ABŞ ordusu üz tanıma üçün Süni Zəka sistemlərindən istifadə edəcək

 ABŞ ordusu üz tanıma üçün Süni Zəka sistemlərindən istifadə edəcək
928     10:34     26 08 2021    
ABŞ Ordusu cinayətkarların aşkarlanması və onların qarşısının alınması üçün Süni Zəka (SZ) sistemlərindən istifadə edəcək.

“Business Insider” nəşri öz mənbələrinə istinadən yazıb ki, ABŞ ordusu SZ sistemlərinin alınması üçün ölkənin ən mübahisəli startaplarından biri olan “Clearview AI” ilə müqavilə imzalayıb.

Sentyabr 2020-də imzalanan 5 illik müqavilənin ümum dəyəri cəmi 15 min dollardır. Ümumilikdə ABŞ Ordusu şirkətdən 15 lisenziya alıb.

“Clearview” startapı sosial mediaya yüklənmiş milyardlarla fotoşəkili əhatə edən üz tanıma alqoritmindən istifadə edir. Onların proqramı “Twitter”, “Facebook”, “Instagram”, “YouTube”, “LinkedIn” və digər sosial media platformalarından alınan fotoşəkilləri cinayətkar hesab edilən şəxslərin fotoları ilə müqayisə edir.

Qeyd olunan sosial media şirktləri “Clearview”u video və görüntülərin icazəsiz istifadəsinə görə xidmət şərtlərini pozmaqda günahlandırır.
Strategyvision.org

Teq: ABŞ   Süni-zəka  


Oxşar məqalələr
Son əlavə olunanlar