Rusiya-Ukrayna danışıqlarında hər şey aşkardır| 4-cü raund “Pax Russica”ya xidmət edir

 Rusiya-Ukrayna danışıqlarında hər şey aşkardır|  4-cü raund “Pax Russica”ya xidmət edir
796     20:41     18 03 2022    
Rusiya-Ukrayna “sülh” danışıqlarının dördüncü raundu martın 14-də başlayıb. Müharibənin artəq üçüncü həftəsi geridə qalıb. Rusiyanın Ukraynanın əhalinin sıx olan mərkəzlərinə və mülki infrastrukturuna qəsdən hücumları, üstün atəş gücü və Ukrayna ərazisinin böyük hissələrini ələ keçirməsi prezident Vladimir Zelenskini bu danışıqlara başlamağa vadar edib. Kiyevin əsas məqsədi atəşkəs olsa da, Rusiya bundan imtina edir. Belə görünür ki, Kiyev böyük siyasi güzəştlər təklif etmədikcə, Moskva mülki hədəflərə üstünlük verərək, hərbi əməliyyatları davam etdirəcək.

28 fevral, 3 mart və 7 mart tarixlərində üç ilkin danışıqlar raundu Belarus ərazisində keçirildi. Tamhüquqlu danışıqlar martın 14-də dördüncü raunddan sonra videokonfrans vasitəsilə başlayıb. Bu andan etibarən proses tam nümayəndə heyətlərinin plenar iclaslarında və konkret məsələlər üzrə işçi qruplar tərəfindən alt komitə iclaslarında strukturlaşdırılır.

Bu prosesdə şəffaflıq yoxdur. Rusiya tərəfi bununla bağlı demək olar ki, məxfiliyini qoruyur. Ukrayna tərəfinin də yaydığı məlumatlar azdır və görünür, Kiyev Rusiyanın danışıqların gündəliyini nə dərəcədə formalaşdırdığını gizlətməyə çalışır. Ukrayna tərəfində prosesə rəhbərlik edən Prezident Aparatının rəhbəri Andriy Yermakdır və məlumatlandırma (tərkibi açıqlanmayıb) Yermakın öz köməkçiləri Mixaylo Podolyak və Aleksey Arestoviç vasitəsilə həyata keçirilir. Xarici İşlər Nazirliyi və Milli Təhlükəsizlik Şurasının aparıcı rolu Ukrayna nümayəndə heyətinin ruslarla danışıqlar aparmaq üçün peşəkar səviyyəsini, həqiqətən də, hazırlığını yüksəldə bilərdi. Müdafiə naziri Aleksey Reznikov ilk turlarda nümayəndə heyətinin ən yüksək vəzifəli rəsmisi idi, lakin onun iştirakı ilə bağlı hazırda məlumat verilmir.

Kreml 21-25 fevral tarixləri arasında altı dəfə müharibə məqsədlərini elan etmişdi. Bunlara prezident Vladimir Putinin xalqa iki müraciəti, Rusiya Təhlükəsizlik Şurasının iki genişləndirilmiş iclası, Putinin mətbuat konfransı və Putinlə müsahibədir. Kreml müharibə məqsədlərini belə sıralayır:

– Ukrayna Krım yarımadasının Rusiyaya birləşməsini rəsmən tanımalı və Ukraynanın keçmiş Donetsk və Luqansk vilayətlərinin sərhədləri daxilində Donetsk və Luqanskda yaradılan separatçı “xalq respublikalarını” müstəqil dövlətlər kimi rəsmən tanımalıdır (Ukrayna fevralın 24-dək həmin vilayətlərin ərazisinin üçdə ikisinə nəzarət edirdi).

– Ukrayna Şimali Atlantika Müqaviləsi Təşkilatına (NATO) qoşulmaq məqsədindən imtina etməli və bu öhdəliyi konstitusiyasından çıxarmalıdır.

– Ukraynanın “demilitarizasiyası” həyata keçirilməli, Qərbin Ukrayna ərazisində hərbi mövcudluğu istisna edilməli və Ukraynanın öz silahlı qüvvələri azaldılmalıdır. Ukraynanın hərbi infrastrukturunu hədəfə almaq Rusiyanın bu müharibədə elan etdiyi hərbi məqsədlərindən biridir.

– Ukraynanın “denazifikasiyası”, Rusiyanın birbaşa ələ keçirəcəyi və ya dolayısı ilə etibarlı şəxsləri vasitəsilə idarə edəcəyi ərazilərdə potensial olaraq istənilən millətçi Ukrayna qruplarını hədəfə alır.

– Ukraynanın müəyyən bölgələrindəki bütün “xalqların” gələcəkdə necə yaşamaq istədikləri barədə qərar vermək hüququndan istifadə etmək imkanları yaradılmalıdır. Burada Ukraynanın etnik və ya dil baxımından muxtar vahidlərə parçalanmasına eyham vurulur.

– Ukraynanın hazırkı rəhbərliyinin legitimləşdirilməsi. Prezident Zelenskini, parlamenti və hökuməti 2014-cü il Avromaydan adlı “neo-nasist, ABŞ-ın dəstəklədiyi dövlət çevrilişinin” birbaşa nəticəsi kimi qələmə verən Kreml hazırkı rəhbərliyin 2019-cu il seçkiləri vasitəsilə hakimiyyətə gəlməsi faktına məhəl qoymurmuş kimi davranır. Buna baxmayaraq, Kreml indi bu rəhbərliklə danışıqlar aparmağı seçib.


Rusiyanın xarici işlər naziri Sergey Lavrov növbəti danışıqlarda müharibənin daha iki siyasi məqsədini əlavə edib:

– Ukraynada ictimai sahədə rus dilinin istifadəsinə hüquqi təminatlar, Rusiya KİV-lərinin Ukraynanın informasiya məkanına qaytarılması, “özünü milli azlıq hesab edən, hər cür tapdalanmış […] bütün şəxslərin” hüquqlarının təmin edilməsi, həmçinin “Ukraynanın şərqində və digər yerlərində insanların fiziki təhlükəsizliyinə təminat verilməsi”.

– Ukrayna beynəlxalq təhlükəsizlik zəmanəti altında neytral ölkə statusunu qəbul etməlidir. Bunlar hələ işlənib hazırlanmalıdır, “Ukrayna və bütün iştirakçı ölkələr, o cümlədən Rusiya üçün qarşılıqlı məqbul olmalıdır”. Ukraynanın NATO-dan kənarda qalması kifayət deyil. Birləşmiş Ştatlar, Böyük Britaniya və Kanada Ukrayna qüvvələrini Alyansdan kənarda ikitərəfli qaydada silahlandırıb və onlara təlim keçiblər. Moskva Ukraynanın Rusiyanı təhdid etməyən hərbi qüvvələrə sahib olmasına icazə verməyə hazırdır.


Rusiya danışıqların dördüncü raundunda baxılmaq üçün “sülh” planı layihəsini təqdim edib. Bu layihə, görünür, artıq elan edilmiş məqsədlərin hamısını və ya əksəriyyətini, Ukrayna ərazisində xarici baza və ya infrastrukturların yerləşdirilməsinə qadağanı və Ukraynanın öz silahlı qüvvələrinə məhdudiyyət tətbiq etməsini ehtiva edir.

Lavrovun sözlərinə görə, bu danışıqlarda Rusiya və Ukrayna nümayəndə heyətləri prezidentlər Putin və Zelenskinin imzaları ilə hazır olacaq hərtərəfli sazişi hazırlayaraq yekunlaşdırmalıdırlar.
Strategyvision.org

Teq: Rusiya   Ukrayna   Müharibə  


Oxşar məqalələr
Son əlavə olunanlar