Britaniya 6-cı nəsil “Tempest” qırıcıları üçün ağıllı raket sistemləri yaradacaq
Raketlər CSWTD (Kooperativ Zərbə Silahları Texnologiyası) proqramı çərçivəsində yaradılacaq.
Bu proqram çərçivəsində Britaniyanın Müdafiə Elm Texnologiyaları Laboratoriyası (DSTL) raketlərin necə birlikdə işləyə biləcəyini və bunun mövcud sistemlərin performansını necə artıracağını araşdıracaq.
Britaniya Müdafiə Nazirliyinə görə, raketlər yeni proqram sayəsində birlikdə işləyə və məlumat mübadiləsi edə biləcəklər.
Ümumiyyətlə, layihə raketlərin çevikliyini artırmağa müsbət təsir göstərməlidir, bu, döyüş zamanı belə ağıllı silahın daim dəyişən təhdidlərə sürətli cavab verməsi və ya müəyyən bir vəziyyətə uyğunlaşması üçün lazımdır.
Proqram üzərində iş bu ilin aprelində başladı. CSWTD proqramının icrası üçün iki il vaxt ayrılması planlaşdırılır. Proqram hazırda müxtəlif hərbi taktikaları və ssenariləri qiymətləndirmək mərhələsindədir, layihədə DSTL alimləri və MBDA şirkətinin mütəxəssisləri iştirak edir.
Qeyd edək ki, Britaniyanın 6-cı nəsil döyüş təyyarəsi II Dünya Müharibəsində uğurla iştirak edən "Hawker Tempest"in şərəfinə "Tempest" (ingiliscədən "Fırtına") adlandırılıb. Gələcəkdə altıncı nəsil "Tempest" qırıcıları Kral HHQ-nin "Eurofighter Typhoon" təyyarələrini əvəz edəcək. Yeni döyüş təyyarələrinin inkişaf etdirilməsinə aid İngiltərənin Baş naziri Tereza Mey, Farnboro beynəlxalq aviaşousunun açılışında açıqlama verib. 2025-ci ilədək bu proqramın yerinə yetirilməsi üçün iki milyard funt sterlinq sərmayə qoyulacaq. Tereza Meyin sözlərinə görə, layihə "Typhoon" təyyarələrinin varisini yaratmaq məqsədli proqram üçün zəmin yaradacaq və Britaniya hərbi aviasiya sənayesinin uzunmüddətli perspektivlərini müəyyənləşdirməyə kömək edəcək. Ayrılan vəsait 2035-ci ildə istismara veriləcək yeni təyyarənin əsasını təşkil edəcək texnologiyaların zəruri dəstini əldə etməyə kömək edəcək.
Britaniyanın Müdafiə naziri Gavin Uilliamson qeyd edib ki, layihələndirilən altıncı nəsil döyüş təyyarələrinin, həm pilotların idarəetməsi altında, həm də pilotsuz rejimdə missiyalarını həyata keçirməsi mümkün olacaq.
Bu layihənin həyata keçirilməsində iştirak edəcək konsernlər "Team Tempest" adı altında şirkətlər qrupu yaradıblar. Bu layihədə Britaniya şirkətlərindən təyyarə mühərrikləri istehsalçısı "Rolls Royce", hərbi-sənaye nəhəngi "BAE Systems", müxtəlif raket sistemlərinin məşhur Avropa istehsalçısı MBDA, eləcə də İtaliyanın "Leonardo" şirkəti iştirak edəcək.
Müdafiə Nazirliyi "Tempest" çərçivəsində yaradılan təyyarələrin ABŞ-ın beşinci nəsil F-35 qırıcı parkını tamamlayacağına inanırlar. Yeni təyyarələrin istehsalına paralel olaraq "Eurofighter Typhoon"nun istifadəsindən imtina ediləcək. Artıq layihəni ABŞ generalları da şərh edib. ABŞ Hərbi Hava Qüvvələrinin Avropadakı komandanı general Todd Valters hər hansı Britaniya qırıcısısı və ABŞ-ın F-35 təyyarələri arasında uyğunluğun vacibliyini vurğulayıb. O ümid edir ki, yeni Britaniya təyyarələri ABŞ-ın son F-35B qırıcı-bombardmançıları ilə "maksimum uyğun" olacaq.
Bu layihədə 2000-ci illərə qədər "BAE Sistems" tərəfindən hazırlanan "Replika" layihəsindən də istifadə edilib. Layihə çərçivəsində London perspektivli taktiki döyüşçü üçün texniki bir görüntü hazırlayıb. Sonra ingilislər yeni təyyarə yaratmalı və ya bütün bu çalışmaları bir kənara qoyub ABŞ-dan hazır F-35 qabaqcıl döyüş təyyarəsi almalı olduqlarını müzakirə edərək ikinci variantı seçdilər. 2000-cı ildə yaradılan texnoloji baza isə növbəti nəsil döyüş təyyarəsinin yaradılmasında istifadə olunacaq.
İctimaiyyətə təqdim edilən İngiltərənin yeni qırıcı modeli iki ədəd yana meyllənən idarəolunan kilə sahib olan "quyruqsuz" yüksəklik təyyarəsindən ibarətdir. Təqdim edilən maket yeni təyyarənin gövdəsinin hər iki tərəfində, qanadların altında yerləşən, hava girişlərinə sahib iki mühərrikə malik olacağını deməyə imkan verir. Yeni qırıcının dizaynında stels texnologiyadan geniş şəkildə istifadə etmək planlaşdırılır. Böyük Britaniyanın Müdafiə nazirinin sözlərinə görə, yeni qırıcı "Tempest" pilotlu versiyada optional olaraq istehsal ediləcək, standart versiya isə pilotsuz nəzərdə tutulur. Bu isə qırıcının yüksək sürət göstəricilərinə malik olacağından xəbər verir. Yeni qırıcı üçün xüsusi təyyarə mühərriki yaradılacağı məlumdur. Qırıcı "yönəldilən enerji silahları"na sahib olacaq və müxtəlif PUA-ları da idarə edə biləcək.
Həmçinin yeni qırıcıda ilk dəfə Süni Zəka ilə birgə işləyən və virtual pilot kabin funksiyası ilə təchiz olunan idarəetmə sistemi tətbiq ediləcək.
"BAE Systems" müdafiə sənaye şirkəti artıq yaxın gələcəkdə hazırlanmasına başlanması planlaşdırılan altıncı nəsil "Tempest" perspektivli döyüş təyyarələri üçün virtual pilot kabin konsepsiyasını təqdim edib. "Defense News" nəşrinin məlumatına görə, yeni kabində virtual elementlər xüsusi bir dəbilqə ekranı vasitəsisilə pilotun görmə bucağı sahəsinə əlavə ediləcək. Eyni zamanda əks olunan məlumatlar müəyyən vəziyyətlərə uyğun olaraq geniş bir diapazonda nizamlana biləcək.
Bu gün istehsal edilən qırıcıların böyük əksəriyyətinin pilot kabini ənənəvi olaraq məlumatları əks etdirən çoxfunksiyalı ekranlarla, rəqəmsal və analoq cihazlar dəsti ilə təchiz edilir.
Döyüş təyyarələri versiyalarına görə, kabindəki rəqəmsal və analoji cihazlarının sayı əhəmiyyətli dərəcədə dəyişə bilər. Məsələn, müasirləşdirilməyən döyüş təyyarələrinin köhnə modellərində, pilotun kabinində rəqəmsal alətlər tamamilə yox idi.
5-ci nəsil F-35 "Lightning II" çoxfunksiyalı qırıcılarında isə artıq virtual kabindən istifadə olunur. Bu qırıcıda "şəffaf görmə" sistemi tətbiq edilib - pilot təyyarənin xarici perimetri üzrə quraşdılan video kameralar vasitəsilə bütün görüntüləri dəbilqədəki ekran vasitəsilə əldə edir, görüntülər pilotun baxdığı istiqamətə uyğun olaraq dəyişir.
Məsələn, geri dönməklə pilot, kabinin arxa divarını və ya kreslonun arxa hissəsini deyil, məhz F-35 qırıcısının arxa hissəsində nə baş verdiyini görəcək.
"BAE Systems" tərəfindən göstərilən virtual pilot kabini konsepsiyası ümumiyyətlə kabində bizə tanış olan cihazlardan imtina etməyi nəzərdə tutur. Bütün kameraların, sensorların, radarların və atəşi idarəetmə sistemlərinin məlumatları reallıqları da əlavə edərək cihazların ekranında göstəriləcək. Eyni zamanda kabindəki məlumat çıxışı tamamilə nizamlana, pilot şəxsən məlumatların çıxışını və cihazları seçə, onların ekranda görünməsini və yerləşməsini təyin edə bilər.
Məlumata görə bəzi cihazların periferik görmə əhatəsindən xaric edilə biləcəyi bildirilir, onları yalnız pilot başını həmin istiqamətə çevirdiyində görə biləcək.
İngilislərin təqdim etdiyi virtual pilot kabini konsepsiyası yalnız bir toxunma ekranlı çoxfunksiyalı ekranın yerləşdirilməsini nəzərdə tutur, lakin bu ekran yalnız genişlənən reallıq sisteminin sıradan çıxması halında fəaliyyətə keçəcək. Uçuşun qəzasız rejimdə davam edəcəyi vəziyyətdə bu ekran söndürülmüş vəziyyətdə olacaq.
Oxşar məqalələr
-
Pekinlə SZ rəqabəti hansı yolla aparılmalıdır?
-
Süni Zəka özünə qarşı: kiber silah yarışında növbəti döyüş
-
SZ əsrinin yüksələn tendensiyası| Texno-siyasət hansı istiqamətdə inkişaf edir?
-
Şirkət idarəçiliyində SZ insanlardan daha yaxşı ola bilərmi?
-
“Palantir AIP” nədir? Orduları SZ ilə idarə etmək mümkündürmü?
-
Blokçeyn Nədir? Tətbiq Sahələri Hansılardır?
-
2023-cü ildə SZ gündəmi – 2024-cü ildən gözləntilər nələrdir?
-
“Terminator 2”dəki T1000-i xatırlayırsınız?| Alimlər buna bənzər bir şey planlaşdırırlar
Son əlavə olunanlar
-
İran Rusiyanın Fars körfəzində hibrid müharibə strategiyasından necə istifadə edəcək
-
İsrail və BƏƏ müdafiə şirkətləri SZ sahəsində əməkdaşlıq edir
-
Süni Zəkanın hərbi sahəyə inteqrasiyası üçün ən böyük risk etikadır
-
Asimmetrik müharibə: Dövlət və qeyri-dövlət aktorları arasında münaqişə "/>Asimmetrik müharibə: Dövlət və qeyri-dövlət aktorları arasında münaqişə
-
ANALİZ "/>Kiber dövrün strateji çətinlikləri – ANALİZ
-
Kiber müharibə ssenarisində çəkindirmə və əlaqələndirmə
-
Kibertəhlükəsizlik hərəkatı: Ölkələr niyə yeni növ müharibəyə hazırlaşır? "/>Kibertəhlükəsizlik hərəkatı: Ölkələr niyə yeni növ müharibəyə hazırlaşır?
-
Kibertəhlükəsizliyin əsasları, texnologiya və vacib olan nüanslar
-
ANALİZ "/>Kiber Məkan Əməliyyatları, Komandanlığı və təsirləri - ANALİZ
-
Yaxın Şərq yaxınlaşan iqlim fəlakətindən qaça bilərmi?
-
Siçanlar üzərində təcrübələr?| Avtonomluğa Aparan Yolda Məkan İdrakı – ANALİZ "/>Siçanlar üzərində təcrübələr?| Avtonomluğa Aparan Yolda Məkan İdrakı – ANALİZ
-
ABŞ HDQ 1000 insanlı və insansız gəmidən ibarət hibrid donanma qura bilərmi?
-
Dəniz platformalarında avtonom sistemlər
-
Hibrid müharibə: Köhnə konsepsiya, yeni texnikalar "/>Hibrid müharibə: Köhnə konsepsiya, yeni texnikalar
-
Müharibədə nanotexnologiya
-
Nüvə müharibəsində kimsə qalib gələ bilərmi?
-
Qərb ictimaiyyətinin gözündə PUA zərbəsini “qanuni” edən nədir?
-
Kiber müharibə: Atrubusiyadan çəkindirməyə "/>Kiber müharibə: Atrubusiyadan çəkindirməyə