ABŞ Rusiyanın Süni Zəka silahları yaratmaq planlarından narahatdır

 ABŞ Rusiyanın Süni Zəka silahları yaratmaq planlarından narahatdır
915     14:00     06 11 2021    
Texnologiya dünyasının çoxsaylı liderləri Süni Zəka istifadə edilən silahların bəşəriyyətin gələcəyi üçün yarada biləcəyi təhlükələr barədə dəfələrlə xəbərdarlıq etsələr də, Rusiya Federasiyasının prezidenti Vladimir Putin uzun müddətdir ki, SZ silahlarının istifadəsindən danışır. 2017-ci ildə Putin SZ-nin inkişafına liderlik edən ölkənin rəqibləri üzərində əhəmiyyətli üstünlüyə malik ola biləcəyini bəyan edib.

"SZ təkcə Rusiyanın deyil, bütün bəşəriyyətin gələcəyidir", - deyə Putin bildirib.

Hərbi ekspert Peter Suciu “National Interest” nəşrində yazır ki, Pentaqon Rusiya prezidenti Vladimir Putinin Rusiyanın Süni Zəka (SZ) texnologiyaları ilə aktiv şəkildə silahlar hazırlamaq niyyətində olması barədə bəyanatlarından narahatdır.

Rusiyanın dəqiq silahlar, PUA-ların yaradılması, eləcə də hərbi əməliyyatların əlaqələndirilməsi sistemləri sahəsində irəliləyişi ABŞ-ın maraqlarına böyük zərər vura bilər.

Dəniz Analizi Mərkəzi (CNA) tərəfindən bu ilin əvvəlində dərc edilmiş “Rusiyada Süni Zəka və Avtonomiya” hesabatına əsasən, bu gün müxtəlif inkişaf mərhələlərində SZ dəstəyi ilə işləyən 150-dən çox hərbi sistem var.

Ekspertin fikrincə, Rusiya ilə Çin arasında getdikcə sıx əməkdaşlıq ABŞ üçün xüsusi təhlükə yaradır.

“İndi Moskva və Pekin arasında əməkdaşlığın böyük hissəsi müdafiə sektoru ilə məhdudlaşır, lakin iki ölkə arasında artan əlaqələr SZ-nin silahlarda istifadəsini yaya bilər”, - deyə müəllif qeyd edib.
Strategyvision.org

Teq:


Oxşar məqalələr
Son əlavə olunanlar