2021-ci ildə Süni Zəka ilə bağlı silah yarışı: Kim qalib gələcək?
Keçən ilin yanvar ayında Birləşmiş Millətlər Təşkilatının 75 illik yubileyi münasibətilə BMT-nin Baş katibi Antonio Quterreş çıxışı zamanı dünyanı “yolundan azmış” olaraq təsvir etdi. Quterreşin ekzistensial təhlükələr siyahısında iqlim böhranı, geosiyasi gərginliklər və yeni texnologiyaların sui-istifadəsi var idi. Birinin adını xüsusilə çəkdi:
“Öldürücü avtonom silahlar - insanın qərarı və cavabdehliyi olmadan özləri öldürmək gücünə sahib olan maşınlar bizi qəbuledilməz mənəvi və siyasi sahəyə daxil edir”
Dövlətlərdə ölümcül avotonom silah sistemlərinin (və ya daha məşhur istifadəsi ilə “qatil robotlar”) “qəbuledilməz” olub-olmadığını müzakirə edə bilərik, amma Quterreşin riskin aktuallığında haqlı olduğuna şübhə ola bilməz: Avtonom silahların inkişafı və istifadəsi getdikcə sürətlənir, etik və siyasi baxımdan dəstəyi də artmaqdadır.
Dünyanın hərbi fövqəldövlətləri uzun illərdir ki, bu yeni ağıllı silah sinfi üzərində hökmranlıq uğrunda yarışır və bu yarış hərbi süni zəkanın üstünlüyü ilə qarışıq qlobal mənzərə fonunda güc balansını real olaraq dəyişdirə bilər. Hərbi maşınların təkmilləşdirilməsində bu cür tərəqiyyə gətirib çıxaran geosiyasi oyunlar nəzəriyyəsinin arzuolunmaz kor bir nöqtəsi var: Tarixən insan haqları strateji hesablamalarda daha az nəzərə alınıb.
COVID-19 pandemiyası ilə avtomatlaşdırmanın sürətlənməsi müxtəlif cəbhələrdə daha böyük sürət aldı. Hərbi əməliyyatlar haqqında artıq tamamilə yenidən düşünülməlidir - belə ki, sualtı qayıqda fiziki məsafəni qorumaq supermarketdə fiziki olaraq uzaqlaşmaqdan qat-qat çətindir.
Ölümcül süni zəka insan ekvivalentinə nisbətən daha çox üstünlüklərə sahib idi və indi bu siyahıya “fəlakətli viruslardan qorunmaq” da əlavə edə bilər. Bütün bu səbəblərə görə süni zəka uğrunda silah yarışını izləmək hər zamankındən daha vacibdir.
Əgər bu bir yarışdırsa, kim qələbə qazanacaq?
Demək olar ki, hər ay avtonom silahlarla bağlı başqa bir yenilik hərbi xəbərlərin başlıqlarında müşahidə olunur - Çinin pulemyotlarla təchiz edilmiş avotonom “Blowfish” A3 pilotsuz helikopteri və ya Rusiyanın minaatan və qumbaraatanlarla silahlanmış pilotsuz “Marker” döyüş robotu və s. Hərbi süni zəka dünyasında yeni ixtiraların çox olduğu heş kəsə sirr deyil, ancaq hansı ölkənin bu sahədə güclü texnologiyaya sahib olması tam aydın deyil.
Amerika Birləşmiş Ştatlarının Silahlı Qüvvələrində əsas rəhbər şəxslər bu sahədə Çinin qüdrəti barədə birbaşa xəbərdarlıqlar edib.
ABŞ Müdafiə Nazirliyinin nisbətən yeni idarəsi olan Birləşmiş Süni Zəka Mərkəzi ilk dəfə olaraq Çin təhdidinin Nazirlik üçün vacib olduğunu səbəb kimi açıq şəkildə göstərərək süni zəkanın əmr və komanda qabiliyyətini inkişaf etdirir. Mərkəzin direktoru general-leytenant Cek Şanahan Amerikan hərbi maşınının mümkün qədər çox avtomatlaşdırılmasının lazım olduğunu bildirib: “Mən potensial rəqiblərimizin tam süni zəka ilə silahlandırılmış bir gücə sahib olduğu və bizim olmadığımız bir gələcək görmək istəmirəm”.
Son bir ildə ABŞ Müdafiə Naziri kimi yüksək vəzifəli rəsmilər Çin texnologiyasının Amerikadan daha qabaqcıl ola biləcəyi ilə bağlı narahatlıqlarını ifadə ediblər. Nazir Mark Esper Çinin mövcud Amerika texnologiyasını “sıçrayış” edərək keçə biləcəyini proqnozlaşdırırdı. Hərbi istemblişmentin müvafiq narahatlığına gəlincə, Amerika ordusunun bütün birləşmələrində ölümcül avtonom silahlara ayrılan vəsait 2019-da artırıldı, 2020-ci ildə isə başqa səviyyəyə keçməyə qərar verildi.
Çin tərəfi üçün avotonom silahların inkişafına qoyulan sərmayənin artması Amerika hərbi üstünlüyünü ələ keçirmək üçün davam edən səylərdən biridir. Çindəki demək olar ki, bütün irimiqyaslı süni zəka proqramları kütləvi dövlət dəstəyindən və çox böyük məlumat dəstəyindən faydalanır və onun avotonom silah proqramı Pekinin süni zəka “tacındakı daş-qaşdır”. Çinin ölümcül avotonom silahlara qoyduğu böyük sərmayə digər ölkələrdən üstündür və onun hərbi nəzəriyyəçiləri insan-maşın əməliyyatlarının futuristik “ağıllı” modellərini yaratmaqda dünyanın qalan hissəsini qabaqlayır.
Çinin süni zəka strategiyasının əlavə bir cəhəti iqtisadidir, Pekin yeni ixrac məhsulu olaraq avotonom silah proqramından qazanc əldə etməkdə maraqlı görünür. Artıq Çin yüksək texnologiyaya malik pilotsuz uçuş aparatlarının bir çoxunu Yaxın Şərqdəki varlı alıcılara ixrac edir.
Keçən il, Çinin üçüncü ən böyük müdafiə şirkəti olan “Norinco”nun yüksək vəzifəli bir icraçısı Zeng Yi 2025-ci ilə qədər “döyüş bölgələrində döyüşən adamların olmayacağını” bildirib.
Silah yarışı olaraq avtonom silahlar və süni zəka yarışını sayılabilən (countable) obyektləri olan nüvə silahı (məsələn, nüvə silahlarının döyüş başlıqları və raket buraxılış qurğuları olur) ilə müqayisədə izləmək çox çətindir. Çinin avtonom PUA-ları və hipersəs “ağıllı” raketlərinin inkişafı ilə Amerikanın son 2,7 milyard dollarlıq nəhəng insansız gəmilərini necə müqayisə etmək olar? Suriyada ilk dəfə döyüşə girən Rusiyanın avtonom tankları haqqında nə demək olar? Qısa cavab ondan ibarətdir ki, avtonom silahların daha geniş yerləşdirilməsi olmadan biz bu barədə bir şey bilməyəcəyik.
Yeni Amerika Təhlükəsizliyi Mərkəzində Texnologiya və Milli Təhlükəsizlik Proqramının Baş Katibi Elza Kania qeyd edir ki, böyük güclərdən süni zəka silah yarışına kimin rəhbərlik etməsini aydınlaşdırmaq asan məsələ deyil:
“Yalnız bir cavab vermək olmur. Məsələn, potensial olaraq ABŞ hərbi qüvvələri süni zəkanı kiber əməliyyatlarda istifadə etməkdə daha bacarıqlı ola bilər, lakin Çin ordusu avtonom işləyə bilən hipersəs silah sistemlərində daha böyük irəliləyişlərə imza ata bilər və Rusiya hərbçiləri şəhər müharibələrində pilotsuz sistemlərin inteqrasiya edilməsində daha çox təcrübəyə sahib ola bilərlər”.
Ən inkişaf etmiş avtonom silahların dünyanın ən gizli hərbi laboratoriyalarında bağlı qapılar arxasında işləndiyini nəzərə alsaq, hərbi süni zəkanın obyektiv tərəqqisini qiymətləndirmək, hansı ölkənin ən yaxşı hərbi cəhətdən süni zəka imkanlarına sahib olduğunu demək çətindir. Ancaq bu mərhələdə Amerika və Çin rəsmiləri eyni şəkildə açıqlama verərək bütöv ordunun avtomatlaşdırılmasının finiş xətti olduğunu bildirib.
“Qəbuledilməzlik” yeni məqbulluqdur
Quterreşin ölümcül avtonom silahların qəbuledilməz qlobal təhlükə olması barədə söylədiyi sözlərə görə, Birləşmiş Millətlər Təşkilatı buna reaksiya verməkdə çətinlik çəkirdi. Ölümcül avtonom silahlar istehsal edən, inkişaf etdirən və inteqrasiya edən dövlətlər və ya şirkətlər üçün heç bir məhdudiyyət yoxdur və bunun 2020-ci ildə dəyişəcəyinə hər hansı bi münasibət bildirilməyib.
Avtonom silahların (və ya 'qatil robotların') tənzimlənməsi üçün ictimai təzyiqlər artır. "Human Rights Watch" tərəfindən noyabr ayında aparılan sorğuya görə, hər dörd avropalıdan üçü ölümcül avtonom silahları qadağan edən beynəlxalq müqavilənin olmasını istəyir. 28 ölkə Birləşmiş Millətlər Təşkilatında bənzər bir tədbirin görülməsini müdafiə edir.
Ancaq az sayda güclü ölkə beynəlxalq səviyyədə tənzimləməni tətbiq etmək üçün təsirli bir iş görür. Bu ölkələrin - Rusiya, Çin və ABŞ-ın indiyə qədər ən inkişaf etmiş hərbi süni zəkaya sahib olması heç də sürpriz deyil. TIME nəşri müzakirə proseslərini və iclasları təxirə salmaqla Rusiyanın bu prosesi "necə həll etdiyi" barədə məlumatlar verib. Çin və ABŞ bu mövzuda daha ciddidir, lakin heç bir maneə yaratmayıblar, onlar da öz səyləri ilə əsaslı qadağanın müzakirəsini təxirə salmağa çalışırdılar.
Buna baxmayaraq, BMT-nin tərksilah üzrə nümayəndəsi İzumi Nakamitsu "iki il ərzində" BMT-nin Adi Silahlar Konvensiyasının (CCW) forumunun ölümcül avtonom silah sistemlərinin beynəlxalq səviyyədə tənzimlənməsinə dair qəti bir təklif verə biləcəyi ilə bağlı nikbindir. Adi Silahlar Konvensiyası rejimi əvvəllər “potensial olaraq heç bir obyekt arasında fərq qoymayan” minalar və ya lazer silahları kimi silahların məhdudlaşdırılması və ya tənzimlənməsi sahəsində bir sıra tənzimləmələr yaradıb.
Təsadüfən (bir proqram səhvindən) və ya məqsədyönlü şəkildə (proqram “hack”lənib) ya da proqramlaşdırılmış məhdudiyyətlərdən xilas olmaq üçün ölümcül avtonom silahların olması Adi silahlar haqqında konvensiyaya daxil olan silahlarının məhdudlaşdırılması meyarlarına uyğun olaraq onların təsirlərinin necə fərqləndiriləcəyini görmək asandır.
“Qatil robotları dayandırın” adlı nüfuzlu kampaniya BMT prosesi ilə bağlı xüsusilə ehtiyatlıdır. Onlar xəbərdarlıq edir ki, bu gün əldə edilmiş uğurlar heç də ürəkaçan deyil. Tənzimlənmənin və ya tətbiq olunan beynəlxalq hüququn olmaması dəhşətli bir nəticəyə gətirib çıxarır ki, süni zəka silahlanma yarışı yalnız qlobal gücün öz silahlı qüvvələri üçün "ümumi" süni zəkanı inkişaf etdirdiyi və tətbiq edəcəyi zaman başa çata bilər. Bunun nəticələrini yalnız bu mərhələdə təxmin edilə bilərik.
Əgər bu, həqiqətən, “qəbuledilməz” bir nəticədirsə, ölümcül avtonom silahların qadağan edilməsi və ya məhdudlaşdırılması barədə razılaşma tərtib edərkən ciddi irəliləyişlər əldə edilməlidir. Müharibə maşınları daha ağıllı və post-COVID dünyasında daha cəlbedici olacaq.
Oxşar məqalələr
-
Hərbi bazarda Süni Zəka
-
SZ silahlanma yarışından kənarda durmaq seçimdir?
-
Süni Zəka ilə bağlı silah yarışı: Ölkələr, trendlər və beynəlxalq tənzimləmələr üçün təkliflər
-
Süni Zəka ilə bağlı silah yarışı: Ölkələr, trendlər və beynəlxalq tənzimləmələr üçün təkliflər
-
Süni Zəkanın sürətli inkişafı dövlətləri nəyə məcbur edir? – ANALİZ
-
Silikon Vadisi SZ silahlanma yarışında Pentaqona necə kömək edir? – STRATEJİ BAXIŞ
-
“Ağıllı” müharibə yolunda| Çin tezliklə SZ döyüş meydanında ABŞ-ı ötüb keçə bilər?
-
Böyük Güclərin yeni qlobal silahlanma yarışı - Süni Zəka (IV YAZI)
Son əlavə olunanlar
-
ABŞ HDQ 1000 insanlı və insansız gəmidən ibarət hibrid donanma qura bilərmi?
-
Dəniz platformalarında avtonom sistemlər
-
Hibrid müharibə: Köhnə konsepsiya, yeni texnikalar "/>Hibrid müharibə: Köhnə konsepsiya, yeni texnikalar
-
Müharibədə nanotexnologiya
-
Nüvə müharibəsində kimsə qalib gələ bilərmi?
-
Qərb ictimaiyyətinin gözündə PUA zərbəsini “qanuni” edən nədir?
-
Kiber müharibə: Atrubusiyadan çəkindirməyə "/>Kiber müharibə: Atrubusiyadan çəkindirməyə
-
Hərbi tətbiqetmələrdə kvant mexanikası
-
Hərbi bazarda Süni Zəka
-
Hərbi tətbiqetmələrdə nanotexnologiya
-
Kibertəhlükəsizliyin tarixi
-
Süni Zəkanın tarixi
-
ABŞ HDQ qeyri-müntəzəm Baltik münaqişəsində: Rusiyanın hibrid müharibəsinə qarşı mübarizədə dəniz qüvvələrinin rolu
-
Rusiya kibermüharibədə cəbhəsində məğlubdur?
-
Kibertəhlükəsizlik
-
Qlobal müdafiə xəcləri
-
Nanotexnologiya anlayışı bu gün hansı mənanı ifadə edir?
-
SZ silahlanma yarışından kənarda durmaq seçimdir?