“Google” Pentaqonu 2.5 milyon dollarlıq Süni Zəka əsaslı vasitələrlə təchiz etdi

“Google” Pentaqonu 2.5 milyon dollarlıq Süni Zəka əsaslı vasitələrlə təchiz etdi
696     16:44     02 07 2021    
“Google” şirkəti ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) 2.5 milyon dollar dəyərində Süni Zəka həlləri satıb.

Müqaviləyə ABŞ ordusunun koronavirus pandemiyası ilə mübarizəsinə kömək etmək üçün bulud texnologiyası və Süni Zəka əsaslı vasitələr daxildir.

Süni Zəka əsaslı vasitələr ABŞ Müdafiə Nazirliyinin koronavirus pandemiyası və digər oxşar fövqəladə vəziyyətlərdə kritik məlumatlarını birləşdirəcək və təhlil edəcək.

Müqavilə çərçivəsində iş 2020-ci ilin mayında başlayıb və bir il davam edib.

Daha spesifik olaraq müqavilədə "COVID-19 pandemiyasına və ya digər təcili cavablara dəstək olaraq" Müdafiə Nazirliyinin məlumatlarını birləşdirməyə kömək etmək üçün "Google" proqramının necə istifadə ediləcəyi izah olunur. Müqavilədə “COVID-lə əlaqəli pozuntular kontekstində SZ əsaslı optimallaşdırma həlli” tələb olunur.

"Google"dan təhlil edilməsi istənən məlumatlar arasında havadan və ya kosmosdan alınan görüntülərin analizinə kömək edəcək vasitələrin olduğunu göstərən məlumatlar da mövcuddur.
Strategyvision.org

Teq: Google   Süni-Zəka  


Oxşar məqalələr
Son əlavə olunanlar