YUNESKO SZ sahəsində ilk qlobal etik standartları qəbul edib

 YUNESKO SZ sahəsində ilk qlobal etik standartları qəbul edib
853     15:29     26 11 2021    
YUNESKO-ya üzv dövlətlər Süni Zəkanın (SZ) inkişafı üçün ilk qlobal etik standartları qəbul ediblər.

Təşkilatın mətbuat xidməti bildirib ki, tövsiyyələr insanlara SZ-nin cəmiyyətə gətirdiyi faydaları əldə etməyə və bu texnologiyalarla bağlı riskləri azaltmağa kömək etmək məqsədi daşıyır.

Vurğulanıb ki, SZ cəmiyyətin üzləşdiyi mürəkkəb problemləri, xüsusən də xərçəngin müalicəsi, aclıqla mübarizə və yardımın ehtiyacı olan ölkələrə daha səmərəli paylanmasında, həll edə bilər.

Press-relizdə qeyd olunub ki, "eyni zamanda, bu texnologiyalar "məxfiliyə təhlükə" və "kütləvi nəzarətin təşkili təhlükəsi" kimi görünməmiş çağırışları yaradır".

Xüsusilə, tövsiyələr şirkətləri və dövlətləri fərdi məlumatların qorunmasının effektivliyini artırmağa çağırır.

Tövsiyələrin digər müddəası kütləvi müşahidənin təşkili üçün SZ-ən istifadənin qadağan edilməsi ilə bağlıdır.

Sənəddə həmçinin iqlim dəyişikliyi ilə mübarizədə SZ-dən fəal istifadəyə çağırış da yer alıb.
Strategyvision.org

Teq: YUNESKO   SZ  


Oxşar məqalələr
Son əlavə olunanlar