İsrail avtomatlar üçün Süni Zəka ilə işləyən sistem hazırlayıb

İsrail avtomatlar üçün Süni Zəka ilə işləyən sistem hazırlayıb
1050     10:38     10 09 2021    
İsrailin “Elbit Systems” şirkəti hərbi qulluqçulara real zaman rejimində intuitiv döyüş qabiliyyəti təmin edən, avtomatın elektro-optik cihazı ilə dəbilqəyə quraşdırılmış görüntülmə sistemi və avtomatın qurğuları arasında əlaqə quran Süni Zəka (SZ) əsaslı ARCAS sistemini təqdim edib.

ARCAS hücum tüfənglərini rəqəmsal, şəbəkəli döyüş vasitələrinə çevirir və hərbi qulluqçuların həm gündüz, həm də gecə rejimində fəaliyyətinə şərait yaradır.

Sistem piyada və xüsusi təyinatlı qüvvələrə əvvəllər əlçatmaz olan döyüş qabiliyyəti təqdim edir, bunlar arasında passiv məsafə ölçmə, avtomatik ballistik korreksiya, atəş yerinin təsbiti, hərəkət hiss etmə, küncdən atəş açma bacarığı, taktiki komanda və idarəetmə (C2), naviqasiya yardımı, dost və ya düşmən ayrıd edə bilmə və döyüş sursatının izlənməsi var.

SZ ilə işləyən sistem hücum tüfənginin üzərinə quraşdırılmış innovativ proqram təminatına malikdir.

Qeyd edək ki, PUA, ekranlı dəbilqə və kibertəhlükəsizlik sistemlərinin istehsalçısı olan “Elbit Systems” şirkəti İsrail, Avropa, Şimali Amerika, Cənubi Amerika və Asiya-Sakit okean bölgəsində bir çox ölkəyə müdafiə avadanlıqları satıb. Şirkətin gəlirləri bu ilin birinci rübündə 1.12 milyard dollara çatıb. Şirkətin sifariş rezervləri rübün sonunda 11.8 milyard dollar olub. Ötən ilin eyni dövründə bu rəqəm 10.8 milyard dollar idi.
Strategyvision.org

Teq: SZ   İsrail  


Oxşar məqalələr
Son əlavə olunanlar