Azərbaycanın Milli Süni Zəka Strategiyası hazırlanacaq

  Azərbaycanın Milli Süni Zəka Strategiyası hazırlanacaq
641     10:27     08 02 2022    
Azərbaycanın Milli Süni Zəka Strategiyası hazırlanacaq.

İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bu istiqamətdə görülən işlər, Dördüncü Sənaye İnqilabı (4Sİ) texnologiyaları üzrə İşçi Qrupun 1-ci iclası zamanı müzakirə predmeti olub.

Tədbirdə həmçinin əşyaların interneti (IoT), böyük verilənlər (Big Data), onların təhlili və emalı məsələlərinə dair təqdimatlar keçirilib.

Qeyd edək ki, 4Sİ texnologiyaları üzrə İşçi Qrupu 4Sİ texnologiyalarının tətbiqi imkanlarının araşdırılması, normativ-hüquqi bazanın, yol xəritələrinin formalaşdırılması, layihələrin əlaqələndirilməsi, həmçinin bu sahədə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla əməkdaşlığı genişləndirmək məqsədilə yaradılıb.

İşçi Qrupuna 22 dövlət qurumunun nümayəndələri daxildir və fəaliyyətinin əlaqələndirilməsi Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinə həvalə olunub.
Strategyvision.org

Teq: Süni-Zəka   Azərbaycan  


Oxşar məqalələr
Son əlavə olunanlar