Türkiyə bu il 634 milyon dollarlıq müdafiə məhsulları ixrac edib - Hədəf 4 milyard dollardır

 Türkiyə bu il 634 milyon dollarlıq müdafiə məhsulları ixrac edib -  Hədəf 4 milyard dollardır
2289     14:00     07 03 2022    
2022-ci ilin fevral ayı ərzində Türkiyənin müdafiə və aviasiya sənayesi sektorunun həyata keçirdiyi ümumi ixrac 327 milyon 211 min ABŞ dolları təşkil edib.

Bu barədə 61 müxtəlif sektordan olan 95 mindən çox şirkətin məlumatlarını toplayan Türkiyə İxracatçılar Məclisinin (TİM) yaydığı hesabatda qeyd olunub.

Türkiyənin müdafiə və aerokosmik sektoru 2022-ci ilin ilk iki ayında cəmi 633 milyon 998 min dollar ixrac edib.

2021-ci ilin fevral ayına sektorun Azərbaycana ixracı 1 milyon 174 min dollar təşkil edib. Bu ilin eyni dövründə bu rəqəm 448,1% artaraq 6 milyon 435 min dollar olub.

2021-ci ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərinə 44 milyon 344 min dollarlıq məhsul ixrac edib. Bu il bu rəqəm 20,2% azalaraq 35 milyon 387 min dollar olub.

2021-ci ilin fevral ayında Burkina Fasoya 386 min dollarlıq məhsul və xidmət satılıb. Sektorun ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4117,8% artaraq 16 milyon 297 min dollar olub.

2021-ci ilin fevral ayında Ukraynaya 521 min dollar məhsul və xidmət tədarük edilib. Bu ilin eyni dövründə bu rəqəm 11023,1% artaraq 57 milyon 971 min dollar çatıb.

Eyni zamanda Qırğızıstana ixracat 46730,3% artaraq 25 milyon 983 min dollar olub.

Pakistana 25 milyon 925 min dollar, Almaniyaya 11 milyon 411 min dollar, Böyük Britaniyaya 4 milyon 799 min dollar, Fransaya 2 milyon 109 min dollar məhsul və xidmət satılıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu il müdafiə ixracatının 4 milyarda çatacağını bildirib.
Strategyvision.org

Teq: Türkiyə   İxracat  


Oxşar məqalələr
Son əlavə olunanlar