Türkiyənin Milli Süni Zəka Strategiyası təsdiq edildi

Türkiyənin Milli Süni Zəka Strategiyası təsdiq edildi
1252     09:48     20 08 2021    
Türkiyədə Milli Süni Zəka (SZ) Strategiyası (2021-2025) təsdiq edilib.

Strategiya 11-ci İnkişaf Planı çərçivəsində Sənaye və Texnologiya Nazirliyi və Prezident Administrasiyasının aidiyyatı ofisi tərəfindən birgə hazırlanıb.

Sənəddə Türkiyənin 2025-ci ildə SZ sahəsində nail olmağı planlaşdırdığı hədəflər təsvir olunub.

24 avqustda keçiriləcək mərasimdə Milli Süni Zəka Strategiyası ictimaiyyətə təqdim olunacaq.

Milli Süni Zəka Strategiyası 6 strateji prioritet ətrafında hazırlanıb. Prioritetlər SZ mütəxəssislərinin hazırlanması və bu sahədə məşğulluğun artırılması, araşdırma, sahibkarlıq və innovasiyaların dəstəklənməsi, keyfiyyətli məlumatlara və texniki infrastruktura çıxış, sosial-iqtisadi adaptasiyanı sürətləndirmək üçün tədbirlər görmək, beynəlxalq əməkdaşlığın gücləndirilməsini sürətləndirmək üçün struktur və işdir.

Strategiya, bu prioritetlər kontekstində 24 məqsəd və 119 tədbiri əhatə edir.
Strategyvision.org

Teq: Türkiyə   Süni-Zəka  


Oxşar məqalələr
Son əlavə olunanlar