“Bahar Qalxanı”ndan “Payız Qalxanı”na: “Pantsir ovçusu” Qarabağda da hava sahəsinə hökmranlıq etdi – ANALİZ
Göründüyü kimi, döyüşlərdə təkcə Pilotsuz Uçuş Aparatlarının Cənubi Qafqazda kütləvi şəkildə tətbiqi deyil, eyni zamanda tam bir robot müharibəsi doktrinası və əməliyyat konsepsiyasını təqdim edildi.
Türkiyənin “Bahar Qalxanı” əməliyyatı Rusiya Aerokosmik Qüvvələri və Suriya Ərəb Ordusu Hava Qüvvələrinin bu ilin fevral ayında İdlibdəki Türkiyə kontingentinə qarşı ortaq hücumundan sonra başladıldı. Hücum nəticəsində Türkiyə ordusunun 36 hərbi qulluqçusu şəhid olmuşdu.
Əməliyyatın konsepsiyası quru müharibəsi tapşırıqlarını yerinə yetirmək üçün quruda böyük manevr vahidlərinin və Suriya səmalarında pilotlu təyyarələrinin olmamasını kompensasiya etmək üçün hazırlanıb. Hərbi plan bunun əvəzinə qurudan atəş dəstəyi (artilleriya və YARS-larla) və pilotsuz hava sistemlərinin inteqrasiyasına yönəldilmişdi. Əməliyyat Suriya Ərəb Ordusunu alt-üst etmək üçün yüksək templəri nəzərdə tuturdu. Bunu edərkən, Türkiyənin PUA-ları sistemli şəkildə zərbələrlə Suriyanın mobil hava müdafiəsini, ən başlıcası, Rusiya istehsalı olan “Pantsir” qısa-orta mənzilli mobil ZRK-larını hədəf aldı. Bu vaxt, Türkiyənin 2-ci korpusu artilleriya silahları ilə Suriyanın şimal bölgələrini sıx şəkildə vurdu. Ordunun artilleriya və raket sistemləri kəşfiyyat, nəzarət, hədəf təyin etmə və müşahidə (ISTAR) təmin edən PUA-larla sıx koordinasiyada işləyirdi.
Qarabağ uğrunda döyüş zamanı Azərbaycanın hərbi planı Türkiyənin “Bahar Qalxanı” əməliyyatı zamanı apardığı döyüş növünü təqlid etdi.
Birincisi, açıq mənbələr göstərir ki, Azərbaycanın quru atışları kəşfiyyat, hədəf təyin etmə və döyüş ziyanının qiymətləndirilməsi tapşırığı verilmiş PUA-larla sıx əlaqədədir. 7 oktyabr gecəsi Müdafiə Nazirliyinin yaydığı videoda Azərbaycanın artilleriya atışı yuxarıda göstərilən xüsusiyyətləri xüsusilə açıq şəkildə nümayiş etdirir.
İkinci böyük oxşarlıq düşmənin mobil hava müdafiəsinin sistematik ovlanmasıdır. Döyüşlərin əvvəlində azərbaycanlılar səylə dronlarla erməni HMM-lərini təqib etdilər. İki həftə ərzində 60 ədəd Ermənistan HHM sistemi (əksəriyyəti 9K33 OSA və 9K35 “Strela-10” qısa mənzilli hava hücumundan müdafiə kompleksi və sərhədyanı bölgəyə göndərilən ən azı bir S-300 sistemi (ümumən 6 S-300 HHM sistemi-red.)) Azərbaycan Silahlı Qüvvələri tərəfindən məhv edilib.
Nəhayət, Azərbaycanın pilotsuz uçuş aparatının istifadəsinin vacib bir sütunu informasiya əməliyyatları olub. Azərbaycan Müdafiə Nazirliyi “YouTube” və “Twitter” hesablarında PUA görüntülərindən istifadə edərək gündəlik məlumatlar yayımlayıb. Bu, Türkiyənin “Bahar qalxanı” əməliyyatında da belə idi.
Ankara ilə Bakı arasındakı hərbi ittifaq sonuncu üçün Qarabağ uğrunda gedən sentyabr-oktyabr döyüşlərində gözlə görünən bir nəticə verdi. Xüsusən də PUA-larla aparılan döyüşlər Türkiyə-Azərbaycan ikitərəfli müdafiə əlaqələrinin bəlkə də ən kritik dayağı kimi ön plana çıxdı. Bu, daha intensiv ikitərəfli silah əməliyyatlarının əvvəlki trayektoriyasını gücləndirəcək.
Birincisi, taktiki və orta hündürlüyə malik, uzun müddət havada qala bilən (MALE) sistemlərdən danışan zaman qeyd etmək lazımdır ki, Türkiyə PUA-larının dizaynı və istehsal gücü kritik bir nöqtəyə çatıb, PUA-lar getdikcə daha yüksək səviyyəli sensorlar və daha böyük döyüş başlığı daşıma qabiliyyətinə malik olacaq. “Pantsir ovçusu” adı ilə tanınan “Bayraktar TB-2”nin istehsalçıları tərəfindən hazırlanan “Akıncı” qeyd olunan xüsusiyyətlərə malik olacaq.
Cari il ərzində Türkiyə ordusunun arsenalına daxil olması planlaşdırılan “Akıncı” istifadəçilərə təxminən 1350 kiloqram döyüş yükü təqdim edəcək. İstehsalçı “Baykar” şirkətinin məlumatına görə, sistem 250 kilometrdən çox mənzilə malikdir və 230 kiloqramlıq döyüş başlığı ilə SOM-A qanadlı raketləri də daxil olmaqla geniş bir silah sisteminə malik olacaq. Bundan əlavə, “Akıncı” AESA radarları da daxil olmaqla inkişaf etmiş sensorlar daşıyacaq. Belə bir xüsusiyyət “Akıncı”ları güclü zərbə qabiliyyəti ilə təmin edəcək və bu, gələcəkdə onu Bakı üçün cəlbedici edir.
Azərbaycanın müraciət etmək ehtimalı da olan digər bir sistem “Aksungur”dur. Türkiyənin digər məşhur PUA-larından olan ANKA-nın istehsalçısı “Tusaş” tərəfindən hazırlanıb. Güclü radarlara malik PUA 750 kiloqramlıq döyüş yükünə malikdir. Bu xüsusiyyətlər “Aksungur”a hər hava şəraitində hərbi karvanlar, mobil ballistik raket sistemləri və manevr platformaları kimi mobil səth hədəflərini məhv etmək üçün şərait yaradacaq.
Bir şey də qeyd edilməlidir ki, “Tusaş” və ya “Baykar” tərəfindən həyata keçirilən hər hansı bir ixrac əməliyyatı, Türkiyənin əsas ağıllı silah-sursat istehsalçısı olan ROKETSAN-ın da Azərbaycan kimi gəlirli silah bazarına girməsinə yol açacağı qaçılmazdır.
Azərbaycan öz silah arsenalında İsrail tərəfindən satın alınan ən yüksək səviyyəli döyüş sursatlarına sahib olsa da, daha yüngül və daha sərfəli bir həll yolu kimi STM şirkətinin “Alpagu” sabit qanadlı kamikaze PUA-sı ola bilər. Yalnız 1.9 kiloqram ağırlığında olan “Alpagu” (və onun fırlanan qanadlı “qardaşı” “Kargu”) Azərbaycanın xüsusi əməliyyat bölmələrini güclü silah sistemi kimi təchiz edə bilər.
Bundan əlavə, Türkiyənin STM şirkəti pilotsuz aparatların sürü halında istifadə edilməsini və digər süni zəkaya əsaslanan qabiliyyətləri, müasir və gələcək döyüş sahəsi üçün ümidverici texnologiyanı, artırmağa son dərəcə əhəmiyyət verir.
Nəhayət, bir müddətdir, Türkiyənin əsas silah satınalma orqanı olan Müdafiə Sənayesi İdarəsi uzun müddətdir avtonom quru nəqliyyat vasitələri (UGV) üzərində işləyir. Yuxarıda göstərilən hava sistemləri hazır həll variantları olmasına baxmayaraq, Türkiyə və Azərbaycan döyüş robotları sahəsində də daha futuristik səylərə ortaq şəkildə diqqət göstərə bilərlər.
Türkiyənin Azərbaycanın PUA bazarına daxil olması bir neçə səbəbdən vacibdir. Bu, geosiyasi baxımdan daha sıx ikitərəfli əlaqələr üçün ideoloji təməl yaradan “İki Dövlət və Bir Millət” paradiqmasında yeni bir dövr açır. Türkiyənin dronlaşdırma tendensiyası Qarabağda taktiki oyun dəyişdiriciyə çevrilərək Azərbaycana transfer olunur. Müdafiə sənayesi nöqteyi-nəzərindən “Bayraktar TB-2” əvvəllər İsrailin hakim olduğu Azərbaycanın silah bazarında möhkəm bir yer tutur. Yuxarıda qeyd edildiyi kimi, Türkiyənin digər sistemləri tezliklə bu nümunəni izləyə bilər.
Oxşar məqalələr
-
Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Türkiyə üçün lüks yox, strateji zərurət| Kosmik inqilab: “Köhnə Kosmos”dan “Yeni Kosmos”a keçid
-
NASA Yer üzündə 3D printerlə “Mars” yaşayış mühiti yaradır
-
Çin Data üzərində Qlobal Rəqabətdə Necə Dominat Olacaq?
-
Yayılma və Şəbəkə: ABŞ HDQ Gələcək Müharibələrdə necə qalib gəlməyi planlaşdırır?
-
Siyasi iradə varsa, bir yol var! Kosmik silahlanma yarışını ləğv etmək mümkündür?
-
Təhlükəsizlik konsepsiyasının dəyişdirilməsi və təhlükəsizliyin yenidən konseptuallaşdırılması – ANALİZ
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı