağa başladı. Qəfəslər vahid dizayna malik deyildi və insanlar rus ordusunun onlardan necə istifadə olunacağını yoxlamaq üçün təcrübə apardığını fərz edirdilər. Təcrübə isə nəticə vermədi.

Bəzi ekspertlər qeyd edir ki, qəfəslər, yəqin ki, Azərbaycan və Ermənistan arasında son müharibədə tankların məhv edilməsinə cavabdır. Müharibə zamanı Azərbaycan silahlı qüvvələri hazırda Ukraynanın əlində olan silahlardan istifadə edərək erməni texnikasını darmadağın edib. Tankların Krımda görünməsindən bir ay sonra Ukrayna özünün “Facebook” səhifəsində “Javelin”lə təchiz edilmiş qüvvələrin qəfəslərlə örtülmüş stasionar tankları məhv etdiyini əks etdirən təlim videosunu yayımladı.

Rusiyanın nə qədər tank itirdiyini dəqiq hesablamaq çətindir. Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, Rusiya müxtəlif tipli 1500-ə yaxın zirehli texnikasını itirib. Lakin bu rəqəm çox güman ki, şişirdilib və müstəqil OSINT analitikləri bu rəqəmin təxminən 800 tankdan ibarət olduğunu düşünürlər.

Rusiya qüvvələri tanklarını itirdikcə internetdəki müşahidəçilər qəfəsləri xatırlamağa başladılar. OSINT-lə (açıq mənbə kəşfiyyatı) məşğul olan sosial media hesabları meydançada yanan qəfəsli tankların fotolarını paylaşıb. İstifadəçilər qəfəsləri fotoşopla Putinin başına yerləşdiriblər. Hazırda Rusiya hərbçilərinin kiçik beyinlərini qoruyan qəfəsləri əks etdirən şəkillər yayılır.
Strategyvision.org

Teq: Rusiya   Tank   Javelin  


Oxşar məqalələr
Son əlavə olunanlar