“Armata” tankı Süni Zəka ilə təchiz ediləcək?

 “Armata” tankı Süni Zəka ilə təchiz ediləcək?
1132     11:40     28 08 2021    
Rusiya T-14 “Armata” tankında bir sıra yeniləmələr edəcək.

Bu barədə “Uralvaqonzavod”un baş direktoru Aleksandr Potapov məlumat verib.

Onun sözlərinə görə, tank bütün dünya modelləri ilə müqayisədə əhəmiyyətli fərqlərə malikdir.

Potapov qeyd edib ki, tanklarda Süni Zəka (SZ) texnologiyası quraşdırılacaq.

T-14 tanklarının kütləvi istehsalı 2022-ci ilə planlaşdırılır. Tankın mühərrik gücü 1500 a.g., magistral yolda maksimum sürət 75-80 km/saat, seyr məsafəsi isə 500 km-dir. “Armata” 125 mm-lik top və “Kalaşnikov” tank pulemyotu ilə təchiz edilib.

Qeyd edək ki, T-14 “Armata” tankı, Rusiyanın “Uralvaqonzavod” Elmi-İstehsalat Korporasiyası tərəfindən yaradılan və istehsal olunan ən yeni əsas orta tankıdır. Yeni tankın yaradılması üzərində işlərə 2009-cu ildə başlanıb və tank ilk dəfə 9 May 2015-ci il tarixində Moskvadakı Qələbə paradında nümayiş etdirilib.

Rusiya mətbuatına görə, Rusiya Ordusu üçün 100 ədəd T-14 “Armata” tankı sifariş edilib. Bunların bir hissəsi artıq 2016-cı ildə sınaq istismarına daxil edilib. “Armata” tankının əsas sınaqları, Rusiya Müdafiə Nazirliyinin 3-cü Mərkəzi Elmi-Tədqiqat İnstitutuna daxil olan Zirehli Texnikaların Elmi-Tədqiqat Sınaq Mərkəzinin (Kubinka, Moskva vilayəti) bazasında aparılır. Bundan başqa, bir neçə T-14 tankı ölkənin müxtəlif bölgələrində yerləşən tank qoşunlarının bölmələri tərəfindən növbə ilə sınaqdan keçirilir. Bu sınaqlar müxtəlif iqlim şəraitində maşının sistemlərinin və qovşaqlarının işini yoxlamaq məqsədi ilə keçirilir.

Strategyvision.org

Teq:


Oxşar məqalələr
Son əlavə olunanlar