Türkiyədə Süni Zəka Platforması yaradılacaq

Türkiyədə Süni Zəka Platforması yaradılacaq
308     12:28     16 09 2021    
Türkiyənin Müdafiə Sənayesi Komitəsinin tərkibində Süni Zəka (SZ) Platforması yaradılacaq.

Bu barədə Komitənin sədri İsmayıl Dəmir məlumat verib.

O qeyd edib ki, platformanın məqsədi SZ sahəsində işləri sürətləndirmək və onu daha məhsuldar etməkdir.

“Süni Zəka Platformasını ən qısa müddətdə istifadəyə verməyi planlaşdırırıq”, - deyə Dəmir qeyd edib.

Yeni platformanın yaradılması Türkiyənin Milli Süni Zəka Strategiyası (2021-2025) sənədində nəzərdə tutulub. Ölkənin Rəqəmsal İnkişaf Ofisi Rəhbərliyi və Sənaye və Texnologiya Nazirliyi tərəfindən 11-ci İnkişaf Planı və 2021-ci il üçün İllik Proqrama uyğun olaraq hazırlanan sənəd Türkiyənin Süni Zəka (SZ) sahəsində 2025-ci ilə qədər həyata keçirəcəyi işlərin yol xəritəsidir.

Strategiyanın prioritetləri və bu çərçivədəki məqsəd və tədbirlər “Rəqəmsal Türkiyə” və “Milli Texnologiya Hərəkatı” vizyonları çərçivəsində müəyyən edilib.
Strategyvision.org

Teq: Türkiyə   Süni-Zəka  


Oxşar məqalələr
Son əlavə olunanlar