Çin “ağıllı ordu”nun yenilənməsində Süni Zəkadan maksimum istifadə edir - HESABAT

 Çin “ağıllı ordu”nun yenilənməsində Süni Zəkadan maksimum istifadə edir -  HESABAT
643     11:10     27 11 2021    
Çin Süni Zəka (SZ), Pilotsuz Uçuş Aparatları (PUA) və digər qabaqcıl texnologiyaları daha effektiv şəkildə birləşdirmək üçün ordusunu yenidən formalaşdırır.

Milli Müdafiə Tədqiqatları İnstitutu tərəfindən açıqlanan “Çin Təhlükəsizlik Hesabatı”nda Xalq Azadlıq Ordusunun “intellektuallaşması”na yönəlmiş tədqiqatlar vurğulanıb. Hesabat SZ, “bigdata” və bulud hesablamaları kimi texnologiyalar üçün hərbi tətbiqlərin sürətləndirilməsinə işarə edib.

Hesabatda qeyd olunur ki, 2017-ci ildə Kommunist Partiyasının sonuncu qurultayında prezident Si Cinpinin “ağıllı ordunun inkişafını sürətləndirmək” göstərişinə əsasən, Çin Silahlı Qüvvələrinin əsasını təşkil edən konsepsiyaları yenidən nəzərdən keçirir.

Analitik mərkəzi bildirib ki, ordunun SZ vasitəsilə insanlar və maşınlar tərəfindən birgə qərarların qəbulu da daxil olmaqla, “ağıllı” müharibəyə uyğunlaşması üçün yenidən təşkili nəzərdən keçirilir.

İdeyalara kosmos, şəbəkələr və radioelektron müharibədə ixtisaslaşan yeni qüvvələrin inkişafı daxildir. Ordunun rəsmi qəzeti ənənəvi bölmə strukturunun ləğv edilməsini və mövcud quru, dəniz və hava qüvvələrinin bu yeni domenlərlə birgə əməliyyatlar üçün daha uyğun olan yeni birliklərə inteqrasiyasını müzakirə edib.

Hesabatda ordunun Si dövründə “Çin Xalq Respublikasının qurulmasından bu yana ən böyük ... islahatları” həyata keçirdiyi bildirilir. Birgə əməliyyatlar üçün bir-biri ilə əlaqəli komanda və idarəetmə sistemlərini inkişaf etdirir, habelə onları dövlət və özəl sektor sistemlərinə inteqrasiya edirlər.

Hesabatda bu səy üçün lazım olan qabaqcıl elmi biliyə malik kadrların hazırlanmasının çətinliyi və dövlətin istedadlar üçün özəl sektorla rəqabət aparmalı olacağı ehtimalı qeyd edilib. Mərkəz, həmçinin Çinin texnologiyasının məqsədlərinə çatmaq üçün “tələb olunan səviyyədə olmadığını” iddia edib.

Hesabatda deyilir ki, Pekinin qarşıdakı illərdə ordusunu modernləşdirmək məqsədini nəzərə alaraq, onun əməliyyat imkanlarını mümkün qədər dəqiq qiymətləndirmək Yaponiya üçün müdafiə siyasətini formalaşdırmaqda daha da vacib olacaq.
Strategyvision.org

Teq: Çin   Süni-Zəka  


Oxşar məqalələr
Son əlavə olunanlar