Sun Tzu və ABŞ-ın nizamsız müharibə əlavəsi çərçivəsində – Partizan müharibəsinin bütün inkişaf dövrləri (II YAZI)

  Sun Tzu və ABŞ-ın nizamsız müharibə əlavəsi çərçivəsində – Partizan müharibəsinin bütün inkişaf dövrləri  (II YAZI)
1679     13:56     05 07 2021    
(II yazı. I yazını BURADAN oxuya bilərsiniz)

Partizan müharibəsi tarixi çox qədimlərə qədər gedib çıxır. Partizan taktikasından tarixdən əvvəlki müharibələrdə də istifadə edildiyi güman edilsə də, VI əsrdə çinli general və strateq Sun Tzunun “Müharibə Sənəti” əsəri partizan müharibəsindən istifadəni təklif edən ən erkən nümunələrdən biri hesab olunur. Bu birbaşa müasir partizan müharibəsinin inkişafına ilham verdi.

Mao Zedonq və Vyetnamın şimalından olan Xo Şi Min kimi kommunist liderlər Sun Tzu üslubunda partizan müharibəsi apardılar, əsər Kuba “fokus” nəzəriyyəsi və Əfqanıstanda anti-sovet mücahidləri kimi başqa yerlərdə oxşar strategiyalar üçün bir model rolunu oynadı. Müasir partizan müharibələrinin taktikası XX əsrdə meydana gəlsə də, müasir partizan müharibəsi üçün xarakterik olan elementlərdən istifadə edən nizamsız müharibələr bir çox qədim sivilizasiyaların döyüşləri boyu mövcud olub.

Qədim dövrlər


Qeyd etdiyimiz kimi, çinli general və strateq Sun Tzunun “Müharibə Sənəti” əsəri partizan müharibəsindən istifadənin ilk nümunəsi hesab olunur. Partizan müharibəsi taktikasının qədim dövrlərdə istifadə olunduğu nümunələrdən biri İmperator Huanq və Çindəki Myan xalqı (Miao) arasında baş verən bir döyüşdür.

Partizan müharibəsi Çin üçün nadir bir şey deyildi. İskitlər, qotlar, vandallar və hunlar kimi köçəri qəbilələr Əhəməni İmperiyası, Roma İmperiyası və Böyük İskəndərə qarşı döyüşmək üçün partizan müharibəsi elementlərindən istifadə etdilər. Dövrünün “partizan müharibələrinin atası” olaraq qəbul edilən Kvint Fabi Maksim Kunktator Hannibal ordusuna qarşı böyük təsir göstərmək üçün istifadə edilən “Fabian strategiyası”nı hazırlamışdı. Bu strategiyanın əsas mahiyyəti Hannibalı kiçik toqquşmalarla yoraraq məğlub etmək idi.

Partizan müharibəsi də romalıların tarix boyu qarşılaşdıqları müxtəlif Kelt, Alman və Afrika qəbilələrinin ortaq bir strategiyası idi. Onların ilk böyük nümunəsi Roma orduları üzərində səkkiz illik qələbə nəticəsində partizan taktikası haqqında biliyi qazandıran Lusitanianların komandiri Viriatus ola bilər. O, döyüş meydanında yox, xəyanət yolu ilə öldürülüb. Qalliyanın harvern tayfasının başçısı Versinqetorik, həmçinin eramızdan əvvəl 52-ci ildə Romaya qarşı üsyanda mobil müharibə və təchizat xəttlərinin kəsilməsi taktikalarından istifadə edib. Germanların Xerusk tayfasının başçısı Armini də ərazini işğal edərək Teutoburq meşəsi döyüşündə də Roma birləşmələrinə qalib gəlib.

Partizan taktikalarından istifadə edən daha bir nümunə Romanı məğlub etmək üçün qonşu yerli xalqları müttəfiq olmağa məcbur edən Numidiya üsyançılarının başçısı Takfarinas idi. Daha sonra, britaniyalıların Katuvellauni tayfasının hərbi lideri Karatakus səkkiz il boyunca romalılara qarşı partizan döyüş taktikalarından istifadə edib. Karatakus sonda romalılar tərəfindən tutulsa da, Takitus yazır ki, romalılar ona hörmət edirdi.

Klassik Qədim dünyada bu cür müharibə yunanların Homer hekayələrində dolayı yolla qeyd olunurdu, lakin adətən düşmən ərazisindəki qəniməti ələ keçirmək üçün vur-qaç taktikası, Vikinq piratçılığı kimi qeyd olunurdu. Qədim Yunan müharibələrində partizan nümunələri elə də çox deyil, məsələn, bu taktikadan aetolilərin Aetoliya kampaniyası zamanı Demosfenə və onun ağır hoplit piyadalarına qarşı istifadə olunmuşdu.

Orta əsrlər


Monqolların Avropa yürüşü zamanı partizan müharibə taktikaları və sərt müqavimət bir çox Avropa dövlərinə kömək etdi, xüsusən Xorvatiya və Dzurdzuketiya bölgəsində olan partizanların monqolların ərazilərinə daimi sahib olmaları və onları qovmalarına mane oldu. XV əsrdə Vyetnam lideri Le Loy çinlilərə qarşı partizan müharibəsi başlatmışdı.

Ən uğurlu partizan müharibələrindən Kastrioti knyazlığının başçısı İsgəndər bəy (Skanderbeq) kimi tanınan Corc Kastriotinin Osmanlılara qarşı başlatdığı kampaniya idi. 1443-cü ildə o, alban qüvvələrini toplayaraq Osmanlı qoşunlarını ərazilərdən uzaqlaşdırmağı bacarmışdı. İsgəndər bəy dağlıq ərazidən öz xeyrinə istifadə edərək özündən 20 dəfə böyük olan ordulara qarşı partizan müharibəsi apardı. Böyük Osmanlı ordusuna kiçik “vur və qaç” bölmələri ilə hücumlar edir, yalandan geri çəkilərək dərhal əks-hücum etmə və bu vaxta qədər döyüşlərdə bilinməyən digər taktikalardan istifadə edirdi. 25 il ərzində İsgəndər bəy Osmanlının Albaniyanı tutmasından qorudu. Albaniya İtaliyaya yaxınlığı sayəsində Avropanın qalan hissəsinə asanlıqla tramplin rolunu oynaya bilərdi.

1462-ci ildə Osmanlılar Valaxiya knyazı III Vlad Tsepeş (Drakula) tərəfindən geri oturduldu. Vlad Osmanlının Valaxiyaya girməsinin qarşısını ala bilmədi, buna görə də davamlı olaraq türklərə kiçik hücumlar və pusqular təşkil edərək partizan müharibəsi taktikasına əl atdı.

Polşada XVII əsrdə böyük “Tufan” zamanı partizan taktikası tətbiq edildi. İngiltərə və Fransa arasındakı 100 illik müharibədə komandir Bertrand du Quesclin Britaniyaya zərər vermək üçün partizan taktikalarından istifadə etdi. XVI əsrin Hollandiya üsyanı zamanı Quezen İspaniya İmperiyasına qarşı partizan müharibəsi aparırdı. Skaniyan müharibəsi zamanı Snapfane kimi tanınan bir danimarkalı partizan qrupu İsveçlilərə qarşı döyüşdü. Fin partizanları, sissilər, Böyük Şimali Müharibədə (1710-1721-ci illər) Rus işğalçı qoşunlarına qarşı vuruşdular. Ruslar mülki əhaliyə qarşı vəhşicəsinə qisas aldılar; həmin dövr Finlandiya İsoviha adlanırdı.

XVIII əsr

Şimali Amerika müstəmləkə müharibələri


Şimali Amerikada partizan müharibəsi nümunəsi ilkin olaraq qeydə alınan hadisələrindən biri indiki Florida ştatında 1528-ci ildə Narváez ekspedisiyası zamanı Apalçinin İspanlara qarşı müqaviməti idi.

XVII əsrin ortalarında Yeni Fransanın müstəmləkəçiləri Iroquois Konfederasiyası ilə münaqişə yaşayırdılar. Iroquois qüvvələri “vur və qaç” taktikalarından istifadə edir, təcavüz hücumları edir və böyük vəsait tələb edən döyüşlərdən çəkinirdi. Yeni Fransanın müstəmləkəçiləri bu hind taktikalarını “La Petite Guerre” adlandırmağa başladılar, çünki taktika hazır döyüşlərə qarşı basqın üçün nəzərdə tutulmuşdu. Daha sonradan fransızlar bu taktikaları öyrənərək onlara qarşı mübarizə taktikaları formalaşdırdılar.

Amerika inqilabı dövründə

Amerika inqilabı zamanı bir çox qarşıdurmalar ənənəvi olsa da, 1775-1783-cü illərdən başlayaraq münaqişə zamanı partizan müharibəsindən müəyyən dərəcədə istifadə etdilər və bu da döyüşlərin gedişatına əhəmiyyətli dərəcədə təsir etdi. Partizan taktikası ilk dəfə 1775-ci il 19 apreldə Patriotlar tərəfindən Leksinqton və Konkord Döyüşlərində istifadə edildi. Corc Vaşinqton bəzən İngilislərlə mübarizə üçün bir növ qeyri-ənənəvi üsullardan istifadə edirdi.

Yem döyüşü zamanı İkinci Kontinental Konqres tərəfindən yaradılan məhdud sayda Kontinental ordunun dəstəyi ilə Corc Vaşinqtonun rəhbərlik etdiyi silahlı dəstələr Britaniya ordusuna və yem bazalarına basqınlar etdilər, silahlılar və Britaniya qüvvələri arasında bir neçə dəfə atışmalar yaşandı. Bu döyüş zamanı Britaniya ordusu 900-dən artıq itki verdi. Döyüş patriotlar üçün əhval-ruhiyyəni artırdı, çünki britaniyalılara qarşı partizan əməliyyatları çox təsirli olmuşdu.


Bundan başqa Uilyam Davie, David Uoster, Fransis Marion, Şadraç Inman, Daniel Morqan kimi şəxslər, “Morqan tüfəngçiləri” və “Dağlardan üstün Kişilər” kimi qruplaşmalar Britaniya ordusuna qarşı “vur və qaç” taktikasından, basqın pusqu və sürpriz hücumlar kimi partizan taktikalarından istifadə edib. Bütün bu Amerika partizan döyüşçüləri Britaniya və müttəfiqlərinə qarşı vuruşmaq üçün qeyri-ənənəvi taktikalardan istifadə edərək öz missiyalarını yerinə yetirdilər.

Amerika inqilabı vaxtı Natanel Qrini Lord Kornvallisin rəhbərlik etdiyi Britaniya ordusuna qarşı çox təsirli bir şəkildə partizan strategiyasından istifadə etdi. Qrini Britaniya ordusunu təchizat xəttlərindən uzaqlaşdırmaq üçün geri çəkildi, daha sonra qoşunlarını göndərdi ki, Britaniya ordusuna kiçik zərbələr endirsin, bununla ingilislər zəiflətildi. Sonda Qrini Quilforda Britaniya ordusu ilə ənənəvi döyüşə girərək onlara ağır zərbə endirdi. Kornvallis qalib qazansa da, həddidən artıq itki vermişdi, ona görə onun qələbəsinin elə də çox effekti olmadı.

Britaniyalılar Yorktaunda təslim olduqdan və Amerika öz müstəqilliyini qazandıqdan sonra partizan taktikası və strategiyasından istifadə edən bu amerikalıların çoxu zaman keçdikcə ölməzləşdi və romantikləşdi. Döyüşlərdə partizan müharibəsi tez-tez istifadə olunsa da, amerikalılar İngilislərə qarşı həlledici döyüşlərdə ənənəvi taktikalarla vuruşdular. Bununla belə, Amerika İnqilabını hibrid müharibə kimi görmək olardı, çünki həm ənənəvi, həm də partizan müharibəsi bütün müddət ərzində istifadə olunurdu.

Vandeya əks-inqilabı

1793–1796-cı illərdə Vandeya şəhərində katolik royalistlər (monarxiya tərəfdarları) tərəfindən Fransa inqilabına qarşı bir üsyan başladı. Bu hərəkatın məqsədi inqilabi Fransada Roma Katolik Kilsəsi tərəfindən edilən təqiblərə qarşı çıxmaq üçün və nəticədə monarxiyanı bərpa etmək idi. Ənənəvi hərbi taktika çərçivəsində yaxşı silahlarla təchiz olunmamış və təcrübəsiz olmasına baxmayaraq, “Kral Katolik Ordusu” olaraq bilinən Vandeya əks-inqilabı bataqlıq, dolu, meşəlik kənd haqqında biliklərindən tam istifadə edərək partizan taktikalarından çox istifadə edirdi. Vendeya adlı qiyam sonda hökumət qoşunları tərəfindən “sakitləşdirildi”, lakin daha böyük, daha yaxşı təchiz edilmiş respublika ordusuna qarşı qazandıqları uğurlar əhəmiyyətli idi. Entoni Trollopun “La Vendée” əsərində bu barədə ətraflı bəhs olunur.

Avstraliya cəbhə müharibələri

Avstraliya cəbhə müharibələrinin birincisi hesab olunan Haukesburi və Nepan (1790-1816) döyüşləri Yeni Cənubi Uels Korpusu ilə Sidneyindəki Haukesburi və Nepan çaylarının ətrafında yaşayan yerli avstraliyalılar arasında yaşanmışdı. Yerlilər qubernator Makquaryenin rəhbərlik etdiyi ordulara qarşı, əsasən partizan taktikalarından istifadə edirdi, lakin bir neçə ənənəvi döyüş də baş verdi. Döyüşlər zamanı orduya qarşı bir sıra üstünlüklə qazanılsa da, ordunun vəhşilikləri nəticəsində yerli qəbilələr məğlub oldu.

Napoleon müharibələri


“Getdimiz yerdə yoxa çıxdılar, ordan uzaqlaşdığımız zaman gəldilər - onlar hər yerdə idilər və heç yerdə yox idilər, hücum edilə biləcək bir mərkəzi yox idi”.

Bunu Yarımadalar müharibəsi zamanı İspan partizanlarına qarşı fransız qüvvələri ilə birlikdə döyüşən Prussiya zabiti yazıb.

Napoleon müharibələrində orduların bir çoxu qurudan kənarda yaşayırdı. Bu, çox vaxt ordunun istehlak etdikləri məhsullara ədalətli qiymət ödəmədiyi təqdirdə yerli əhalinin bəzi etirazlarına səbəb olurdu. Adətən, bu müqavimət nadir hallarda idi və çox uğurlu deyildi, buna görə də partizan hərəkatı kimi təsnif olunmur.

Napoleonun Rusiyanı işğalı

1812-ci ildə Napoleonun Rusiyaya hücumunda iki fəaliyyət partizan taktikasının başlanğıcı kimi görülə bilər.

Napoleonun Böyük Ordusu tərəfindən işğal edildikdən sonra Moskvanın yandırılması fransızları şəhərdəki sığınacaqlardan məhrum etdi və bu, birbaşa qoşunlara deyil, onların resursuna hücum etdiyi üçün partizan taktikası hesab oluna bilər. Fərqli bir mənada, təhkim olunan rus kəndlilərinin fransızlara hücum etməsi əmri də partizan taktikası hesab olunur, çünki hücum edən nizami ordu deyil, nizamsız birləşmələr idi. Amma bu genişmiqyaslı hücum olmadı. Bu vaxt feldmarşal Kutuzov polkovnik-leytenant Denis Davydovun Fransızlara qarşı Partizan Müharibəsini açmasına icazə verdi. Davydov, Seslavin, Figner və başqaları Rusiyada “12-ci il” olaraq tanınır. Fransız qoşunlarının döyüş və ya hərəkət edə bilməməsi səbəbiylə etdikləri əməliyyatlarda müvəffəqiyyət qazandılar və bu yalnız Rusiyada qış olduğu üçün yox, qida və sursat çatışmazlığı səbəbindən baş verdi.

Yarımada müharibəsi


Yarımada müharibəsində İspan və Portuqal partizanları on minlərlə fransız əsgərlərin qarşısını aldı və yüz minlərlə insanı öldürdü. Qoşunların davamlı itkiləri səbəbindən Napoleon bu münaqişəni özünün “İspan yarası” olaraq adlandırıb. Bu tarixin ən uğurlu partizan müharibələrindən biri idi və partizan sözünün ilk dəfə bu kontekstdə işlədildiyi yer idi. Oksford İngilis dili lüğəti Uellinqtonu 1809-cu ildə “Guerrillas”dan bəhs edən ən qədim mənbə olaraq bildirir.

XIX əsr (1815–1914)

Amerika Vətəndaş Müharibəsi

1861-1865-ci illərdə baş verən Amerika Vətəndaş Müharibəsi zamanı bir çox nizamsız müharibə taktikalarından istifadə olunub. Bu taktikaların əksəriyyəti XIX əsrdə Avropada aparılan nizamsız müharibə nümunələrinə uyğun gəlir.

Struktur olaraq Vətəndaş müharibəsi illərində aparılmış nizamsız müharibələr üç müxtəlif növə bölünə bilər:

- Xalq müharibəsi;
- Partizan müharibəsi;
- Basqın müharibəsi.


İlk dəfə Karl fon Klauzevitsin “Müharibə haqqında” əsərində bəhs edilən “xalq müharibəsi” anlayışı kütləvi partizan hərəkatının ən yaxın nümunəsi idi.


Ümumiyyətlə, bu cür nizamsız müharibə Sərhəd ştatlarının (Missuri, Arkanzas, Tennessi, Kentukki və Virciniyanın şimal-qərbində) daxili hissələrində aparıldı və qarşılıqlı şiddətli qarşıdurma ilə müşayiət olunurdu.

Belə misallardan biri 1862-dən 1865-ci ilə qədər Missuri və Arkanzasın şimalında fəaliyyət göstərən bir-birinə zidd olan nizamsız qüvvələr idi. Onların əksəriyyəti yalnız adları ilə Konfederasiya və ya Birlik tərəfdarı olub və siyasətə az əhəmiyyət verən hər iki tərəfin təcrid olunmuş hərbi qüvvələrini istifadə edib. Bu tipli yarı təşkil olunmuş partizanlardan bir neçə qrup meydana gəldi və hökumətləri tərəfindən müəyyən ölçüdə qanuni bir vəziyyətə gətirildi. Birlik tərəfdarı mülki şəxsləri terrora məruz qoyan, Missuri və Kanzasın böyük ərazilərində Federal qoşunlarla döyüşən “Quantrill's Raiders” adlı silahlı qruplaşma belə nümunələrdəndir. Konfederasiya ordusu ilə mübahisəli əlaqələri olan başqa bir silahlı bölməyə Kentukki-Tennessi sərhədi boyunca Çemp Ferquson rəhbərlik edirdi. Ferqsonun müharibədən sonra edam edilməsinin səbəblərindən biri də məhz bu idi.

Digər onlarla kiçik, lokallaşdırılmış dəstələr müharibə illərində sərhəd bölgəsi boyunca kənd yerlərində vətəndaş müharibəsinin sonuna qədər terror aktları törədərək müharibəni davam etdirdilər. Partizan müharibəsi XX əsrin Komando əməliyyatlarına da daha çox bənzəyir. Partizanlar düşmən xətləri arxasından əməliyyatlar aparmaq üçün bir hərbi güc tərəfindən idarə olunan və təşkil edilən şərti qüvvələrin kiçik hissələri idi. Konfederasiyanın Konqresi tərəfindən qəbul edilən “1862 Partizan Reyncer Qanunu” bu birləşmələrin meydana gəlməsinə icazə verdi və onlara ümumi “gerilla” və “partizan”dan fərqli bir kateqoriyaya yerləşdirilən qanunilik verdi. Con Singleton Mosbi müharibənin son iki ilində Virciniya şimalındakı Birlik xətləri arxasında Federal qüvvələrinin qarşısını alçaqda çox təsirli olan partizan dəstəsi yaratdı.

Nəhayət, ənənəvi süvari qüvvələri tərəfindən edilən bir çox basqınlar təbiəti etibarilə çox vaxt “nizamsız” hesab olunurdu. Nathan Bedford Forest və Con Hant Morqanın rəhbərlik etdiyi “Partizan Briqadaları” 1862 və 1863-cü illərdə Tennessi ordusunun süvari qüvvələrinin bir hissəsi olaraq fəaliyyət göstərdilər. Onlara Tennessi ordusunun daha böyük missiyasına dəstək olması üçün maddi-texniki mərkəzləri, dəmir yolu körpülərini və digər strateji hədəfləri məhv etmək üçün xüsusi tapşırıqlar verildi.

Mərkəzi hökumətin partizan əleyhinə mübarizə əməliyyatları partizan müharibəsinin müvəffəqiyyətinin qarşısını almaqda çox uğurlu oldu. Arkanzasda Federal qüvvələr nizamsız qüvəvləri məğlub etmək üçün müxtəlif strategiyalardan istifadə etdilər. Bunlara Arkansas Unionist qüvvələrinin partizan əleyhinə qoşunlar kimi istifadəsi, su yollarına nəzarət etmək çay gəmilərindən və dəniz qüvvələrindən istifadə, şübhəli partizanları casus kimi tutmaq daxil idi. Partizanlara qarşı Federal ordu təsirli bir süvari dəstəsi hazırladı və bu sistemi strateji hədəfləri qorumaq üçün çox sayda maneə və istehkamlarla gücləndirdi.

XX əsrin sonlarında bir neçə tarixçi müharibəni uzatmaq üçün partizan müharibəsindən istifadə edilməməsinə diqqət çəkdi. Müharibənin sonuna yaxın Konfederasiya hökumətində, xüsusən Ceferson Devis partizanların cənub mübarizəsinin davam etməsini müdafiə edənlər var idi. Nəticədə təslim olmağın və barışmağın partizan müharibəsindən daha yaxşı olduğuna inanan Robert Li kimi generallar ona qarşı çıxdı.

Cənubi Afrika müharibəsi


Partizan taktikası Cənubi Afrikadakı Birinci və İkinci Bur Müharibələrində (1880-1881; 1899-1902) Britaniya Ordusuna qarşı Bur respublikalarının qüvvələri tərəfindən geniş istifadə edildi. Birinci Bur Müharibəsində Bur komandaları gündəlik qapalı tonlu əkinçilik paltarlarını geyirdilər. Burlar nizam-intizam və formalaşmadan daha çox gizliliyə və sürətə diqqət edirdilər, habelə tüstüsüz sursatdan istifadə edən nişançı burlar uzaqdan İngilis qoşunlarını asanlıqla vurmağı bacarırdı.

Britaniya Ordusu belə quruluşlu taktikaların qarşısını almaq üçün bir sıra addımlarar atdı. Onlar bundan 10 il əvvəl Hindistanın britaniyalı ordusu tərəfindən ilk dəfə istifadə edilən xaki rəngli formalardan istifadə etməyə başladılar, zabitlər onlara snayperlər üçün gözəgörünən edən parıltılı rəngli detalları olan formalardan imtina etmələri üçün əmr verdi.

İkinci Bur müharibəsinin üçüncü mərhələsində britaniyalılar ənənəvi döyüşlərdə Bur ordularını məğlub etdikdən və paytaxtları Pretoriya və Bloemfonteini işğal etdikdən sonra bur komandaları mobil müharibəyə başladılar. Can Smuts və Xristian de Vet kimi liderlərin rəhbərlik etdiyi bölmələr yavaş hərəkət edən İngilis kolonlarına sürpriz hücumlar etdilər, dəmiryol xətləri və yaşayış məntəqələrinə təcavüz hücumları həyata keçirdilər. Burların, demək olar ki, hamısı uzun patron daraqları olan tüfənglərdən istifadə edirdilər. Bu, onlara Britaniya möhkəmləkəçiləri sürətlə geri çəkilmədən əvvəl sürətli hücum və çox sayda itki vermə qabiliyyəti verdi. Partizan müharibəsinin ilk dövründə bur komandaları çox böyük idi, tərkibində bir neçə min adam və hətta sahə artilleriyası var idi. Lakin onların ərzaq və döyüş sursatları tükəndikcə, burlar daha kiçik dəstələrə parçalanırdı və ingilislərdən ələ keçirdikləri silahlara, döyüş sursatına və geyimlərə arxalanırdılar.

Partizanların qarşısını almaq üçün Herbert Kitçenerin rəhbərliyi altında ingilislər burların mülki şəxslərin konsentrasiya düşərgələrinə apardılar, Transvaal və Narıncı Azad Dövlətin hər yerində yüzlərlə məhəllə qurdular. Kitçener eyni zamanda burların evlərini və təsərrüfatlarını məhv edərək onları resurslardan məhrum etməyi ehtiva edən taktikadan istifadə etdi. Nəhayət, 1902-ci ildə Boer partizanları təslim oldu, lakin britaniyalılar müharibəni sona çatdırmaq üçün onlara şərtlər verdilər. Bu, hərbi baxımdan daha güclü bir düşməndən güzəşt almaqda partizan taktikasının nə qədər təsirli olduğunu göstərdi.

Filippin-Amerika müharibəsi

Filippin-Amerika müharibəsinin başlanğıcında, məşhur general Antonio Lunanın tövsiyəsi ilə Filippin tərəfi partizan müharibəsi strategiyasına yalnız istifadə ediləcək son yol kimi baxırdı. Müharibənin ilk mərhələlərində daha üstün Amerika silahları və qoşunlarının Fillipin ordularına zərbələr endirməsi sonda ikincilərin məğlubiyyətinə gətirib çıxardı. Partizan müharibəsi yalnız 13 noyabr 1899-cu ildə Amerikanın Filippin arxipelaqını işğal etməsini sonrakı bir neçə il ərzində əsas strategiya olaraq istifadə edildi. Filippinin cənub əyalətində Moro üsyançıları sıx Filippin cəngəlliklərində gizlənir və Amerika qoşunlarına anidən bolo bıçaqları ilə hücumlar edirdilər. Bunun nəticəsində amerikalı silah istehsalçıları məşhur M1911 tapançasını inkişaf etdirməyə başladılar.

Sakit okean müharibəsi


Sakit okean müharibəsi zamanı (1879-1883) Perulu general Andres Avelino Kakeres 1881-1883-cü illərdə Perunun And bölgəsində qalib gələn Çili ordusuna qarşı üç illik partizan müharibəsi apardı (La Breña Kampaniyası); bu kampaniya daha sonra Avstriya Teresyan Hərbi Akademiyasında uğurlu dağ müharibəsinin əla bir nümunəsi olaraq öyrənildi.

Meksika inqilabı

Meksika inqilabı zamanı (1910-1920) populist inqilab lideri Emiliano Zapata əsasən partizan taktikalarından istifadə etdi. O, tamamilə kəndli fermerlərdən ibarət olan qüvvələri əsgərlərə çevirdi, onlar forma geyinmirdilər və əməliyyat başa çatdıqdan sonra asanlıqla ümumi əhaliyə qarışa bilirdilər. Onlar “dinamit oğlanlar” adlandırılan gənc əsgərlər idilər. Partizanlar partlayıcı maddələrlə dolu qutuları düşmən kazarmalarına atırdırlar və sonra yüngül silahlı şəxslər çıxaraq düşmənə hücum edirdilər. Zapata qüvvələri xeyli uğur qazansalar da, əsgərlərini mülki əhalidən fərqləndirə bilməyən hökumət qoşunları kimi sonunculara qarşı geniş və qəddar bir kampaniya apardı.

İtaliyanın cənubundakı briqandajlar (qaçaq dəstələri)

1860-cı ildə İtaliyanın birləşməsindən sonra Cənubi İtaliyada əsasən kəndlilərdən ibarət çox sayda dəstələr meydana gəldi. Narazılıq mənbəyi yeni hökumətin cənub zəhmətkeşlərinin problemlərinə diqqət yetirməməsi, vergi və əsas ehtiyacların yüksək qiymətdə olması, gəncləri işçi qüvvəsindən kənarlaşdıran məcburi hərbi xidmət və yalnız burjua cəmiyyəti üçün qorunan iqtisadi faydalar idi. Bu dövrdə minlərlə zəhmətkeş bu yola əl atdı. Ən məşhur dəstələr Cüzeppe Garibaldinin rəhbərlik etdiyi qruplaşma, iki min nəfərlik bir ordu quran Karmine Krokkonun rəhbərlik etdiyi dəstələr idi. Krokkonun dəstəsi yerli hökumətin su təchizatını kəsir, un dəyirmanlarını məhv edir, teleqraf tellərini kəsir və qarətçiliklə məşğul olurdu.

Digər nümunələr:

- 1848-ci ildə iralandiyalı milətçilərin nəzarəti altında olan həm “The Nation”, həm də “The United Irishman” nəşrləri İrlandiyada İngilis hakimiyyətini devirmək üçün partizan müharibəsini təbliğ edir, onu müdafiə edirdi.
- Polyaklar və litvalılar 1863-1865-ci il Yanvar üsyanı zamanı Rusiya imperiyasına qarşı partizan müharibəsindən istifadə ediblər;
- 19-cu əsrdə Balkan xalqları Osmanlı imperiyası ilə döyüşmək üçün partizan taktikalarından istifadə ediblər;
- Şimal Afrika müsəlmanları İkinci Dünya müharibəsindən sonra müstəmləkə güclərinə qarşı üsyanlar ediblər;
- Fransa-Prussiya müharibəsinin ilk mərhələlərində fransız-tireurslar işğalçı Prussiya Ordusuna qarşı partizan müharibəsi apardılar.


Dünya müharibələri (1914-1945)

İrlandiya Müstəqillik və Vətəndaş Müharibəsi


İrlandiya ilə Britaniya arasındakı müharibələr uzun müddət davam edib və əsrlər boyu müharibə növlərinin tam spektrini əhatə edib. İrlandiyalılar Britaniya imperiyasına və Birləşmiş Krallığa qarşı XX əsrdə ilk uğurlu müstəqillik müharibəsini apardılar. 1916-cı ildə Pasxa yüksəlişinin hərbi uğursuzluğundan sonra İrlandiya Respublika Ordusu (İRA) 1919-1922-ci illərdə İrlandiya Müstəqilliyi Döyüşü zamanı həm şəhərdə partizan müharibələri, həm də kəndlərdə “flying columns” adlı partizan taktikasından istifadə edib. Bir çoxları uğursuz 1798 üsyanından sonra Maykl Duyer tərəfindən 1799-1803-cü illər partizan kampaniyasının təsirli formada istifadə edilməsindən ilham alıb. Bu dövrdə IRA-nın yerli komandirləri Tom Barri, Seamus Robinson, Liam Linç, Sean Mac Eoin və Tom Maquire idi.

İRA partizanları ölkənin bəzi yerlərində, xüsusən də Dublində və cənub və qərbdə Konti Kork, Konti Kerri, Mayo Konti kimi bölgələrdə əhəmiyyətli dərəcədə intensiv idi. Buna baxmayaraq, İrlandiya döyüşçüləri heç vaxt əraziləri tutmaq və ya şərti bir şəkildə Britaniya qüvvələrini ələ keçirmək vəziyyətinddə deyildilər. Münaqişənin ən böyük qaşıdurmaları, məsələn, Kilmichael basını və ya Krosberi basqını ənənəvi bir müharibə standartları ilə sadəcə atışmalar şəklində baş vermişdi. Müharibənin digər bir xüsusiyyəti, xüsusən Ulster əyalətinin şimal-şərq hissəsində müşahidə edilən kommunal zorakılıq idi.

Əsasən Protestant və İngiltərəyə sadiq olan unionist çoxluq oradakı təhlükəsizlik qüvvələrini, xüsusən Ulster Xüsusi Konfransını nəzarəti altına aldı və onlardan İRA-nın etdiyi hərəkətləri qarşılığında qisas almaq üçün milliyyətçi (və əsasən katolik) əhaliyə hücum etmək üçün istifadə olundu. Unionistlərin azlıqda olduğu İrlandiyanın başqa bir yerində, İngilis qüvvələrinə kömək üçün bəzən İRA tərəfindən hücumlar edilirdi. Münaqişənin nə dərəcədə cəmiyyətlərarası və milli azadlıq müharibəsi olması İrlandiyada hələ də ciddi şəkildə müzakirə olunur. Müharibədə ölənlərin ümumi sayı bir az 2000 nəfərə çatmışdı.

1921-ci ilin ortalarında İngilis təhlükəsizlik qüvvələrinin İrlandiyada saxlanmasına xərclənən hərbi və siyasi kapital sonda İngiltərə hökuməti üçün çox ağır oldu. 1921-ci ilin iyul ayında İngiltərə hökuməti İRA ilə barışıq əldə etməyə razılıq verdi və 1918-ci il ümumi seçkidən etibarən adada parlamenti 105 mandatından 73-nü təşkil edən İrlandiya “First Dail” nümayəndələri ilə görüşməyə razı oldu. Danışıqlar, Britaniya-İrlandiya müqaviləsinin bağlanmasına gətirib çıxardı. 26 bölgədən ibarət İrlandiya Azad Dövləti quruldu, Şimali İrlandiya kimi digər 6 bölgə Britaniyanın tərkibində qaldı.

Şinn Feyn və İrlandiya Respublika Ordusu müqavilə tərəfdarları və əleyhdarlarından ibarət fraksiyalara bölündü. Müqavilə əleydarı İRA qüvvələri İrlandiya Vətəndaş Müharibəsində (1922-23) məğlub oldu. İrlandiyanın bölünməsi sonrakı problemlər üçün toxum əkdi. İrlandiya vətəndaş müharibəsi, nisbətən populyar bir yerli rejimə qarşı istifadə edilən partizan taktikasının uğursuzluğunun bariz nümunəsidir.

1922-ci ilin yayında İrlandiya Azad Dövlətinə qarşı hücumda sabit mövqe tuta bilmədikdən sonra İRA “flying columns” taktikasını yenidən formalaşdırdı və Britaniyaya qarşı uğurla istifadə etdikləri eyni taktikalardan istifadə etməyə çalışdı. Ancaq onları və ərazini tanıyan, habelə Roma Katolik Kilsəsinin düşmənçiliyi ilə qarşılaşan İrlandiya qoşunlarına və İrlandiya millətçi düşüncələrinin əksəriyyətinə qarşı bu kampaniyanı davam etdirə bilmədilər.

Bundan əlavə, İrlandiya əhalisi arasındakı legitimliliyinə arxalanan Azad Dövlət hökuməti bəzən britaniyalıların istifadə edə biləcəyindən daha amansız və təsirli repressiya tədbirlərindən istifadə etdi. İngilislər 1919-1922-ci illərdə 14 İRA üzvünü edam etmişdisə, Azad Dövlət 77 müqavilə əleyhinə məhkumu rəsmi şəkildə edam etdi və onun qoşunları başqa 150 məhbusu öldürdü. Azad Dövlət hökuməti Britaniyanın hücumu zamanı olan 4500 nəfərlə müqayisədə 12000 Respublikaçını mühasirəyə aldı. Müqavilə əleyhinə son partizanlar 1923-cü ilin martında Azad Dövlətə qarşı hərbi kampaniyanı dayandırdılar.

I Dünya Müharibəsi


I Dünya Müharibəsi illərində Almaniyanın Afrikadakı koloniyalarından biri olan Almaniya Şərqi Afrikasında (Deutsch-Ostafrika) uğurlu bir kampaniyada Alman komandiri Paul Emil von Lettov-Vorbeck çox üstün müttəfiq qüvvələrə qarşı mübarizə aparırdı. Almaniyadan qoparıldığına və komandanlığı altında az şəxsi heyət olmasına baxmayaraq (döyüşçülərinin əksəriyyəti afrikalı əsgərlər idi), o, Şərqi Afrika Kampaniyası zamanı çoxsaylı qələbələr qazandı və müttəfiqləri tükəndirib onlara müxtəlif çətinlik yaratmağı bacardı; Avropadakı müharibənin bitməsindən üç gün sonra Şimali Rodeziyada atəşkəs qəbul olunana qədər məğlub olmadı. O, Almaniyaya qəhrəman kimi qayıtdı.

Ərəblərdən ibarət partizan dəstələri Ərəb üsyanı (1916-1918) dövründə Osmanlıya qarşı kampaniya təşkil etmişdi. İngilis zabiti olan Laurens (Ərəbistanlı Laurens adı ilə tanınır) Osmanlı qüvvələrini sıradan çıxarmaq üçün tez-tez Hicaz dəmiryoluna hücumlar edirdi.

Digər bir partizan müharibəsi 1918-ci ildə Almaniyanın Ukraynanı işğalı zamanı ortaya çıxdı, bundan başqa partizanlar Rusiya Vətəndaş müharibəsi zamanı həm bolşeviklərə, həm də ağ qvardiyaçılara qarşı vuruşdu. Bu müharibə 1921-ci ildə Ukraynada, Tambov vilayətində və Sibir bölgələrində davam etdi. Digər partizan dəstələri Yaponiyanın Uzaq Şərqi işğal etməsi zamanı ortaya çıxmışdı.

İkinci Çin-Yapon müharibəsi

Bunu inkar edəcək bir sıra tarixi mülahizələr olmasına baxmayaraq, həm Milliyyətçi, həm də Kommunist qüvvələr İkinci Çin-Yapon müharibəsi dövründə Yaponiyanın işğalı altında olan ərazilərdə aktiv yeraltı müqavimət təşkil etmişdilər. 1937-ci ildə total müharibə başlamazdan əvvəl Yaponiyanın bölgəni işğal etməsinə mane olan partizanlar artıq Mancuriyada iştirak edirdilər.

Müharibənin başlanğıc mərhələlərindən sonra Şimali Çin düzənliyinin böyük sahələri tez bir zamanda Yaponların əlinə keçdikdə, kommunistlərin tərəfdarları və ya millətçilər əsgərləri Yaponiyanın Çindəki qarnizon qüvəvlərinə qarşı yeraltı müqavimətlə mübarizəyə başladılar. Onlar olduqca müvəffəq idilər, dəmir yolu marşrutlarını dağıdır və pusqu qururdular. Çansaya qarşı işğal əməliyyatının 4 dəfə uğursuzluğa düçar olmasının səbəbi də məhz həmin partizanlar idi. Onlar təchizatı xətlərini dağıdır, pusqu quraraq onlara qarşı mübarizə aparırdılar. Milliyyətçilərə qarşı partizan müharibələrində on illər ərzidə təcrübə toplamış Kommunist hücrələri adətən daha yaxşı fəaliyyət göstərirdilər, milliyətçi qruplaşmalar sonra kommunist hücrələrinə daxil oldular.

İkinci Dünya müharibəsi illəri


İkinci Dünya müharibəsi dövründə Almaniyanın işğal etdiyi ölkələrdə bir çox gizli təşkilat (əksər hallarda müqavimət hərəkatları kimi tanınır) fəaliyyət göstərirdi. Bu təşkilatlar 1939-cu ildə, Polşanın məğlubiyyətindən sonra “Armia Krajowa” (xalq ordusu) adlanan özünümüdafiə birliklərinin formalaşmasından sonra meydana çıxmağa başladı. 1940-cı ilin mart ayında Avropada İkinci Dünya müharibəsində ilk partizan dəstələrindən biri olan Hayor Henryk Dobrzańskinin komandanlığı altında olan “Hubal” adlı qruplaşma Huciska kəndi yaxınlığında baş verən atışmada alman piyadalarının bir batalyonunu tamamilə məhv etdi.

Efiopiyada partizan hərəkatı 1935-ci ilin əvvəlində italyan qüvvələrini qovmaq üçün yaradılıb. Digər gizli təşkilatlar Danimarka, Belçika, Norveç, Fransa (Müqavimət), Fransa (Maquis), Çexoslovakiya, Slovakiya, Yuqoslaviya (Çetniklər), Yuqoslaviya (Partizanlar), Sovet İttifaqı, İtaliya, Albaniya və Yunanıstanda fəaliyyət göstərdilər. 1944-cü ilin ikinci yarısından etibarən Yuqoslaviya Partizanlarının ümumi qüvvələri ənənəvi müharibə ilə məşğul olan dörd səhra ordusundan təşkil edilmiş 500.000 nəfərdən çox şəxsi əhatə edirdi. 1944-cü ilə qədər Polşa müqavimət hərəkatının üzvlərinin 600.000 olduğu qeyd olunur.

Bu təşkilatların bir çoxu Uinston Çörçill tərəfindən “Avropanı alovlandırmaq” üçün başlatdığı İngilis Xüsusi Əməliyyatlar İdarəsindən (SOE) kömək alırdı. Qurum əvvəlcə MI6-nın “D bölməsi” olaraq yaradılmışdı, lakin müqavimət hərəkatlarına yardım MI6-nın kəşfiyyat toplayan bir qurum olaraq əsas rolu ilə ziddiyyətlik təşkil etdi. Britaniya işğal təhlükəsi altında olduqda Xüsusi Əməliyyatlar İdarəsi işğal halında partizan müharibəsi aparmaq üçün Köməkçi Bölmələr yaratdı. Hətta yerli özünümüdafiə qüvvələri İngiltərənin işğalı vəziyyətində partizan müharibəsi hazırlığı keçirdi.


Britaniyada yerli özünümüdafiə qüvvələrini yetişdirmək üçün nəzərdə tutulan 3 məktəbdən birincisi Osterley Park idi. Britaniya Xüsusi Əməliyyatlar İdarəsi Almaniya qoşunlarına qarşı mübarizə aparan müqavimət təşkilatlarına köməklik edirdi, bundan başqa bu idarə ilə Britaniya Almaniyanın işğalı ilə üzləşən ənənəvi müharibə aparan birləşmələrə də yardım edirdi. İdarə partizanlara əsasən təbliğat aparmaq köməklik edirdi, bununla partizanlar almanların işğal altındakı ölkələrin sakitləşdirildiyi iddialarını təkzib edirdilər. Bu kiçik uğurlara baxmayaraq, bir çox tarixçi məşhur roman, film və digər yayım vasitələrində Avropa müqavimət hərəkatlarının effektivliyinin çox şişirdildiyini düşünür.

Populyar düşüncənin əksinə olaraq, Qərbi və Cənubi Avropada müqavimət qrupları yalnız dərə-təpə ərazilərin qorunması zamanı almanlara ciddi müqavimət göstərə bilirdilər. Fransa kimi nisbətən düzən, açıq ərazilərdə müqavimət qrupları Almaniyaya çox da güclü müqavimət göstərə bilmirdi.

İşğal altında olan Avropada olan bütün gizli müqavimət hərəkatı və təşkilatları Şərq cəbhəsində sovet partizanları ilə Alman Reyx qüvvələri arasında baş verən partizan müharibəsi ilə müqayisədə əhəmiyyətsiz idi. Partizan birləşmələrinin gücünü dəqiq hesablamaq olmur, lakin tək Belarusda onların 300.000-dən çox olduğu düşünülür.

Bu STAVKA tərəfindən planlaşdırılmış və yaxından əlaqələndirilmiş bir səy idi STAVKA zabitlərin yerləşdirilməsi və avadanlıqların daşınmasını, habelə 1943-cü ildəki Konsert əməliyyatı zamanı (19 sentyabrda başlamış) nizami Qırmızı Ordu qüvvələri ilə əməliyyat planlaşdırılmasının əlaqələndirilməsini, 1944-cü ilin yayında Baqration Əməliyyatına başlamağa hazırlaşmaq üçün Alman logistikasının kütləvi sabotajının edilməsini həyata keçirmişdi.


Partizan taktikalarından müharibə zamanı Sakit okeanda da istifadə edildi. 20 fevral 1942-ci ildə Yapon qüvvələri Timor adasına girəndə, Avstraliya, Birləşmiş Krallıq və Hollandiyanın Ost-Hind olan “Sparrow Force” kimi tanınan Müttəfiqlərin hərbi personalı kiçik, yaxşı silah və avadanlıqlarla təchiz edilməmiş qüvvəsi ilə müqavimət göstərdi. Portuqaliya döyüşçü olmasa da, bir çox Şərqi Timorlu mülki vətəndaşlar və bəzi Portuqal kolonistləri müttəfiqlərlə partizan kimi (criados) olaraq döyüşdülər, ya da yemək, sığınacaq və digər yardımlar göstərirdilər. Bəzi Timorlular Avstraliyanın çəkilməsindən sonra müqavimət kampaniyasına davam etdi.

Birləşmiş Ştatlar müharibəyə girəndə ABŞ Strateji Xidmətlər Ofisi (OSS) Uzaq Şərqdə öz təşəbbüsləri üzərində işləməklə yanaşı Xüsusi Xidmət İdarəsinin işini genişləndirdi və inkişaf etdirdi. Polkovnik Vendell Fertiq 1942-1945-ci illərdə Filippinin Mindanao adasında Yapon işğalçı qoşunlarını təqib edən böyük partizan dəstəsi təşkil etmişdi.

İmperator Yapon Ordusuna qarşı son mütəşəkkil müqavimət göstərən Bataan və Korregidorun təslim olmasından sonra Filippin partizanları müharibə boyu yaponlara qarşı mübarizə apardılar və Filippinin azad edilməsi zamanı çox vacib bir qüvvə oldular. Amerika komandirləri və Filippin partizanlarından istifadə edilməsi sonradan Birləşmiş Ştatların Yaşıl Beretlilərinin meydana gəlməsinə təsir göstərdi.


Digərlərinə polkovnik Aaron Bank, polkovnik Russell Volkman və polkovnik Uilyam Peers də daxil idi. Volkman İkinci Dünya müharibəsinin başlanmasından sona qədər Filippində Şimal Luson Koredileriyasından kənar fəaliyyət göstərən partizan dəstələrinə komandanlıq edirdi. O, Lingayen Körfəzinin işğalından əvvəl ABŞ qüvvələri ilə radio əlaqəsi saxlayırdı. Sonralar general vəzifəsinə qalxan Peers Birmada 101-ci “OSS Detachment” dəstəsinə komandanlıq edirdi. Bu dəstə bir neçə yüz amerikalıdan böyük olmamağına görə, Birmanın müxtəlif qəbilə qruplarının dəstəyinə arxalanırdı. Xüsusilə, Yaponiyaya qarşı güclü olan Kaçin xalqı bölmənin uğur qazanması üçün çox vacib rol oynayırdı.

Rəsmi olaraq 1943-cü ildə 77-ci Hindistan piyada briqadası və 1944-cü ildə 3-cü Hindistan piyada diviziyası olan Çinditslər (Chindits) 1943 və 1944-cü illərdə Birma kampaniyası zamanı Birma və Hindistanda xidmət edən Ost-Hindin “xüsusi qüvvələri” idi. Bunlar Orde Vinqeytin yeni inkişaf etdirilmiş partizan müharibəsi taktikasının daha uzaq məsafəyə nüfuz etməsi üçün qurulmuşdu.

Yapon hərbçiləri özləri də Sakit Okean Müharibəsinin sonrakı mərhələsində, Yaponiyanın resursları azalan zaman və müttəfiqlər işğal etməyə başlayanda partizan döyüşlərindən istifadə etdilər. Tadamiçi Kuribayaşi, Amerika qüvvələrinə hücum etmək üçün tunellər və mağaralar şəbəkəsinin istifadə olunduğu İvo Jima döyüşündə məşhur bir partizan müharibəsi taktikasından istifadə etdi. Onun taktikası bir qədər müvəffəq oldu, amerikalılar İvo Jimayı 36 günə tuta bildilər. Eyni taktika Okinava döyüşü zamanı istifadə edildi.

Soyuq Müharibə dövrü (1945-1990)

Baltikdə Sovet əleyhinə kampaniyalar


II Dünya müharibəsindən sonra, 1940-1950-ci illərdə Estoniya, Latviya və Litvada minlərlə döyüşçü (“Meşə qardaşları”, “Latviya milli partizanları”, “Litva partizanları” (1944-1953)) Sovet işğalına qarşı uğursuz partizan müharibələrində iştirak etdilər. Litvada partizan müharibəsi 1958-ci ilə qədər kütləvi idi və Estoniyada son döyüşçü 1978-ci ildə ələ keçirildii və öldürüldü.

İkinci Hind-Çin müharibəsi zamanı da bu taktikalardan geniş miqyasda istifadə olundu.

Cənubi Vyetnam daxilində

Amerika Birləşmiş Ştatları daxilində Vyetnam müharibəsi ümumiyyətlə partizan müharibəsi olaraq düşünülür. Bununla birlikdə, bu, Maoist nəzəriyyəsi tərəfindən irəli sürülmüş daha mürəkkəb bir vəziyyətin sadələşdirilməsidir. Vyetnam Milli Azadlıq Cəbhəsi Cənubi Vyetnam kəndlilərindən və fəhlə sinfindən öz sıralarını cəlb edərək müharibənin ilk mərhələlərində partizan taktikalarından istifadə etdi.

Lakin 1965-ci ildə ABŞ-ın iştirakı artıqca Milli Azadlıq Cəbhəsi Şimali Vyetnam Ordusunun nizamlı bölmələri tərəfindən sıxışdırılmağa başlanıldı. Ənənəvi hərbi xətlərlə təşkil edilən Milli Azadlıq Cəbhəsinin alayları ərazidən kənarda yaşamaq əvəzinə Ho Şi Minhin yolu ilə getdilər və partizan qüvvələri tərəfindən normal istifadə edilməyən tank və artilleriya kimi silahlar əldə etdilər. Bundan əlavə, Şimali Vyetnam hissələri siyasi səbəblərə görə Amerika bombardmançıları tərəfindən məhdudlaşdırılmışdı, ona Milli Azadlıq Cəbhəsi heyəti personal və və sığınacaqlar verirdi.


Vaxt keçdikcə döyüşlərin çox hissəsi Şimali Vyetnam Ordusu tərəfindən aparıldı və müharibə xarakteri getdikcə ənənəvi hala gəldi. 1975-ci ildə Cənubi Vyetnama edilən son hücum partizan müharibələrinin kiçik, dəstəkləyici rol oynadığı adi bir hərbi əməliyyat idi.

Çuçi tunelləri Vyetnam müharibəsi zamanı partizan müharibəsi üçün əsas baza idi. Saiqondan (Ho Şi Min şəhəri) təqribən 60 km şimal-qərbdə yerləşən Vyetnam Konq (NLF) gün ərzində gizlənmək, yaşamaq və gecə döyüşə çıxmaq üçün mürəkkəb sistem tunellərindən istifadə etdi.

Vyetnam müharibəsi boyu Kommunist Partiyası münaqişənin bütün səviyyələrinə yaxından nəzarət edirdi.

Vyetnam partizanlarının əsas hissəsi fərqli problemləri və həssaslıqları olan cənublular idi. Buna baxmayaraq, onlar təchizat, silah və təlim keçmiş kadrlarla təmin edən Şimali Lao Donq Partiyası ilə əlaqələndirildi. Cənubi Vyetnam Kommunist Partiyası, Xalq İnqilabı Partiyası (PRP) və qismən hərbi fəaliyyətə nəzarət edən Cənubi Vyetnamın Mərkəzi Ofisi olan COVSN 1962-ci ildə qiyamlarda iştirak etmək üçün təşkil edilmişdi. 1968 Tet Hücumu ilk növbədə çox sayda kommunist döyüşçüsünün öldürüldüyü bir əməliyyat olduğundan, müharibə zamanı NVA-nın rolunu artırdı.

Laos vətəndaş müharibəsi

Mərkəzi Kəşfiyyat İdarəsi, Laos Krallığının PAVN işğalçılarına qarşı çıxmaq üçün bir partizan ordusu yetişdirdi. Əsasən Hmonq təpəsinin yerlilərindən ibarət olan General Vanq Paonun rəhbərliyindəki L'Armee Clandestine bu günə qədər hava üstünlüyündən yararlanan yeganə partizan ordusu idi. 1961-1975-ci illərdə saylarının azalması və Amerikanın dəstəyinin zəifləməsi onların məğlubiyyətinə səbəb oldu.

Sovet İttifaqının Əfqanıstana hücumu


Sovet İttifaqının Əfqanıstana hücumu böyük şəhərləri sürətlə ələ keçirməklə başladı, lakin sonra on il davam edən partizan müqavimətinə çevrildi. Əfqan tərəfi əvvəlcə XIX əsrdən və ya Birinci Dünya müharibəsindən tüfəng kimi köhnəlmiş silahlarla döyüşən qəbilələrdən ibarət idi. Müqavimət döyüşçüləri kollektiv olaraq mücahidlər kimi tanınırdılar. Birləşmiş Ştatlar Əfqanıstan müqavimətini tədricən daha güclü silahlarla, tank əleyhinə komplekslər və zenit raketləri ilə dəstəkləməyə başladı ki, bu da Sovet İttifaqının məğlub olmasına gətirib çıxardı.

Banqladeş Azadlıq Müharibəsi

Mukti Bahini (Benqalca: "Qurtuluş Ordusu") ifadəsi kollektiv olaraq Banqladeş Azadlıq Müharibəsi zamanı Pakistan Ordusuna qarşı döyüşən silahlı təşkilatlara aid edilirdi. Bu, 26 Mart 1971-ci ildə Banqladeşin (köhnə Şərqi Pakistan) müstəqillik elan etikdən sonra (əsasən) benqal nizami ordusu və mülki insanlar tərəfindən dinamik olaraq formalaşdırılmışdı. Sonradan, 1971-ci ilin aprel ayının ortalarında Şərqi Pakistan silahlı qüvvələrinin keçmiş üzvləri “Banqladeş Silahlılarını” formalaşdırdılar və M A G Osmani bunların komandanı oldu. Mülki şəxslər müharibə zamanı silahlı qüvvələrə yardım göstərməyə davam edirdi. Müharibədən sonra “Mukti Bahini” Banqladeş Azadlıq Müharibəsi zamanı Pakistan silahlı qüvvələrinə qarşı mübarizə aparan keçmiş Şərqi Pakistan əsilli bütün qüvvələrə (hərbi və mülki) aid olan ümumi bir terminə çevrildi. Mukti Bahini düşmənləri qovmaq üçün təsirli bir partizan qüvvəsi kimi fəaliyyət göstərirdi. Bu qruplaşmalar Fransızların Maquis, Vyetkonq və İosip Broz Titonun partizanları ilə taktikaları və effektivliyinə görə müqayisə edilirdi.

Şimali İrlandiya münaqişəsi

1960-cı illərin sonlarında Şimali İrlandiyada konflikt yenidən başladı. Problemlərin mənşəyi İrlandiya Müstəqillik Döyüşü zamanı İrlandiyanın bölünməsində idi. Konflikt 1998-ci ildə “Good Friday” Sazişinin imzalanmasıyla sona çatdı. Şiddət müvəqqəti İrlandiya Respublika Ordusu tərəfindən ingilislərin Şimali İrlandiyada olmasına qarşı silahlı bir kampaniya və hər ikisinin - loyalistlət və respublikaçılar - mülki şəxslərə hücumu ilə xarakterizə edildi. Loyalistlər tərəfdarlarla İngilis təhlükəsizlik qüvvələri, respublikaçılar və həm İngilis, həm də İrlandiya təhlükəsizlik qüvvələri arasında qarşıdurmalar yaşanırdı.

Həm loyalistlər, həm də respublikaçı hərbi qüvvələr mülki şəxslərə qarşı tez-tez terror vəhşiliklərini həyata keçirirdilər.

Sazişdən sonra parçalanan qruplara partizanlar deyilə bilər, lakin həm İngilis, həm də İrlandiya hökumətləri tərəfindən terrorçu və ya müxalif adlandırılırdılar. BBC və CNN kimi xəbər medialarında “İRA silahlıları” və ya “Loyalist silahlılar” kimi “silahlılar” ifadəsi tez-tez istifadə olunur. 1995-ci ildən bəri CNN “İRA partizanları” və “Protestant partizanları” ifadələrində olduğu kimi partizan sözündən istifadə etməyə başladı. “Reuters”, terror sözünü birbaşa sitat xaricində istifadə etməmək üçün “partizan qrupları” adlandırırdı.

Latın Amerikası üsyanları


1960, 1970 və 1980-ci illərdə Latın Amerikasında bir neçə şəhər partizan hərəkatı var idi, onların strategiyası rejimi sabitləşdirmək və hərbçilərin kontr-reaksiyasına səbəb olmaq idi. Nəzəriyyə bu idi ki, sərt bir hərbi rejim partizanları dəstəkləyən və xalq üsyanını yaradan orta təbəqələrə təzyiq göstərəcəkdi.

Bu hərəkatlar, Argentina, Uruqvay, Qvatemala və Peru kimi hökumətlər hərbi müdaxiləyə qədər, partizan hərəkətlərinin tamamilə qarşısını almağa davam etdilər, həm vətəndaşlar, həm də silahlı üsyançılar arasında bir neçə vəhşilik etdilər.

Bəzən Kuba tərəfindən dəstəklənən digər bir neçə solçu partizan hərəkatı ABŞ-ın dəstəklədiyi hökumətləri və ya sağçı hərbi diktaturaları devirməyə çalışdı. ABŞ-ın dəstəklədiyi Contra partizanları Nikaraqua solçu Sandinista hökumətini devirməyə çalışdı. Sandinist inqilabı Nikaraqua qadınları və silahlılarının cəlb edilməsinə gətirib çıxardı.

İran-İraq müharibəsi

Səkkiz illik İran-İraq müharibəsi zamanı İraq ordusuna qarşı nizamsız tatikalardan istifadə olunurdu. İranın Döyüş Qərargahı İran Ordusunun 65-ci Hava-Xüsusi Qüvvələri Briqadası və İraq Kürdüstanının Peşmərgəsi partizan müharibəsində iştirak edirdi.

2000-ci ildən sonra Avropada

Yunanıstanda marksist ideloloji görüşləri daşıyan 17 Noyabr inqilabçı hərəkatı rəhbərliyinin çox hissəsinin ələ keçirilməsi və həbs olunmasından sonra 2002-ci ildə dağıldı.


Çeçenistanda müstəqillik tərəfdar qrupları ilə Rusiya hökuməti arasında davam edən müharibə Avropadakı ən aktiv partizan müharibəsidir. Qərb xəbər mediası tərəfindən yayılan hadisələrin əksəriyyəti Çeçenistan xaricində çeçen separatçılarının Rusiya vətəndaşlarına qarşı törətdikləri çox qorxunc terror aktlarıdır. Ancaq Çeçenistan daxilində müharibə klassik partizan müharibəsinin bir çox xüsusiyyətlərinə malikdir.

Şimali İrlandiyada, Həqiqi İrlandiya Respublika Ordusu və Davamlı İrlandiya Respublika Ordusu, Müvəqqəti İrlandiya Respublika Ordusunun parçalanması nəticəsində yaranan iki kiçik, radikal qrup mövcud olmağa davam edir. Bu qruplaşmalar İrlandiya respublikaları arasında populyarlığı və partizan fəaliyyəti baxımından az müvəffəq olub. Davamlı İRA heç bir qətl həyata keçirə bilmədi, Həqiqi İRA-nın ölümlə nəticələnən yeganə hücumları 1998 Omaqh hücumu idi. 29 mülki şəxsin ölümü ilə nəticələnən bombalama aktı idi.

İran

1979-cu il inqilabından sonra İranın Müdafiə naziri Mostafa Kamran İranın Silahlı Qüvvələrinin tərkibində nizamsız müharibə qərargahını yaratdı. İran-İraq müharibəsi zamanı İraq ordusuna qarşı güc tətbiq etdi. Daha sonra qərargah dağıldı.

İraq (2003-2011)

İraq üsyançıları bir çox partizan taktikasından ABŞ rəhbərliyindəki koalisiyaya qarşı istifadə edirdilər. Bu cür taktikaya nəqliyyat vasitələrinin və insan hədəflərinin bombalanması, intihar bombaları, pusqu, snayper hücumları və ənənəvi “vur-qaç” taktikaları daxil idi. Müharibə ilə əlaqəli yaralanmaların və ölümlərin sayının ümumi koalisiya itkilərinin bütün mövcud statistikalarına daxil olması səbəbi ilə üsyançı partizanların hərəkətinə ABŞ-ın nə qədər itki verə biləcəyi bəlli olmasa da, 18 mindən çox koalisiya əsgəri xəsarət alıb və 3000-dən çoxu öldürülüb. Bundan əlavə, sünni üsyançılar Əl-Anbar və Diyala qubernatorluğu, İraq ərazisinin üçdə bir hissəsi üzərində de-fakto nəzarət qurdular. Bir sıra koalisiya təşəbbüslərinə baxmayaraq üsyançı nəzarət təmin edildi; Bağdadda pisləşən zorakılıq davamlı üsyançı nəzarəti təmin edərək koalisiya qüvvələrinin geri çağırılmasına səbəb oldu.

İsrail

Antisemitizm zorakılığından qaçan çoxlu sayda Avropa yəhudiləri Fələstinə köç etdilər. İngilislər bölgəyə yəhudi miqrasiyasını məhdudlaşdırdıqda (1939-cu il tarixli qərar) yəhudi immiqrantlar iki məqsəd üçün İngilislərə qarşı partizan müharibəsindən istifadə etməyə başladılar: daha çox yəhudi qaçqın gətirmək və ərazidə Britaniyaya qarşı mövcud əhval-ruhiyyəni dəyişmək. Lehi və İrqun kimi yəhudi qrupları - bir çoxu Varşava Gettosunun nasistlərə qarşı döyüşlərində təcrübəsi olanlar, Kinq David Otelinin bombalanması da daxil olmaqla ingilis əsgərləri ilə bir neçə dəfə toqquşdular. Ərəblərə qarşı da hücumlar etdilər və qarşıdakı 1948-ci il qarşıdurmasına zəmin hazırladılar.

Yəhudi nizamsız qüvvələri, II Dünya müharibəsindən yenicə qalib gələn İngilis İmperiyasına qarşı vuruşurdu. Bu qruplardan bəziləri İsrail Müdafiə Qüvvələrinə birləşdi və sonradan 1948-ci il İstiqlal Müharibəsində iştirak etdilər.

Naksal üsyanları

Qərbi Benqaldakı Naksal üsyanları Hindistanın şərqində Maoistlərin yüksəlişinin başlanğıcı idi. Naksallar Xalqlar Müharibəsini Kalkutta şəhərində radikal tələbələr vasitəsilə başlatdı, lakin bu gün kəndlərdə və ən yaxşı universitetlərdə ciddi dəstəkçəliləri olmaqda davam edir. Maoist nəzarəti altında olan əraziyə müharibə zonası kimi baxıldı və qrupun özü Baş nazir tərəfindən Hindistan təhlükəsizliyinə ən böyük təhdid adlandırıldı.

Xalistan Hərəkatı

Xalistan hərəkatı Hindistanın Pəncab əyanları tərəfindən başlanan bir hərəkat idi. Pəncab bölgəsi Sikxlər üçün tarixi və dini əhəmiyyət daşıyır və Birləşmiş Hindistanın ayrılması zamanı mübahisə yaranıb. 1980-ci illərdə Hindistanda başa çatsa da, Xalistan hərəkatının hələ də dünyada, əsasən Kanadada və İngilis Sıx İcmasında tərəfdarları var. İdeologiyanın tərəfdarlarından biri də Xalistan Zindabad Qüvvəsidir.

Əfqanıstan (2001-2016)


“Taliban” qiyamı 2001-ci ildə Müttəfiq qüvvələr tərəfindən Əfqanıstanın işğalından sonra başladı. Britaniya və Sovetlərə qarşı əvvəlki müharibələrdə olduğu kimi, NATO-nun müdaxiləsinə qarşı əfqanların mübarizəsi ənənəvi “müqəddəs müharibə (Cihad)” formasını aldı. Sovet İttifaqının Əfqanıstanda 20 il əvvəl işğalı zamanı olduğu kimi “Taliban” qiyamçıları Pakistanın dağlıq ərazilərinə sığındı və Əfqanıstan və Pakistan arasındakı sərhədi keçərək, Pakistan və NATO qüvvələrindən tez-tez hücumlara məruz qaldı. “Taliban” indi Əfqanıstan həyatında dominant bir rola malikdir. ABŞ onunla danışıqlar masasına oturub.

Amerika Birləşmiş Ştatlarının nizamsız müharibə əlavəsi (Irregular Warfare Annex) (2019)

2019-cu ilin oktyabr ayında RAND-da keçirilən seminarzamanı ABŞ Müdafiə nazirinin köməkçisinin üavini Mick Mulroy 2018-ci ilin Milli Müdafiə Strategiyasında olan Nizamsız Müharibə Əlavəsini ictimaiyyətə yaydı.

O izah etdi ki, nizamsız müharibələrə partizan və qiyamçılarla mübarizə, terrorla mübarizə, qeyri-ənənəvi müharibə, xarici daxili müdafiə, diversiya (sabotaj), təxribat fəaliyyəti (subversion), həmçinin sabitləşmə və informasiya əməliyyatları daxildir. Bu anlayış, ənənəvi olaraq, zorakı ekstremist təşkilatlarla mübarizə üçün istifadə edilən terrorla mübarizə (CT) kimi qəbul edilib, lakin Əlavə çərçivəsində bacarıqlar hərbi rəqabətin bütün sahələrinə tətbiq ediləcək. Bunlara Çin və Rusiya kimi qlobal güclərlə rəqabət, eləcə də Şimali Koreya və İran kimi dövlətlərə qarşı rəqabət daxildir.

Mulroy, ABŞ-ın bu prioritetlər arasında rəqabətə davamlı olmaq üçün “nizamsız müharibəyə təcavüzkar, dinamik və qeyri-adi yanaşmalar” ilə cavab verməyə hazır olduğunu söylədi. O, həmçinin Əlavə çərçivəsində həm xüsusi əməliyyatların, həm də şərti qüvvələrin əsas rol oynayacağını izah etdi.

Tarixi nümunələrin siyahısı

Uğurlu partizan kampaniyaları

Amerika İnqilab Müharibəsi (1775-1783);
Frensis Marion, Uilyam Davie, Natanel Qrin və Britaniya imperiyasına qarşı bir çox digər Amerika komandir və partizanlarının hərəkət və kampaniyaları;
İrlandiya Müstəqillik Müharibəsi (1919-1921); Kampaniya Maykl Kolins tərəfindən təşkil edilmişdi;
İspaniyada Yarımada Müharibəsi (1808-1814);
Birinci Bur Müharibəsi (1880-1881);
Əlcəzair müharibəsi (1954-1962);
SSRİ-yə qarşı Əfqan Mücahidləri (1980-1989);
Birma Kampaniyası (1942-1945);
Kuba inqilabı (1956-1959);
Şərqi Timor (1999);
Kosovo Azadlıq Ordusu (1992–1999);
Eritreya Müstəqilliyi Müharibəsi (1961–1991);
Türkiyə Müstəqillik Müharibəsində Türk İnqilabçılarının Osmanlı İmperatorluğunun müttəfiqlər tərəfindən bölünməsinə qarşı apardığı müharibə;
Ərəb üsyanı (1916-1919);
Haiti İnqilabı;
Latın Amerikasında İstiqlal Müharibəsi;
İndoneziya Milli İnqilabı;
Livanın cənubundakı Hizbullah (1982-2000);
II Dünya Müharibəsində Yapon işğalı zamanı Filippinlərin mübarizəsi;
Rodes Buş Müharibəsi (1972-1980);
Şotlandiya Müstəqilliyi Döyüşlərinin bölmələri; xüsusən Robert Bruce'ün başçılıq etdiyi fəaliyyətlər (13 əsr-14 əsr);
Birinci Hindistan müharibəsi (1946-1954);
Vyetnam müharibəsi (1959–1975);
Kamboca Vətəndaş Müharibəsi (1967-1975);
Banqladeş Azadlıq Döyüşü (1971);
Nepalda xalq müharibəsi;
Yuqoslaviyanın partizanları;
Çin (kommunistlər və millətçilər) (1946–1949);
Nikaraqua (1977-1979).


Uğursuz partizan kampaniyaları

İrlandiya partizanları (1799-1803);
Qafqaz müharibəsi (1817–1864);
Əlcəzairdə Əl-Qadir (1830–1847);
Qing Çində Taipinq üsyanı (1850–1864);
Polşa qiyamı (1863–1865);
İkinci Bur Müharibəsi (1899-1902);
Rusiya vətəndaş müharibəsi zamanı və sonra Ukrayna millətçi partizanları;
Rus Vətəndaş Müharibəsindən sonra Ukraynadakı Maxnovist anarxistlər və partizanlar;
Sovet Orta Asiyasında Basmaçi üsyançıları (1916-1931);
Sovet Rusiyasındakı Tambov üsyanı (1919-1921);
İrlandiya vətəndaş müharibəsi (1922-1923);
İspan vətəndaş müharibəsindən sonra İspan Maquis;
1939-1944-cü illərdə Polşa müqavimət hərəkatı;
Yunan Vətəndaş Müharibəsi (1945-1949);
Ukrayna üsyançı ordusu (UPA) (1944-1949);
Latviya, Estoniya və Litva 1944-1965, “Meşə Qardaşları”, Latviya milli partizanları, Litva partizanları;
Malay müharibəsi (1948-1960);
Birmada Karen Milli Azadlıq Ordusu;
Mau Mau üsyanı;
Kürdüstanın Peşmərgə qüvvələri;
Filippin-Amerika müharibəsi (1899-1902);
Efiopiyada italyan partizan müharibəsi (1941-1943);
Nasist Almaniyasında Vervolf hərəkatı (1945);
Tibet 1958-1974, Amerikanın Mərkəzi Kəşfiyyat İdarəsi, Prezident Riçard Niksonun Çin Xalq Respublikasına etdiyi diplomatik açıqlamaları kontekstində dəstəyini geri çəkdikdə, Çin işğalına qarşı müqavimət nəticədə uğursuz oldu;
Omandakı Dofar üsyanı, (1962-1976);
Tailand 1964-1982. Tailand Kommunist Partiyası (CPT) 1970-ci illərin sonlarında böyük uğursuzluğa düçar oldu və Tayland hökuməti tərəfindən 1982-ci ildə bütün döyüşçülərinə bir zamanlar nəzarət altına alınan uzun bir üsyana son verərək amnistiya verildi.
Uruqvay 1965-1973-cü illərdə. Tupamaros sonradan hakimiyyəti ələ keçirən ordu qüvvələri tərəfindən sıxışdırıldı;
Argentina 1969-1981. Montoneros və ERP 1977-ci ildə təhlükəsizlik qüvvələri tərəfindən yatırıldı;
Dominikan Respublikası. ABŞ qüvvələri Dominikan partizanlarını sıxışdırdı;
El Salvador;
Qərbi Saharadakı Polisario Cəbhəsi;
İkinci Sudan vətəndaş müharibəsi (1983-2005);
Hindistana qarşı Kəşmir silahlı üsyanları (1989-indiyə qədər);
Bəlucistan Qurtuluş Ordusu;
Birmada Kaçin Müstəqil Ordusu;
Peruda daxili qarşıdurma - 1981-2000-ci illərdə iki rəqib marksist partizan qrupu, Parlayan Yol və Tupac Amaru İnqilabi Hərəkatının rəhbərlik etdiyi üsyanlar;
Əlcəzairdə Silahlı İslam Qrupu (GİA).
Strategyvision.org

Teq: Partizan-Müharibəsi  


Oxşar məqalələr
Son əlavə olunanlar