İsrail “Carmel”ləri SZ texnologiyası ilə təchiz edir

 İsrail “Carmel”ləri SZ texnologiyası ilə təchiz edir
753     17:42     11 10 2021    
İsrail Müdafiə Nazirliyi inkişafı davam edən “Carmel” zirehli döyüş maşını üçün texnoloji platformaların hazırlanması və inteqrasiyasının növbəti mərhələsi üçün “Israel Aerospace Industries” (IAI) şirkəti ilə müqavilə imzalayıb.

Nazirliyin müxtəif qurumlarının birlikdə həyata keçirdiyi “Carmel” proqramının konsepsiyası ordunun manevr imkanlarını əhəmiyyətli dərəcədə yaxşılaşdırmaqdır. Gələcək döyüş meydanında aparıcı rol oynayacaq şəkildə hazırlanan döyüş maşını mürəkkəb iş yükünü əhəmiyyətli dərəcədə azaldaraq, düşmən təhdidlərinə tam vəziyyət xəbərdarlığı və sürətli reaksiya verən Süni Zəka texnologiyasından istifadə edir.

Çoxsaylı sensorlar və kameralar olan “Carmel” ekipajın eyni anda bir neçə düşmən hədəfi axtarması, sonra hədəflərə prioritet müəyyənləşdirməsi və yoldan kənar hərəkət etmə kimi avtonom xüsusiyyətə əmalikdir.

35 tonluq maşın 2014-cü ildə həyata keçirilən əməliyyatdan dərslər çıxarılaraq hazırlanıb və şəhər mühitində idarə etmək üçün sadədir, nisbətən ucuz, çevik və ölümcül atəş gücünə malikdir.

İki nəfərlik ekipaj tərəfindən idarə olunan platforma, demək olar ki, tamamilə avtonomdur və düşmən radarına görünməzdir. Platformada modul şəffaf zireh, yeni nəsil kooperativ aktiv qorunma, mina siqnalı və zərərsizləşdirmə sistemi, hibrid mühərrik də daxil olmaqla qabaqcıl texnologiyalar var.

“Carmel” həm də müşahidə, kəşfiyyat və hücum qabiliyyətlərinə kömək edə biləcək taktiki PUA-larla təchiz edilib. Hazırkı və gələcək zirehli döyüş maşınlarına tətbiq ediləcək və bir sıra avtonom və SZ tenologiyası idarə olunan platformalarda işləyən qapalı lyuklarda olan ekipaj üzvlərini əhatə edəcək. Təhdidlərin aşkarlanması, müdafiə və hədəflərin əldə edilməsi də daxil olmaqla bir çox qabiliyyət avtonom olacaq.

IAI şirkəti yeni müqavilə ilə “Carmel” proqramı üçün texnologiyaların daha da inkişaf etdirilməsinə rəhbərlik edəcək.
Strategyvision.org

Teq: İsrail   Carmel  


Oxşar məqalələr
Son əlavə olunanlar