ABŞ üçün Ukraynada Rusiyanı dayandırmaq Çinin Tayvana hücumunu dayandırmağa ekvivalentdir – STRATEJİ BAXIŞ

 ABŞ üçün Ukraynada Rusiyanı dayandırmaq Çinin Tayvana hücumunu dayandırmağa ekvivalentdir –  STRATEJİ BAXIŞ
668     16:09     23 03 2022    
Si Cinpini Tayvanı ələ keçirməyə sövq etməyin ən sürətli yolu Vladimir Putinin Ukraynaya müdaxiləsinə cavab verilməməsi ola bilər. Birləşmiş Ştatlar və müttəfiqləri Ukraynaya hücuma görə Putinə kifayət qədər təzyiq edə bilsələr, o zaman Si Cinpin çox güman ki, Tayvanı ən azı yaxın gələcəkdə ələ keçirmək riskinə getməyəcək.

Bu, qeyri-intuitiv görünə bilər, çünki Birləşmiş Ştatların Avropaya yönəltdiyi hər bir səy Asiya üçün mümkün olmayan addım kimi görünür. Hərbi mənada, Çin Ukrayna müharibəsindən Tayvana qarşı hərəkətə keçmək üçün istifadə edərsə, ABŞ onunla məşğul olmaq üçün kifayət qədər qüvvəyə sahib olmasına əmin olmalıdır.

Lakin “cəmi sıfıra bərabər” formada düşünməklə Avropa və Asiya arasında gücün digər funksional və pedaqoji aspektləri nəzərdən qaçırılır. Bu, oxşar revizionist mövqeləri qoruyan, bir-birinin hərəkətlərini izləmək və onlardan nələrsə öyrənmək tarixinə malik olan Rusiya və Çin üçün xüsusilə vacibdir. Hazırkı böhranda Çin xüsusilə iki şeyi diqqətlə izləyir.

Birinci və ən əsası, Pekin Rusiyanın hərbi baxımdan necə irəlilədiyini izləyəcək. Rusiya kimi, Çin də son bir neçə ili öz ordusunun modernləşdirilməsində ABŞ-ın Balkanlar və İraqdakı əməliyyatlarından dərs almaqla keçirib. Ukrayna ciddi rəqibə qarşı həmin dəsrlərin nəticələrinin ilk nümayişidir. ABŞ və müttəfiqləri ukraynalılara işğalçılara yüksək zərər vurmaqda kömək etməklə, hətta çox böyük dövlətin də rəqib ərazidə uzun müddət davam edən münaqişə ilə üzləşməsi təhlükəsini nümayiş etdirə bilər. Eyni şey Tayvanda da baş verə bilər.

İkincisi, Pekin Rusiyanın iqtisadi cəhətdən necə tab gətirməsini izləyir. Rusiya kimi Çinə də Tayvana hücum olacağı təqdirdə, sarsıdıcı sanksiyaların tətbiq ediləcəyi barədə xəbərdarlıq edilib. Rusiyanın əmtəə əsaslı iqtisadiyyatından fərqli olaraq Çin qlobal iqtisadiyyatla iç-içədir, habelə maliyyə və ticarət axınlarında fasilələr yaşanması ilə olduqca çətin vəziyyətə düşə bilər. Birləşmiş Ştatlar və müttəfiqləri Rusiya kimi ikinci dərəcəli iqtisadi gücə qarşı sanksiyalar vasitəsilə həlledici təsirə nail ola bilməsələr, Pekin bunların Çinə qarşı daha az təsirli olacağı barədə nəticəyə gələ bilər.

Bu mənada prezident Co Bayden işğaldan əvvəl “böyük güclər blef etmirlər” deyərkən haqlı idi. Birləşmiş Ştatlar Ukraynaya görə Rusiyaya qarşı fəlakətli sanksiyalarla hədələmək niyyətindədirsə, onların fəlakətli olması daha yaxşıdır, çünki ABŞ-ın rəhbərlik etdiyi maliyyə sisteminin irimiqyaslı təcavüzü cəzalandırmaq üçün etibarlılığı təhlükə altındadır. Birləşmiş Ştatlar bu etibarlılığı nümayiş etdirmək üçün yalnız bir şans əldə edəcək və bu, Ukraynadır.

Bütün bunlarda yaxşı xəbər ondan ibarətdir ki, Ukrayna Birləşmiş Ştatlara və onun müttəfiqlərinə qətiyyətlə hərəkət etmək və nəinki Ukraynadakı vəziyyətlə məşğul olmaq, həm də Tayvana qarşı qlobal toqquşmaya çevriləcək bir addımdan çəkindirmək üçün pəncərə təqdim edib. Putinin hücumu ABŞ-ın qlobal strategiyası üçün oyunu dəyişdirir. Almaniyanın qarşıdakı illərdə müdafiəyə Rusiyadan daha çox pul xərcləməsi ilə (illik 110 milyard dollara qarşı 62 milyard dollar) Birləşmiş Ştatlar mövcud ənənəvi qüvvələrini Çinin qarşısını almaq üçün daha çox cəmləyə biləcək.

Ukrayna, həmçinin Rusiyanın yaxın perspektivdə müharibə aparmaq imkanlarına ciddi zərbə vurur. Müharibənin burada necə aparılmasından asılı olmayaraq, rus ordusu asanlıqla əvəz edilə bilməyən çoxlu sayda sursatını tükəndirəcək. Rusiya iqtisadiyyatı da tükənmiş kapital və itirilmiş sərmayələr səbəbindən gələcək illər üçün zəifləyəcək. Təbii ki, Rusiya hələ də ciddi təhlükə olaraq qalacaq, lakin Avropanın daha bacarıqlı olduğu bir vaxtda onun özünü bərpa etmək üçün vaxta ehtiyacı olacaq.

Bütün bunları söyləmək lazımdır: ABŞ strategiyası baxımından indiki məqam qeyri-mütənasibdir. Tayvan üçün ən böyük təhlükə anı indi ilə Avropanın müdafiə səylərinin öz bəhrəsini verməyə başladığı vaxtdır.

Mövcud vəziyyətə Avropa və Asiya situasiyalarının bağlı olduğu strateji pəncərə kimi baxmaq ABŞ-ın siyasəti haqqında nə düşündüyümüzü göstərir. Bu, ABŞ və müttəfiqlərinin münaqişədə mümkün qədər tez təzyiq göstərməsinin düzgün olduğunu sübut edir. Biz sanksiyaların ilk iki mərhələsinə yalnız ona görə aydınlıq gətirə bildik ki, Rusiya ordusu münaqişənin ilk günlərində zəif çıxış etdi. ABŞ və müttəfiqləri Tayvanın müqavimət göstərmə iradəsini qiymətləndirməyə davam edərkən, Çin oxşar bir müddət ərzində Tayvan üzərində mövqeyini möhkəmləndirə biləcəyi qənaətinə gələ bilər. Əgər ABŞ indi Rusiyanın enerji sektoruna sanksiya tətbiq etmək niyyətindədirsə, bunu avropalılarla birlikdə etməsi daha yaxşı olardı. Çünki bu, çinlilərə ABŞ və onun müttəfiqlərinin genişmiqyaslı təcavüzü dayandırmaq üçün əməkdaşlıq etməyə hazır olduqlarını nümayiş etdirmək üçün yaxşı fürsətdir.

ABŞ-ın enerji hasilatını artırması indi təkcə özünün böhranlara dözmək qabiliyyətini gücləndirmək üçün deyil. Bu, həm də çinlilərə göstərəcək ki, böhran olarsa, Birləşmiş Ştatlar bir cəmiyyət olaraq milli təhlükəsizlik naminə təzyiq impulslarının qarşısını almaq qabiliyyətinə malikdir.

Hərbi baxımdan da eyni məntiq işləyir. Ardıcıllıq strategiyası Putinə mümkün qədər dolayı hərbi təzyiq göstərilməsinə səbəb olacaq və indi o, həddindən artıq yüklənib. Bu təzyiqin ən təsirli forması ABŞ silahları və kəşfiyyatı vasitəsilə Rusiyanın döyüş imkanlarını aşındırmaq üçün Ukraynaya təqdim olunub. ABŞ-ın Asiyadakı hərbi gücünü azaltmadan NATO-nun cəbhə xəttində daimi yerləşdirə biləcəyi çoxlu silahları var. Məsələn, ABŞ-ın əksər zirehli və motoatıcı avadanlıqları Asiyada lazım olmaya bilər, lakin Polşa və Rumıniyada yerləşdirilsə, böyük müsbət təsir göstərərdi.

Həmçinin məhz indiki pəncərə strateji baxımdan qiymətli olduğuna görə ABŞ siyasətçiləri Rusiya ilə birbaşa qarşıdurmaya səbəb olacaq uçuşa qadağan zona yaratmaq kimi addımlar atmamalıdırlar. Belə bir qarşıdurma, Tayvana qarşı irəliləmək istəyən Çin hesablamasını çox yaxşı dəyişə bilər.

Oxşar səbəblərə görə, Birləşmiş Ştatlar Rusiyaya kömək etdiyi üçün Çinə ikinci dərəcəli sanksiyaların tətbiq edilməsini istəməməlidir. Məsələ burasındadır ki, ABŞ iki rəqibdən ən zəifinə mümkün qədər çox təzyiq edərsə, onu məhv edəcək və daha sonra Çin daha böyük güc olacaq.

Birləşmiş Ştatlar Avropada Asiyada müharibədən qaçmağa kömək edəcək nümayiş effekti yaratmaq üçün böyük bir şansa sahibdir. Kirşəyə ən yaxın olan canavarla məşğul olmaqla, təpənin başından seyr edən daha böyük canavarla mübarizədə daha yaxşı nəticə əldə etmək mümkündür.
Strategyvision.org

Teq: ABŞ   Çin   Tayvan  


Oxşar məqalələr
Son əlavə olunanlar