Onların strategiyası kiçik, amma mobil bir qüvvənin daha güclü bir qüvvəyə təsirini artırmaqdır - Partizan müharibəsi (I YAZI)
İspan sözü olan “gerilla” mənası “müharibə” olan “Guerra” sözünün azaltma dərəcəsidir. Termin XIX əsrin əvvəllərində Yarımada müharibəsi zamanı, İspan və Portuqaliya xalqlarının Napoleon qoşunlarına qarşı mübarizəyə başladıqda və partizan strategiyasından istifadə edərək daha üstün bir orduya qarşı vuruşduqda məşhur oldu. İspan dilində bir partizan bölməsinin üzvü olan bir kişi “guerrillero”, qadındırsa “guerrillera” adlanır.
“Gerilla” termini ingilis dilində 1809-cu ildə fərdi döyüşçülərə (məsələn, “Şəhər partizanlar tərəfindən nəzarətə götürülüb”) və (İspan dilində olduğu kimi) belə döyüşçülərin bir qrupunu və ya birliyini ifadə etmək üçün istifadə edilib. Ancaq əksər dillərdə “gerilla” hələ də müharibənin özünəməxsus üslubunu ifadə edir. Sözün ana dilində azaltma dərəcəsində istifadə edilməsinə səbəb, partizan qüvvələri ilə dövlətin rəsmi, peşəkar ordusu arasındakı say, miqyas və əhatə dairəsindəki fərqi izah etməkdir.
Tarixi
Çinli general və strateq Sun Tzu, “Müharibə Sənəti” əsərində (e.ə. 6-cı əsr) partizan müharibəsindən istifadə etməyi təklif edən ən qədim şəxslərdən biridir. Bu, müasir partizan müharibəsinin inkişafına birbaşa ilham verib. Partizan taktikası, ehtimal ki, tarixdən əvvəl qəbilə döyüşçüləri tərəfindən düşmən qəbilələrinə qarşı tətbiq edilib.
Digər tərəfdən ənənəvi müharibə ilə bağlı sübutlar Misir və Mesopotamiyada eramızdan əvvəl 3100-cü ilə qədər mövcud deyil. Renosans dövründən etibarən millətçilik, liberalizm, sosializm və dini fundamentalizm kimi ideologiyalar qiyam və partizan müharibələrinin formalaşmasında mühüm rol oynayıb. Hindistanda Kerala Varmadan olan Pazhassi Raja 1790-1805-ci illərin əvvəllərində ingilsilərin Ost-Hind şirkətinə qarşı apardığı müharibədə partizan üsullarından istifadə edib. Partizan müharibəsi termini 1809-cu ildə Britaniyaya qarşı Pajassi üsyanından sonra ingilis dilində təsbit edilib. Artur Uelsli qiyamçıların texnikalarını məğlub etmək üçün məsuliyyət daşıyırdı, lakin o uğursuz oldu.
Mərakeşin milli qəhrəmanı hesab olunan Əbd ül-Kərim atası ilə birlikdə Mərakeş tayfalarını öz nəzarəti altında birləşdirdi və XX əsrin əvvəllərində İspan və Fransız işğalçılarına qarşı silaha sarıldı. Tarixdə ilk dəfə olaraq tunel müharibəsi müasir partizan taktikası ilə birgə tətbiq edildi, bu da Mərakeşdəki hər iki işğalçı orduya ciddi zərər verdi.
II Pun müharibəsi zamanı Hannibal ordusuna qarşı mübarizə aparan romalı Kvint Fabi Maksim Kunktator “partizan müharibələrinin atası” olaraq qəbul edilir. O, Hannibal ordusuna qarşı böyük təsir göstərmək üçün istifadə edilən Fabian strategiyasını hazırladı. Strategiya müasir dövrdə partizan taktikalarının ilham mənbəyi hesab olunur.
Maratx imperiyasının qurucusu Şivaçi də XVII əsrdə Moğol İmperiyasının daha böyük ordularını məğlub etmək üçün partizan taktikalarından istifadə edirdi.
Strategiya, taktika və metodlar
Strategiya
Partizan müharibəsi asimmetrik müharibənin bir növüdür: yəni, qeyri-bərabər əks qüvvələr arasında rəqabət. O, həm də nizamsız müharibənin bir növüdür: yəni, məqsəd sadəcə bir düşməni məğlub etmək deyil, xalqın dəstəyini və siyasi nüfuz qazanmaq, bunu düşmənə baha başa gətirməkdir. Buna görə partizan strategiyası kiçik, amma mobil bir qüvvənin daha böyük, daha güclü bir qüvvəyə təsirini artırmaq məqsədi daşıyır. Müvəffəqiyyətli olarsa, partizanlar düşmənlərini zərbələrlə zəiflədir, nəticədə geri çəkilmək məcburiyyətində qalırlar.
Taktika
Taktiki olaraq partizanlar adətən rəqib qoşunlarının böyük birləşmələri ilə qarşıdurmadan çəkinirlər, lakin öz itkilərini minimuma endirməklə qarşı tərəfin tədricən tükənməsi üçün onun şəxsi heyəti və mənbələrinə kiçik qruplarla hücum edirlər.
Partizanların mobilliyi və gizliliyi olur, sürpriz hücumlar edir, kiçik qruplarla hücum təşkil edir və daha böyük bölmələrin istifadə etməsi çətin olan ərazilərdən faydalanırlar. Məsələn, Mao Zedonq, Çin “İkinci İnqilabçı Vətəndaş Müharibəsi”nin başlanğıcındakı əsas partizan taktikalarını belə xarakterizə edirdi:
“Düşmən irəliləyir, geri çəkilirik; düşmən düşərgələrinə hücumlar edirik; düşmən yorulur vurur, hücum edirik; düşmən geri çəkilir, təqib edirik”.
XX əsrdə digər kommunist liderlər, o cümlədən Şimali Vyetnam Ho Chi Minh, Kubadakı “foko” nəzəriyyəsi və Əfqanıstanda sovet əleyhinə mücahidlərin yolundan gedərək partizan müharibəsi taktikasından istifadə edib və inkişaf etdirib.
Qeyri-ənənəvi metodlar
Ənənəvi hərbi üsullarla yanaşı partizan dəstələri, məsələn, əldəqayırma partlayıcı qurğularından istifadə edərək infrastrukturun məhv edilməsi kimi qeyri-ənənəvi metodlardan da istifadə edirlər. Onlar adətən yerli əhalinin və xarici dəstəkçilərin maddi-texniki və siyasi dəstəyinə arxalanırlar. Əksər hallarda yerli əhalinin içinə daxil olurlar (bununla da əhalini canlı qalxan kimi istifadə edirlər) və bir çox partizan dəstələri təbliğat kampaniyaları və hətta bəzən güc tətbiq etməklə ictimai etiqad qazanmağa, dəstəkçilərinin sayını artırmağa çalışırlar. Bu gün bir çox partizan hərəkatı da döyüşçü, kəşfiyyatçı, casus, məlumatçı və digər funksiyaları yerinə yetiməsi üçün uşaqlardan istifadə edir. Bu isə beynəlxalq qınağa səbəb olur. Bir çox dövlətlər də uşaqları silahlı qüvvələrinə cəlb edirlər.
Bəzi partizan qrupları qaçqınlardan gücünü möhkəmləndirmək və ya bir düşmənə qarşı siyasi sabitliyi pozmaq üçün silah olaraq da istifadə edirlər. FARC partizan müharibəsi milyonlarla kolumbiyalını didərgin saldı və Əfqanıstanda qəbilə tipli partizan müharibəsindən (Sovetlərə qarşı) istifadə etdi.
Partizan müharibəsi və terrorizmin müqayisəsi
“Terrorizm” termininin ümumiyyətlə qəbul edilmiş bir tərifi yoxdur və bundan adətən müharibə edən tərəf istifadə edir. Bəzi terror qruplaşmalarından fərqli olaraq partizanlar ümumiyyətlə silahlı birləşmələr kimi açıq mövqelərdə fəaliyyət göstərir, əraziləri tutmağa və ələ keçirməyə çalışırlar, döyüşdə düşmən hərbi qüvvələri ilə vuruşmaqdan çəkinmirlər və ümumiyyətlə ərazilərə, əhaliyə nəzarət etmək və ya təzyiq göstərmək üçün gücdən istifadə edirlər. Partizanların başlıca hədəfi rəqibin fəal hərbi birləşmələri olsa da, terrorçular qeyri-hərbi şəxslər və əsasən mülki şəxsləri hədəf alırlar. Partizan qüvvələri əsasən müharibə qanununa (jus in bello) uyğun olaraq mübarizə aparır. Ankara Böhran və Siyasət Tədqiqatları Mərkəzinin məlumatına görə, terrorçular, insanların ürəyinə qorxu yaradaraq, hətta günahsız əcnəbi insanları öldürməklə hərəkətlərini məhdudlaşdırmır və mülki insanları terror məruz qoyurlar.
Bununla yanaşı terrorizmlə partizan müharibəsinin bir sıra ortaq cəhətləri də mövcuddur. Belə ki, hər ikisində əsas məqsəd mövcud hakimiyyətə öz istəklərini icra etməyə məcbur etməkdir. Hər ikisi qeyri-ənənəvi mübarizə üsullarından istifadə etmir.
XX əsrdə geniş vüsət alması
Müasir partizan müharibəsi üçün sonradan xarakterik olan elementlərə malik nizamsız müharibə bir çox qədim sivilizasiyaların döyüşləri boyu mövcud olub. XX əsrdə partizan müharibəsinin geniş vüsət almasının səbəbləri bu mövzuya daha çox toxunulması ilə bağlıdır. XIX əsrdə Matías Ramón Mella tərəfindən yazılan “Partizan müharibəsinin əl kitabı” adlı əsərdən başlayaraq, daha sonradan Çin, Kuba və Rusiyada apardıqları uğurlu inqilablardan sonra yazılmış müvafiq olaraq Mao Zedonqun, Çe Gevaranın, Leninin partizan müharibəsi mövzusunda yazdıqları nəzəri işləri ilham mənbəyi oldu. Çe Geveranın sözlərinə görə, partizan müharibəsi əksəriyyət tərəfindən dəstəklənən, lakin müdafiə üçün daha az sayda silahı olan tərəf tərəfindən istifadə olunur.
Partizanlara qarşı mübarizə (Kontgerilla)
Partizanlara qarşı mübarizə əməliyyatı bir tanınmış hökumətin ona qarşı qaldırılan bir üsyanı yatırtması və ya onu dayandırmaq üçün etdiyi fəaliyyətləri əhatə edir. Əsas olaraq, partizanlar nəzarət etmək istədikləri dövlətin müdafiə orqanlarının siyasi nüfuzlarını məhv etməyə və ya dağıtmağa çalışırlar, kontrgerilla isə bu hakimiyyəti qorumağa və qiyamçıların qarşını almağa çalışır.
(Ardı var...)
Oxşar məqalələr
-
Ukraynada partizan müharibəsini hansı qüvvələr aparır?
-
Rusiyada müharibə əleyhinə gizli mübarizə – Hər an “partlayış” baş verə bilər
-
Ukrayna müharibəsinin asimmetrik üzü – Qara dəniz ticarət gəmiləri də hədəfdədir
-
Kamikadze hücumları qanunsuz deyil| Asimmetrik müharibə və beynəlxalq humanitar hüquq - IV YAZI
-
Xəyanətkarlığın dəqiq parametrləri bəllidir?| Asimmetrik müharibə və beynəlxalq humanitar hüquq - III YAZI
-
Strateji, əməliyyat və taktiki səviyyə| Asimmetrik müharibə və beynəlxalq humanitar hüquq - II YAZI
-
İsrailin İrana qarşı asimmetrik müharibəsi| İranın kəskin reaksiya göstərmək qabiliyyəti var?
-
Asimmetrik müharibə nədir?
Son əlavə olunanlar
-
Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir? "/>Süni Zəka dövründə hüquq| Məhsuldarlıq artacaq? Bəs “Deep Fake” nədir?
-
STRATEJİ BAXIŞ "/>Texnologiyanın tətbiq sahələrinə görə istiqamətləndirilməsi – STRATEJİ BAXIŞ
-
Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər "/>Əməliyyat Kodu: İmkanları Artırılmış İnsan Əsgərlər
-
Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ "/>Əhalinin qocalması bütün sosial tarazlıqlara təsir edir – Sosioloji dəyişənlərə STRATEJİ BAXIŞ
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir? "/>SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Koqnitiv məhdudiyyətlərin gələcəyi "/>Məlumata əsaslanan müharibə və kəşfiyyat təhlili: Koqnitiv məhdudiyyətlərin gələcəyi
-
ANALİZ "/>Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Virtuallaşdırma Texnologiyası Dedikdə Nə Başa Düşürük?
-
Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük? "/>Kumulyativ Zəka: Yığım Emalı Gücü Dedikdə Nə Başa Düşürük?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
Rəqəmsallaşma və Artığı "/>İnsan Resurslarının İdarəolunmasında Yeni Yanaşmalar: Rəqəmsallaşma və Artığı
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü? "/>“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır? "/>Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
STRATEJİ BAXIŞ "/>Anormal hava hadisələri niyə artıb? – STRATEJİ BAXIŞ
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir? "/>2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü? "/>ABŞ dollarının hegemonluğu bitəcək? Bu, ən qısa zamanda mümkündürmü?
-
Onlar hansı üstünlüklərə malikdir? "/>Yaxın kosmos platformaları və tətbiqləri – Onlar hansı üstünlüklərə malikdir?
-
Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı "/>Alimlərdən maraqlı kəşf – Zehni oxuma cihazı hazırlandı